qütb

is. pôle m ; Şimal ~ü pôle Nord ; Cənub ~ü pôle Sud ; fiz.

müsbət ~ pôle positif ; mənfi ~ pôle négatif, maqnit ~ü pôle magnétique ; ~ ulduzu étoile f polaire

qüsursuzluq
qüvvə
OBASTAN VİKİ
Qütb TV
Qütb TV — 1995-ci ildən 2015-ci ilə kimi fəaliyyət göstərmiş, Azərbaycanın özəl telekanallarından biri. Qütb Teleradio Şirkəti 1995-ci ildə respublikanın şimal bölgəsində yaşayan əhalinin dolğun informasiya ilə təmin olunması məqsədilə yaradılmışdı. Qütb Televiziyasının verilişləri 27-ci kanalla yayımlanırdı. Telekanalın təsisçisi Mahir Orucov idi. Qütb TV-nin həftəlik yayımının ümumi həcmi 126 saat təşkil edirdi. Ümumi efir vaxtının 25 faizini ölkədə istehsal olunan proqramlar, 52 faizini xaricdə istehsal olunan proqramlar, 23 faizini şəxsi istehsal proqramları təşkil edirdi. 2015-ci ilin aprel ayında fəaliyyəti dayandırılıb və tezliyində "Günəş TV" yayıma başlayıb.
Qütb Televiziyası

Qütb Uralı
Qütb Uralı — Ural dağlarına daxil olan dağ sistemi. Avrasiyanın şimalında, Rusiya ərazisində, dağlıq bir bölgə. Ural dağlarının ən şimal hissəsi. Bölgənin şimal sərhədi Konstantinov Kamen dağı hesab edilir və Xulqa çayı bölgəni Qütbönü Uraldan ayırır. Sahəsi təxminən 25.000 km²-dir. Silsiləni təşkil edən dağlarda daha çox yuvarlaq relyef olsa da, əsasən çılpaq qayalar və dik yamaclar görünür. Avropa və Asiyanın sərhədində, Komi Respublikası və Yamalo-Nenets Muxtar Dairəsi ərazisində yerləşir. Dünyanın hissələrinin şərti sərhədləri bölgələrin sərhədləri ilə üst-üstə düşür və əsasən Peçora (qərbdə) və Ob (şərqdə) hövzələrini ayıran silsilənin əsas suayrıcısı boyunca uzanır. Şimal yamaclarının axınının bir hissəsi birbaşa Şimal Buzlu okeanın Baydaraskaya körfəzinə düşür. Zirvələrin üstünlük hündürlüyü 800-1200 metr, fərdi zirvələri 1500 metrə qədərdir (Payer Dağı).
Qütb bayquşu
Qütb yapalağı (lat. Bubo scandiacus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Qütb bayquşu tundrada bayquşkimilər dəsətinin yaşayan ən böyük nümayəndəsidir. Başı dairəvi, gözün qüzehi qişası açıq-sarı rəngdədir. Dişiləri erkəklərdən böyük olur. Erkəklərin bədəninin uzunluğu 55–65 sm, kütləsi isə 2–2,5 kq-a çatır. Dişilərdə isə bu göstəricilər uyğun olaraq 70 sm və 3 kq-dır. Açılmış halda qanadlarının uc nöqtələri arasındakı məsafə 142–166 sm olur.
