pulçuksuz
pulemyotçu
OBASTAN VİKİ
Pulemyot
Pulemyot — yerdə, suda və havadakı hədəfləri gülləyə tutmaq üçün dayaqlı avtomat atıcılıq silahı. Patronlar pulemyota patron mağazasından (qutusundan) və ya xüsusi lent vasitəsilə verilir. Pulemyotdan fasiləsiz, qısa (10 atəşədək), uzun (30 atəşədək) növbələrlə, bəzilərindən isə tək-tək atəş açmaq olur. Atəş sürəti normal (dəqiqədə 600–800 atəş) və yüksək (dəqiqədə 3 min və daha cox atış) olan pulemyotlar mövcuddur. Pulemyotlar mexaniki, optik və s. nişangahlarla təchiz edilir. Lüləsi adətən, hava ilə soyudulur. Kalibrinə görə kiçikçaplı (6,5 mm-dək), ortaçaölı (6,5–9 mm), iriçaplı (9–14,5 mm), quruluşuna və taktiki istifadəsinə görə əl pulemyotu, dəzgahlı pulemyot, habelə zenit, tank, aviasiya pulemyotu növlərinə ayrılır. İlk pulemyotu 1883-cü ildə H. S. Maksim ixtira etmişdir.
Ağır pulemyot
Ağır pulemyot və ya iriçaplı pulemyot – orta böyüklükdə olan pulemyotlardan bu pulemyotlar bir çox xüsusiyyətlərinə görə fərqlənirlər. Ağır pulemyotları iki əsas sinifə bölmək mümkündür: Birincisi, Birinci dünya müharibəsi zamanı istifadə edilmiş və çəkiləri olduqca çox olduğu üçün ağır pulemyotlar olaraq adlandırılmış silahlardır. İkincisi isə, standartlardan kənar olan texnikalara, binalara, təyyarələrə və yüngül zirehli avtomobillərə quraşdırılan, uzun mənzilli və çox böyük dağıdıcı gücə sahib olan şəkildə konstruksiya edilən iriçaplı pulemyotlardır.
Kord (pulemyot)
Giliz: 12.7×108mm Kalibr: 12.7 mm Atəş sürəti: 650-750 mərmi/dəqiqə Mərminin çıxış sürəti: 860 m/s Təsirli məsafə: 2,000 m Bəsləmə sistemi: 50 mərmilik kəmər Nişangah: Dəmir nişangah Kord pulemyotu (rusca: Корд), Rusiya istehsalı bir ağır pulemyotdur.. Silah, köhnə NSV pulemyotunun yerini almaq məqsədilə yaradılmış və 1998-ci ildən Rusiya Silahlı Qüvvələrində silahlanmaya qəbul edilmişdir. Xarici görünüşü NSV pulemyotuna bənzəsə də, daxili mexanizmi, qaz sistemi və qüllə bölməsi əsaslı bir şəkildə yenidən yaradılmışdır. Bu dəyişikliklər, silahın NSV ilə müqayisədə daha az geri təpməsinə və bu geri təpmənin azalması sayəsində də, silahdan atəş açılan zaman atılan güllələrin hədəfi daha dəqiq vurması təmin edilmişdir. 1974-cü ildə sovet ordusunun iri çaplı “DŞK” pulemyotunun yerinə, arsenalına qəbul etdiyi və konstruksiyası Nikitin, Sokolov və Volkova aid olan NSV-12,7 “Utes” pulemyotunun hazırlanması üçün, Qazaxıstanın Uralsk şəhərində xüsusi zavod tikildi. SSRİ-nin dağılmasından sonra rus ordusu seçim qarşısında qaldı: ya gərək iri çaplı pulemyotu özünün yeni qonşusundan alaydı, ya da pulemyotun istehsalını özü təmin edəydi. Nəticədə, ikinci variant seçildi və 1997-ci ildə “Utes” pulemyotunun Rusiyanın özünə aid konstruksiyası əsasında hazırlanan və “KORD” adı alan iri çaplı pulemyot yaradıldı. 27 mart 2001-ci ildə “KORD” rəsmi şəkildə Rusiya ordusunun təchizatına daxil edildi və “V.A.Deqtyarev adına Zavod” onun toplu şəkildə istehsalına başladı. == Variantları == Öz sələfi kimi “KORD” da dayaq və montajın fərqli tipləri üçün müxtəlif zirehli texnika və nəqliyyat vasitələrində istifadə məqsədilə bir neçə variantda yaradılıb: - 6P49 – NSVT-12,7 pulemyotunun əvəzi üçün elektron atəşli tank variantı; - 6P50 – dayaq üzərində hazırlanan əsas variant (piyada qoşunlarda istifadə edilən NSVS-12,7 variantının əvəzinə); - 6P57 – 6T19-un dəstəyi ilə yaradılan piyada qoşunları variantı. İri çaplı pulemyotun daha çox müdafiə məqsədilə orduda istifadə olunan dünyadakı yeganə variantı (əvvəl 6P50-1 adlanırdı); - 6P58 – 6U16-nın müxtəlif texnikalarda montaj üçün nəzərdə tutulan hər tərəfə dönə və atəş aça bilən variantı (əvvəl 6P50-2 adlanırdı); - 6P59 – 6U16-nın bazasında və SP-nin dayağı üzərində yaradılan hər tərəfə dönə və atəş aça bilən variantı (əvvəl 6P50-3 adlanırdı); - 6P60 – piyada qoşunlarında istifadə edilən 6T20 dayağı üzərində yaradılan variantı; - 6P51 – tanklarda montaj olan mərmi ilə qidalanan tank variantı.
