QILMAQ

f. köhn. Etmək, görmək, yerinə yetirmək, əda etmək, icra etmək.
Çün gəldi özünə, qıldı nalə; Yağdırdı xəzanı üzrə jalə. Füzuli.
Söyləyim sözlərim eylə dil əzbər; Şirin nəsihətim qıl sinədəftər. Koroğlu”.
Vaqifin dərdini biləydi yarı; Dərdinə bir dərman qılaydı, barı. M.P.Vaqif.
A sevgilim, aç bir niqab üzündən; Məcnun tək Leylaları divanə qıl. A.Səhhət.
Sayrışan ulduzlar verib baş-başa; Gözəl camalına qılır tamaşa. S.Vurğun.

Синонимы

  • QILMAQ ötmək — görmək
QILMA
QILOV

Значение слова в других словарях