Qütb dairələri
Qütb dairələri (rus. полярные круги) — Hər iki yarımkürədə 66° 33′ 39″ paralelindən keçən en dairəsidir. Şimaldakı şimal qütb dairələri cənubdakı cənub Qış dairələri bu dairələrdən qütblərə doğru qalan sahələr isə münasib surətdə: şimal qütb sahəsi və cənub qütb sahəsi adlanır. Şimal qütb dairələri üzərində yay gündönümündə günəş üfüq arxasında batmır, yəni iyunun 22-də burada ən uzun gündüz olur (24saat), qış gündönümündə günəş üfüq arxasından çıxmır, yəni dekabrın 22-də burada ən uzun gecə olur (24 saat). Qütb dairələrindən qütbə qədər olan sahədə qışda çoxgünlük qütb gecəsi olur ki, onun uzunluğu qış dairələri üzərində 1 gündən qütbdə 6aya qədərdir, yayda isə belə çoxgünlük qütb gündüzü olur. Bu hadisənin əksi cənub yarımkürəsində müşahidə edilir. Qütb dairəsi qütb bölgələrini müəyyənləşdirən dünya xəritəsində göstərilən beş böyük enlikdən biridir: Cənub Qütb dairəsi və ya Arktik dairəsi: 66° 33′ 39″ cənub enliliyində yerləşir. Şimal Qütb dairəsi: 66° 33′ 39″ şimal enində yerləşir.
Qütb gecələri
Qütb gecələri — qütb sahələrində üfüqdə Günəşin görünmədiyi müddət olub, ilin müəyyən bir dövrüdür. Qütb gecələrinin davamiyyəti qütbə doğru artır; 66°33” paralelində 1 gün (24 saat), qütbdə 179 günə çatır. Şimal qütbündə qütb gecələri payız gecə-gündüz bərabərliyi tarixindən (23 sentyabr) yaz gecə-gündüz bərabərliyinə (21 mart) qədər davam edir. Rusiya: Apatitı, Bilibino, Verxoyansk, Varkuta, İnta, Hacıyevo, Dudinka, Zaozersk, Zapolyarnı, İqarka, Kandalakşa, Kirovsk, Kovdor, Kola, Labitnanqi, Monçeqorsk, Murmansk, Меzеn, Naryan-Маr, Nоrilsк, Оlеnеqоrsк, Ostrovnoy, Pevek, Polyarnıy Zori, Polyarnıy, Salexard, Severomorsk, Skejnoqorsk, Srednokolımsk, Usinsk. Norveç: Lonqyir, Tromse.
Qütb gecəsi

Qütb gündüzləri
Qütb gündüzü — bu günəşin bir sutka ərzində üfüqdə görünməsi, qürub etməməsi. Ən qısa qütb gündüzü 2 sutka davam edir — 66°33′ paraleldə daha geniş müşahidə edilir. Qütb gündüzləri Qütb dairəsinə kifayət qədər cənubda yerləşən şəhərlərdə də müşahidə edilir. Ancaq halbuki həmin ərazilərdə qütb gecələri müşahidə edilmir. Qütb dairələrində gündüzlər təqribi 6 ay davam edir. Şimal qütbündə bu hadisə 18 martdan 26 mart tarixlərində, Cənub qütbündə isə 21 sentyabrdan 23 mart tarixlərində baş verir. Qütb gündüzləri və Qütb gecələri haqqında ilk elmi məlumatı qədim yunan astronomu Aderli Bion vermişdir. Norveç: Lonqyir, Tromse. Rusiya: Apatitı, Bilibino, Verxoyansk, Varkuta, İnta, Hacıyevo, Dudinka, Zaozersk, Zapolyarnıy, İqarka, Kandalaşka , Kirovsk, Kovdor, Kola, Labitnanqi, Monçeqorsk, Murmansk, Меzеn, Naryan-Маr, Nоrilsк, Оlеnеqоrsк, Ostrovnoy, Pevek, Polyarnıy Zori, Polyarnıy, Salexard, Severomorsk, Skejnoqorsk, Srednokolımsk, Usinsk.