M240 pulemyot
M240, rəsmi olaraq United States Machine Gun, 7.62mm, M240 (Azərbaycanca Amerika Birləşmiş Ştatları Pulemyotu, 7.62 mm, M240) göbəkdən doldurmalı, barıt qazının geri təpməsiz və icra nəşrin irəli itələməsi ilə ardıcıl olaraq atış edə bilən bir pulemyot dur. Silah 7.62x51mm NATO sinifi fişəng (M13 lent ilə birlikdə) istifadə edilməkdədir. Bu silah Belçika istehsalı FN MAG ( M itrailleuse d` A ppui G énéral , "General Purpose Machine gun "Azərbaycanca Ümumi əlaqələr Pulemyotu) modelinin Amerika Quru Qoşunları üçün inkişaf etdirilmiş modelidir. M240 1970 ci illərdən günümüzə ABŞ Ordusu tərəfindən istifadə edilməkdədir. Ən çox piyada tərəfindən istifadə edilən silah quru, dəniz və hava maşınlarına quraşdırılaraq istifadə edilməkdədir. M240 orta sinif pulemyot olmamasına qarşı təhlükəsiz istifadə baxımından NATO ölkələri içərisində ən çox seçilən silah olmuşdur. M240 seriyası bütün silahlar bəsləmə əsnasında parçalanan zolaqlı standart NATO sursatı olan 7.62 mmlik güllələr atmaqdadır. M240 FN MAG ailəsinə aid silahlarla eyni və rahatlıqla bir-birləri ilə dəyişdirilə bilən fundamental parçalara malikdir. Ağırlıq və xüsusiyyət baxımından çox fərqli olan silahlarda bu dəyişikliklər edilə bilməz. M240 silahı bir Belçika fiması olan və ABŞ Ordusu ilə uzun zamandır iş əlaqəsi içərisində olan FN Herstalin ABŞ-də olan fabrikasıda çıxarılmaqdadır.
M60 (pulemyot)
M-60 ABŞ istehsalı pulemyot. İkinci dünya müharibəsi dövründə almanlar tərəfindən Üçüncü Reyxin ordusu sayılan Vermaxt üçün hazırlanmış MG 42 pulemyotunun əsasında hazırlanmışdır. 7.62x51 mm ölçülü NATO gülləsindən istifadə edir. Bu silah seriyalı istehsal edilən, dəqiq, lakin bahalı bir silahdır. Atəş zamanı gülləsinin uçuş mənzili təxmini olaraq 2000 metrə kimi və atışın effektivlik məsafəsi isə 1100 metrə qədərdir. ABŞ-nin İkinci Dünya müharibəsindən sonra iştirak etdiyi bütün qarşıdurmalar da bu silahdan istifadə edilib. Qaz və açıq bolt texnikası ilə işləyir. Silah, Hərbi dəniz qüvvələrindən tutmuş vertolyotlara qədər bir çox hərbi vasitələrdə istifadə edilir. == Texniki xüsusiyyətləri == Növü: ağır pulemyot Mənşəyi: ABŞ Konstruktor: Saco Defense, U.S. Ordnance Çəki: 10,5 kq Uzunluq: 1,077 mm Lülə uzunluğu: 560 mm Hündürlük: 216 mm Sursat: 7,62 x 51 mm NATO Kalibr: 7,62 Atış sürəti: 600 mərmi/dəqiqə Effektiv mənzili: 1100 m.
