PSİXOTERAPİYA

[yun.] психотерапия (азарлуди психи эсер авуналди (мес. гипноздалди, ихтилатдалди ва мс.) сагъардай къайда).
PSİXOTERAPEVT
PSİXOZ
OBASTAN VİKİ
Psixoterapiya
Psixoterapiya (qədim yunanca ψυχή – ruh + θεραπεία – müalicə deməkdir) – psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyin yeni vərdişlərinə yiyələnir, stress vəziyyətlərinin nəticələrini aradan qaldırmağı öyrənir, xəstəlik dövründə pozulmuş münasibətləri bərpa etməyə çalışır. Bu müalicə metodu pasiyentin mütəmadi olaraq (bir qayda olaraq, hər həftə) psixoterapevtlə ünsiyyətdə olmasını nəzərdə tutur. Psixoterapiya bir elmi metod olaraq, psixoterapiya üzrə xüsusi təhsil və təlim hazırlıqları keçmiş, həkim Psixoterapevt tərəfindən aparıla bilər. Psixoterapiya aparan mütəxəsis diplomunda mütləq şəkildə Psixoterapevt ixtisası yazılmalıdır. Həkim psixoterapevt , ilk öncə psixiatriya üzrə, sonra isə psixoterapiya üzrə təhsil almalıdır və hər iki sahə üzrə xüsusi diplomu olmalıdır. Çox sayda psixoterapiya texnikaları var, bəziləri kiçik fərqliliklər, bəziləri isə çox fərqli psixoloji, mədəni və texniki anlayışlara əsaslanır. Bunların əksəriyyəti, pasient ilə psixoterapevt arasında birəbir ünsiyyətə əsaslanan seansları əhatə edir, ancaq bəziləri ailələr də daxil olmaqla qruplarla həyata keçirilir. Psixoterapiya əsasən dərman müalicəsi tətbiq etmədən, subuta əsaslanan psixoloji üsullar tətbiq etməklə həyata keçirilir. Psixodinamik psixoterapiya – Ziqmund Freyd və Karl Qustav Yunqun psixoanalitik nəzəriyyəsindən qaynaqlanan psixoterapiya metodudur.
Koqnitiv-davranış psixoterapiyası
Koqnitiv davranış terapiyası (KDT; ing. cognitive behavioural therapy, CBT), Koqnitiv-davranış psixoterapiyası, və ya koqnitiv-bixevioral psixoterapiyası (KDP) — koqnitiv terapiya ilə davranış terapiyasını birləşdirən geniş istifadə olunan hərtərəfli psixoterapiya forması. Koqnitiv-davranış terapiyası müxtəlif psixi pozğunluqlar üçün effektivdir və düşüncələri dəyişdirməklə, xəstənin davranışını dəyişdirməklə və ya hər ikisini dəyişdirməklə uyğun olmayan emosional reaksiyaların dəyişdirilməsinə yönəlmiş qısamüddətli, bacarıqlara yönəlmiş müalicədir. == Tənqidi == KDT araşdırmaları davamlı mübahisələrin mövzusudur. Bəzi araşdırmaçılar onun başqa müalicə növlərindən daha effektiv olduğunu yazır. Bir sıra başqa araşdırmaçı və həkim isə bu iddiaların etibarlığını sual altına qoyur. Məsələn, bir araşdırmanın nəticəsi KDT-nın narahatlıq və depressiya üçün nisbətən üstün müalicə olduğunu göstərib. Lakin, həmin tədqiqata birbaşa cavab verən araşdırmaçılar yenidən təhlil apararaq, KDT-nin başqa xoşniyyətli müalicə üsullarından üstün olmadığı aşkar ediblər. Bundan əlavə, onlar KDT-nin daha on üç başqa klinik sınaqlarını yenidən tədqiq edərək, o nəticəyə gəliblər ki, həmin sınaqlar KDT-nin üstünlüyü sübut edə bacarmayıb.

Значение слова в других словарях