Qütb işıqları
Qütb parıltısı, qütb işıqları və ya avrora (adətən şimal işıqları və ya cənub işıqları kimi də tanınır) — günəşin hərəkəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsi, yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və qütb oblastlarında toplanır. Qütblərə toplanan belə yüklərin təsirindən hava atomları ionlaşır və "həyəcanlanır". Bunun nəticəsində də qütb parıltısı baş verir. Günəş küləyi əslində tacın daim genişlənməsidir. Genişlənmə sürəti Günəşdən uzaqlaşdıqca saniyədə bir neçə km-dən 300–400 km çatır. Kimyəvi tərkibi (əsasən proton və elektronlar) Günəş tacı ilə eynidir. Günəş küləyinin maqnit sahəsinin təsiri ilə Yer atmosferi Günəş istiqamətində 10 Yer radiusu qədər sıxılır, əks istiqamətdə isə onlarca yer radiusu qədər uzanır. Külək hissəciklərinin bir hissəsini Yerin maqnit sahəsi saxlayır və nəticədə Yerin radiasiya qurşaqları yaranır. Küləyin intensivliyinin artması maqnit fırtınalarına qütb parıltısına səbəb olur. Tərkibində helium və digər elementlər var.
Qütb laləsi
Qütb xaşxaşı (lat. Papaver radicatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Qütb parıltısı

Qütb porsuğu
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Qütb qaqarı
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
Qütb qağayısı
Qütb qağayısı (lat. Larus glaucoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Qağayılar arasında ən iri növlərdən biridir. Bədəninin uzunluğu 64–65 sm olur. Çəkiləri 1,5–2 kq çata bilir. Solğun rəngə sahibdir. Başı ağ, qanadlar və beli mavi-boz, qanadlarının uçu ağ, dimdikləri sarı, ayaqları sarı-bənövşəyi olur. Qütb qağayıları Asiya, Şimali Amerika və Avropanın qütb ətrafı ərazilərində yayılmışdır. Əsasən materiklərin və adaların sahil tundra zonasında müşahidə edilirlər. Qütb qağayısı digər qağayı növləri kimi hər şey yerirlər.
Qütb sahələri
Yer kürəsinin qütbləri iki yerə bölünür:Şimal qütb sahəsi-Arktika,Cənub qütb sahəsi isə-Antarktida adlanır.Hər iki sahə qütb qurşağı boyunca qalın buz qatları ilə örtülüdür.Əgər Şimal qütbündə buz qatının altı Şimal Buzlu okeanının sularından ibarətdirsə,Cənub qütbündə bütöv bir qitə-Antarktida tamamilə buzlarla örtülüdür Şimal qütb sahəsi Avrasiya və Şimali Amerika materiklərinin şimal sərhədlərinin bir hissəsini,Şimal Buzlu okeanının,demək olar ki,bütünlüklə(Norveçin sahil adalarından başqa) ,eləcə də Atlantik və Sakit okeanların ən uzaq şimal sularının bir hissəsini əhatə edir.Ərazisi 27mln.kv.km-dir(bəzi yerlərdə 21mln.lv.km). Cənub qütb sahəsi Antarktida materikini və eləcə də onunla həmsərhəd olan Ueddell,Ross,Amundsen,Belinshauzen və s. dənizlərlə birlikdə Atlantik,Hind və Sakit okeanların bir hissəsini əhatə edir. Qütb sahələrində istər Arktika,istərsə də Antarktida da temperatur rejimi -30–50 °C arasında dəyişir.Bununla yanaşı,buzlaqların dəniz sahili zolaqlarında temperatur 0 °C-dən yuxarı qalxdıqda bəzi yerlərdə buz parçalanır və cərəyanlar onları açıq okeanlara aparır.
Qütb stansiyası
Tədqiqat stansiyası — elmi-müşahidə təyinatlı obyekt, əsasən Şimal Buzlu okean, Antarktika, və dreyf edən buzlaqlar üzərində yerləşir. Şimal tədqiqat stansiyaları (Arktika) şimal yarımkürəsinin 60°-90° arasında, cənub tədqiqat stansiyaları isə cənub yarımkürəsinin 60°-90° arasında yerləşən ərazilərdə yerləşir. İstisnalar nadir hallarda müşahidə edilir. Tədqiqat stansiyaları sistematik olaraq Meteoroloji, Geofiziki, Geomaqnit, Hidroloji və müəyyən zamanlarda isə Bioloji və Tibbi müşahidələr aparılır. Tez-tez geoloji tədqiqatlar aparılır. Qlyasiologiya araşdırmaları əsasən Antarktida ərazilərində aparılır. Stansiyalarda əsasən alimlər yaşayır. İlk tədqiqat stansiyaları 1910-ci illərdə: Vayqaç adasının şimalı, Yaqorski yarımadasının şimalında, Yamal yarımadasının Mare-Sale burnunda. Daimi qütb müşahidələri Yaqorski Şar boğazında aparılmışdır. 1915-ci ildə Dikson adasında stansiya fəaliyyətə başlamışdır.