Pulemyot-tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Pulemyot tapança
Pulemyot-tapança, tapança gülləsi istifadə edən, avtomatik tüfənglərdən daha kiçik həcmdə olan və ümumiyyətlə yaxın atışmalar və basqınlar üçün hazırlanmış silah növüdür.
Yüngül pulemyot
Yüngül pulemyot bir əsgər üçün köməkçiyə ehtiyac olmadan daşımaq və istifadə etmək üçün hazırlanmış bir silahdır. Ümumiyyətlə cəbhə bölgələrində piyada dəstəyi üçün istifadə olunur. Yüngül pulemyotlar normal silah və ya taktiki vasitə kimi də təsvir edilə bilər. İlk yüngül pulemyot, Birinci Dünya müharibəsi əsnasında ingilislərin piyada əsgərlərə dəstək məqsədilə istehsal etdikləri Lewis pulemyotu idi. Müharibənin sona çatması ilə müəyyən kiçik zonalarda və modern piyada dəstələrinin təcili olaraq ehtiyac duyduğu ərazilərdə istifadə olunmağa başlandı. Yüngül pulemyotlar hərəkət halında və ya belə söykənərək istifadə edilə bilinsə də, bu çox da lazım olmadı. Adətən ayrıc dəstəyi ilə üzü üstə vəziyyətdə istifadə olunurdu. Brengun və ya BAR kimi yüngül pulemyotlarda bir bəslənmə darağı vardı. MG 34 və s. pulemyotlar həm daraq, həm də mayonla qidalanırdı.
Brauning M1917 Pulemyot
M1917 Brauning pulemyotu — Birinci Dünya müharibəsində, İkinci Dünya müharibəsində, Koreya müharibəsində, Vyetnam müharibəsində və Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələri tərəfindən istifadə edilən ağır bir pulemyotdur; digər ölkələr tərəfindən də istifadə edilmişdir. Bu, hava soyutma ilə daha asan M1917 Brauning ilə xidmət edən bir bantlı qidalanma və su soyutma ilə xidmət edən ekipaj pulemyotu idi. Batalyon səviyyəsində və tez-tez nəqliyyat vasitələrinə (məsələn, cip kimi) quraşdırılırdı. M1917, bəzi təyyarələrdə, eləcə də torpaq rolunda istifadə edilən, dəqiqədə 450 çekim dövrü sürətinə malik idi. M1917A1 450-dən dəqiqədə 600 atışa qədər bir dövrü sürətinə sahib idi.
Bren (yüngül pulemyot)
Bren (ingiliscə tam adı Bren Light Machine Gun) - Çexoslovakiya və İngiltərənin birlikdə istehsal etdiyi yüngül pulemyotdur. 1938-ci ildə xidmətə qəbul edilmiş və 1958-ci ildə xidmətdən kənarlaşdırılmışdır. Bənzər versiyası olan L4 hələ də Böyük Britaniya tərəfindən istifadə olunur. 550 metrlik effektiv mənzilə malik Bren kifayət qədər yüngül silahdır. Bu silah .303 British 7.92x57mm Mauser (İkinci dünya müharibəsi dövründə Çin üçün) və 7.62×51mm NATO (İkinci dünya müharibəsindən sonra) tipli güllələrdən istifadə etmişdir. 1938–1966-cı illərdə ümumi olaraq 5,400,000 ədəd istehsal edilmişdir. İkinci dünya müharibəsi, Ərəb-İsrail müharibələri, Birinci Hindçin müharibəsi, Süveyş böhranı, Vyetnam müharibəsi, Folklend müharibəsi kimi bir çox müharibələrdə müxtəlif tərəflər tərəfindən istifadə edilmişdir.
Lewis (yüngül pulemyot)
Lewis pulemyotu Amerika Birləşmiş Ştatları və İngiltərənin birlikdə istehsalı olan yüngül pulemyotdur. Silah müharibə zamanı Britaniya İmperiyası qoşunları tərəfindən geniş istifadə edildi və Koreya müharibəsinin sonuna qədər bir ayırıcı lülə soyutma ötürücüsü və üstə quraşdırılmış tambur maqazin ilə istifadə edilmişdir. == Qısa məlumatlar == Konstruktor: The Birmingham Small Arms Company Limited Konstruksiya tarixi: 1911 İstehsalçı: The Birmingham Small Arms Company Limited Savage Arms Co.