Qütb susüpürəni
Qütb susüpürəni (lat. Sterna paradisaea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Qütb söyüdü
Qütb söyüdü (lat. Salix polaris) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix herbacea Sol. Salix polaris subsp. pseudopolaris (Flod.) Hultén Salix polaris var. selwynensis Raup Salix pseudopolaris Flod.
Qütb tülküsü
Qütb tülküsü və ya Ağ tülkü, (lat. Alopex lagopus yaxud Vulpes lagopus) — İtlər fəsiləsinə aid yırtıcı məməli növü. Qütb tülküsünün qiymətli xəzi var. Şimalda xəz sənayesinin əsasını təşkil edir. Mavi qütb tülküsünün xəzi ən qiymətlidir.
Qütb Minar kompleksi
Qütb Minar kompleksi Dehli şəhərinin cənub-qərbində Qütb Minar minarəsi və ətrafındakı bir neçə tarixi memarlıq abidələrindən ibarətdir. Dehli sultanlığı dövründə tikilən bu abidələr Hint-İslam memarlığının gözəl nümunələrdir. 1993-də Ümumdünya irsi sıyahısına daxil edilmişdir. Dehli şəhərinin işğalından sonra Sultan Qütbəddin Aybək tərəfindən 1192-1198-ci ildə tikilən Qüvvət’ül-İslam Məscidi tikilməsi ilə Qütb Minar kompleksinin əsası qoyuldu. 1235-ci ildə sultanın özü tərəfindən tikilmiş Şəmsəddin Eltutmuş türbəsi və Alaeddin Halaci tərəfindən 1311-ci ildə tikilən Alai Darvazası Qütb Minar kompleksinin ən gözəl memarlıq nümunələrindən biridir. Alai Darvazası Qüvvət-ül-İslam məscidinin cənub tərəfində yerləşir və məscidin əsas giriş qapısıdır. Alai Darvazası 1311-ci ildə Sultan Əlaəddin Məhəmməd şahın dövründə tikilmişdir. Qütb Minar minarəsi (hind. क़ुतुब मीनार)— XIII əsr memarlıq abidəsi. 1206-1210-cu illərdə Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən tikilib.
Qütb Minar minarəsi
Qütb Minar minarəsi (hind. क़ुतुब मीनार)— XIII əsr memarlıq abidəsi. 1206-1210-cu illərdə Dehli sultanlığının qurucusu Sultan Qütbəddin Aybək tərəfindən tikilib. Qütb minar qülləsinin bir hissəsinin uçmasına baxmayaraq, dünyanın ən möhtəşəm minarəsidir. Minarənin hündürlüyü 73 metr, diametri 14 metrdir. Qırmızı daş və mərmərdən tikilmişdir. Qutub Minar, Astaliika (qüllə) inşa edilən dünyanın ən yüksək kərpicidir.}} {{Uzunmüddətli görüntü | Delhi_Qutub_01.JPG | 200 | 400 | {} ölçüsü | 72.5 | 2 | lk = Əfqanıstan [cəbhədəki minarələr] və onu ələ keçirməyi arzulayıram [[Dəli Sultanlığı] ilk müsəlman hökmdarı] [Qutubuddin Aibak], Dehli, yayılmanın qəzəbinə görə Qutub minarının yenidən qurulması il ərzində [1193] başlamışdır, lakin yalnız onun əsasını tapmışdır. Onun müəllifi [İlyutmiş] üç mərtəbə uzadıb və Firozş Tuğlaq beşinci və son mərtəbə ... Qüllə qırmızı qumdan hazırlanmışdır ki, bu da [Quran] ayələrinin və çiçəklərin çiçəklənməsinə səbəb olan üzümlərin çiçəklənməsi ilə qırılmışdır, ərəb sözləri hazırlanır Qutub Minar qədim qala qəsəbəsinin qədim qala qalıqları üzərində tikilmişdir. Qədim Dəli şəhəri, Dhillika.Dhillika, Tomar və Chauhan son hindu hökmdarlarının paytaxtı idi.
Qütb ulduzu
Qütb ulduzu (lat. Polaris) — Kiçik Ayı bürcündə yerləşən ən parlaq ulduz. Şimal qütbünə çox yaxındır və bu, mövcud şimal qütb ulduzunu meydana gətirir. Yenidən nəzərdən keçirilmiş Hipparკos parallaksı Qütb ulduzuna təxminən 433 işıq ili (133 parsek) məsafəsini verir, digər metodlarla hesablamalar isə təxminən 30% yaxındır. Qütb ulduzu başlıca ulduzdan ibarət olan üçlü ulduz sistemidir: Polaris Aa (sarı supernəhəng), Polaris Ab, Polaris B ilə orbitdə olan cüt. Bir zamanlar iki daha uzaq komponent - Polaris C və Polaris D kimi düşünülmüşdü, lakin bunlar Qütb ulduzu sistemi ilə fiziki olaraq əlaqələndirilməməsi göstərilmişdir.
Qütb xaşxaşı
Qütb xaşxaşı (lat. Papaver radicatum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin lalə cinsinə aid bitki növü.
Qütb yapalağı
Qütb yapalağı (lat. Bubo scandiacus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin yapalaq cinsinə aid heyvan növü. Qütb bayquşu tundrada bayquşkimilər dəsətinin yaşayan ən böyük nümayəndəsidir. Başı dairəvi, gözün qüzehi qişası açıq-sarı rəngdədir. Dişiləri erkəklərdən böyük olur. Erkəklərin bədəninin uzunluğu 55–65 sm, kütləsi isə 2–2,5 kq-a çatır. Dişilərdə isə bu göstəricilər uyğun olaraq 70 sm və 3 kq-dır. Açılmış halda qanadlarının uc nöqtələri arasındakı məsafə 142–166 sm olur.
Seyid Qütb
Seyid İbrahim Hüseyn Qütb (9 oktyabr 1906 – 29 avqust 1966, Qahirə), xalq arasında Seyid Qütb kimi tanınan Misir yazıçısı, pedaqoq, İslam alimi, qutbizmin banisi, inqilabçı və şairdir. O, 1950-1960-cı illərdə Misirdə Müsəlman Qardaşların aparıcı üzvü olub. 1966-cı ildə o, Misir prezidenti Camal Əbdül Nasirə qarşı sui-qəsd hazırlamaqda təqsirli bilinib və asılaraq edam edilib. O, Əl-Qaidə və İŞİD kimi qlobal cihadçı təşkilatların ideoloji köklərini dəstəkləyən dini-siyasi doktrina olan "sələfi cihadçılığının atası" hesab olunur. 24 kitabın 30-a yaxın kitabı müxtəlif səbəblərdən (əsasən dövlət tərəfindən məhv edilmiş) çap olunmamış və minimum 581 məqalənin, o cümlədən romanlar, ədəbi-bədii tənqid və maarifləndirici əsərlərin müəllifi, dünyanın, məxsusən İslam dünyası, xüsusən də "Sosial Ədalət" və Məalim fi əl-Tariq ("Yoldakı İşarələr") kitablarında İslamın ictimai və siyasi rolu ilə bağlı fəaliyyətilə tanınır. Onun şah əsəri Fi Zilal əl-Quran ("Quranın kölgəsində") adlı Quranın 30 cildlik təfsiridir. Qütbün yaxın ətrafı nüfuzlu siyasətçilər, ziyalılar, şairlər və ədəbiyyat xadimlərindən ibarət idi. 1940-cı illərin ortalarında onun bir çox yazıları məktəb, kollec və universitetlərin tədris proqramlarına daxil edilib. Müşahidələrinin və tənqidlərinin əksəriyyəti müsəlman dünyasına yönəlsə də, Qütb həm də ABŞ cəmiyyətini və mədəniyyətini ciddi şəkildə rədd etməsi ilə tanınır, onu materialist, cinsi həzzlərə aludəçilik və zorakılıq kimi qiymətləndirirdi.. O, zorakı, təcavüzkar cihadı müdafiə edirdi.