Owen (yüngül pulemyot)
Owen, Avstraliya istehsalı olan yüngül pulemyotdur. Silah 1939-cu ildə Evelyn Owen tərəfindən yaradılıb və İkinci dünya müharibəsi zamanı Avstraliya ordusunun əsas yüngül pulemyotu olmuşdur. Silahı 1943-cü ildən 1960-cı illərin ortalarına qədər istifadə etmişlər.
Sterling (yüngül pulemyot)
Sterling, Böyük Britaniya istehsalı olan yüngül pulemyotdur. Silah, 1944-cü ildə Sten pulemyotunun yerini alması üçün dizayn edilib və 1953-cü ildə istehsalına başlanılmışdır. 1994-cü ildə yerini L85A1 piyada silahına buraxıb.
Maksim pulemyotu
Maksim pulemötu - 1883 amerikan əsilli britaniyalı silah ustası Hayrem Stivens Maksimin düzəltdiyi dəzgahlı pulemyot. Maksim pulemötu ilk avtomatik silah hesab olunur; o geniş olaraq İngilis-bur (1899-1902), Birinci Dünya müharibələrində, eləcə də bir çox hərbi münaqişələrdə istifadə olunmuşdur.
NSVT pulemyotu
“NSV” SSRİ mənşəli ağır pulemyot olub 12.7 mm-lik kalibrə sahibdir. Adını konstrukturlarının baş hərflərindən, yəni G. I. Nikitin (Г. И. Никитин), Y. S. Sokolov (Ю. М. Соколов) və V. I. Volkov (В. И. Волков) adlarından almışdır. 1971-ci ildə SSRİ ordusu tərəfindən silahlanmaya qəbul edildikdən sonra, T-64, T-72, T-80 tanklarının üzərinə quraşdırılmış və istifadə edilmişdir. Rus ordusu tərəfindən Kord pulemyotlarının üzərində ciddi surətdə çalışmalara başlanıldıqdan sonra, NSV pulemyotları mərhələ-mərhələ xidmətdən çıxardılmağa başlanılmışdırlar. SSRİ dağıldıqdan sonra, Qazaxıstanda lisenziya altında müəyyən qədər istehsal edilmişdirlər. Qazaxıstandan başqa, Bolqarıstan, Hindistan, Polşa və Yuqoslaviyada da, lisenziya ilə müəyyən sayda istehsal edilmişdir. 12.7x108 mm-lik sursatdan istifadə edən pulemyotun kalibri 12.7 mm olub dəqiqədə 700-800 mərmi ata bilir. 1.5 km-ə dək olan hava hədəflərinə və 2 km-ə dək olan yer hədəflərinə bu silahdan təsirli atəş açmaq mümkündür. NSV saniyədə 13 dəfə atəş açmağa qadirdir və təsirli məsafəsi 1500 metr hesab edilir. 50 mərmilik güllə qayışının çəkisi isə 11 kq-dır.
NSV pulemyotu
“NSV” SSRİ mənşəli ağır pulemyot olub 12.7 mm-lik kalibrə sahibdir. Adını konstrukturlarının baş hərflərindən, yəni G. I. Nikitin (Г. И. Никитин), Y. S. Sokolov (Ю. М. Соколов) və V. I. Volkov (В. И. Волков) adlarından almışdır. 1971-ci ildə SSRİ ordusu tərəfindən silahlanmaya qəbul edildikdən sonra, T-64, T-72, T-80 tanklarının üzərinə quraşdırılmış və istifadə edilmişdir. Rus ordusu tərəfindən Kord pulemyotlarının üzərində ciddi surətdə çalışmalara başlanıldıqdan sonra, NSV pulemyotları mərhələ-mərhələ xidmətdən çıxardılmağa başlanılmışdırlar. SSRİ dağıldıqdan sonra, Qazaxıstanda lisenziya altında müəyyən qədər istehsal edilmişdirlər. Qazaxıstandan başqa, Bolqarıstan, Hindistan, Polşa və Yuqoslaviyada da, lisenziya ilə müəyyən sayda istehsal edilmişdir. 12.7x108 mm-lik sursatdan istifadə edən pulemyotun kalibri 12.7 mm olub dəqiqədə 700-800 mərmi ata bilir. 1.5 km-ə dək olan hava hədəflərinə və 2 km-ə dək olan yer hədəflərinə bu silahdan təsirli atəş açmaq mümkündür. NSV saniyədə 13 dəfə atəş açmağa qadirdir və təsirli məsafəsi 1500 metr hesab edilir. 50 mərmilik güllə qayışının çəkisi isə 11 kq-dır.