Komandor mavi qütb tülküsü
Komandor mavi qütb tülküsü (lat. Alopex lagopus semenovi) — Qütb tülküsünə daxil olan yarımnöv ancaq Mednı adasında (Komandor adaları) yayılmışdır. Saylarının azlığı səbəbindən Rusiyanın Qırmızı kitabına daxil edilmişdir. Ümumi saylarının cəmi 100 olması düşünülür. Yarımcinsin yayıldığı Medni adası 1993-cü ildən Komandor qoruğu ərazisinə daxildir.
Mak-Merdo — Cənub qütbü şossesi
Mak-Merdo — Cənub qütbü şosesi (ing. McMurdo-South Pole highway) — Antarktidada yerləşən və uzunluğu 1450 km olan, Amerikaya məxsus olan Mak-Merdo və Amundsen-Skott stansiyaları arasında yerləşir. Yol qarın müəyyən yerlədə kürüdülməsi yolu ilə çəkilmişdir. Hazırda məsafəni sürücülər qaz yerişi ilə maşınlarla 10 günə qət edirlər. Vaqonlar xüsusi xizəklərdə hərəkət edir. Bu vaqonlarda ayaq yolu və yataq otağı vardır. Yolla bağlı tikinti işləri 2002-ci ilin sonları başlamışdır. Tikinti işləri 2006-cı ilin yayında başa çatmışdır. Mak-Merdo şelf buzlağı və Antarktida platosu düzən olduğundan 48 kilometrlik mədafə qısa vaxt ərzində inşa edilmişdir. Hündürlüyü 2000 metr olan sahələrdə çətinliklər yaranmışdır.
Qütb Təyyarəçiləri yarımadası
Qütb Təyyarəçiləri yarımadası — Barens dənizində, Aleksandra Torpağının şərqində yerləşir. Yarımada qərbdən Dejnyov körfəzi, şərqdən isə Arxangelsk boğazı ilə yuyulur. Yarımadada hündürlüyü 300 metr olan buzlaq vardır. Ucqar cənub qutaracağı Tomas burnu, şərq qutaracağı isə Zamaçivıy burnu adlanır. Yarımada eni 3 km olan bərzəxlə adanın əsas hissəsinə birləşir. Bərzəx ərazisində Ledyanoe gölü yerləşir.
Qütb koordinat sistemi
Riyaziyyatda qütb koordinat sistemi və ya polyar koordinat sistemi, nöqtələrin bir bucaq və Karteziyan koordinant sistemindəki koordinat başlanğıcının ekvivalenti olub "qütb" olaraq bilinən bir mərkəz nöqtəyə olan uzaqlıqlar ilə müəyyən, iki ölçülü bir koordinat sistemidir. Qütb koordinat sistemi, riyaziyyat, fizika, mühəndislik, dənizçilik, robot texnologiyası kimi bir çox sahədə istifadə edilər. Bu sistem, iki nöqtə arasındakı əlaqənin bucaq və uzaqlıq ilə daha sadə ifadə edilə bildiyi vəziyyətlər üçün xüsusilə rahatdır. Karteziyan koordinat sistemində, belə bir əlaqə ancaq triqonometrik düsturlar ilə tapıla bilər.

Значение слова в других словарях