Qatlinq pulemyotu
Qatlinq pulemyotu (ing. Gatling gun, çox zaman sadəcə Qatlinq) - çoxlüləli, yüksəksürətli atıcı silah. İlkin pulemyotlardan biri. Qısa zaman müddətində çoxsaylı atəşləri nəticəsində güclü güllə seli əmələ gətirməsi ilə məşhurdur. Qatlinq prinsipi ilə işləyən müasir pulemyotlar dəqiqədə 6,000-6,600-ə qədər atəş aça bilirlər. İlkin nümunəsi əl ilə hərəkətə gətirilən olsa da, müasir dövrdə pulemyotun mexanizmləri elektrik mühərriki ilə hərəkətə gəlir. Əsasən ABŞ istehsalı olan hərbi təyyarələrdə, vertolyotlarda və digər döyüş vasitələrində istifadə edilir. Çəkisinin ağırlığı və güclü təpməsi ondan yalnız döyüş texnikasında istifadə etməyə imkan verir.
Zenit - pulemyotu
Zenit - pulemyotu - 2000 metrə qədər hündürlükdə uçan obyektlərin vurulması üçün nəzərdə tutulan, bir dayaqda montaj olunan, bir və ya bir neçə bir-birinə pərçimlənmiş zenit gülləbaran qurğusundan ibarət avtomatik silah növü. ZGQ əsas hissələri: bir (tək quraşdırma), iki (birşədirilmiş quraşdırma) yaxud dörd (dördlü quraşdırma) gülləbaran qurğusu;(dörd və ya iki təkərli) lafet, yaxud lafet elementləri olan özüyeriyən baza; zenit nişangahı. Çəkisi təkli - 450 kq, ikili - 650, dördlü - 2100 kq. ZGQ -atəş yerindən, ya da hərəkətli halda aparılır. atəş tempi - dəqiqədə/600 atəş; atəşin döyüş sürəti - hər lüləyə dəqiqədə/150 atəş Əsasən quru qoşunların zenit althissələrində, tanklarda, ZTR, eləcə də kiçik gəmilərdə istifadə olunur. Военная энциклопедия в 8 томах."Д"-квартирьер. Москва. Военное издательство.1995 səh.
Vikkers pulemyotu
Vikkers pulemyotu və ya Vikkers silahı — Böyük Britaniya Ordusu üçün Vickers Limited şirkəti tərəfindən istehsal edilmiş olan, 303 düymlük (7,7 mm) mərmilər atan su ilə soyudulan lüləsi olan pulemyotdur. Pulemyot üçün 4–6 nəfərlik bir ekipaj lazım idi. Bunlardan biri atəş açır, digəri döyüş sursatı ilə daşıyır, qalanları isə silah daşınarkən kömək edirdilər. Silah şöhrətini davamlılığı və etibarlılığı sayəsində qazanmışdır. Ian V. Hogg tərəfindən yazılmış olan Silahlar və Müharibə Maşınları (ing. Weapons & War Machines) kitabında 1916-cı ilin avqust ayında Britaniya Ordusunun Pulemyot Korpusunun 100-cü diviziyasının on ədəd Vikkers pulemyotunun 12 saat müddətində fasiləsiz olaraq atəş açdığı yazılmışdır. Bu müddət ərzində silahlardan bir milyon ədəd güllə atılmış və yüz lülə dəyişdirilmişdir. Eyni zamanda da bu müddət ərzində silahlarda heç bir nasazlıq qeydə alınmamışdır. Silahın atış sürəti dəqiqədə 450–600 mərmi arasında olub, effektiv mənzili 740 m təşkil etmişdir. Vikkers pulemyotunun dizaynı XIX əsrin axırlarında istifadə edilmiş olan çox müvəffəqiyyətli bir silah olan Maksim topundan ilhamlanaraq hazırlanmışdır.

Значение слова в других словарях