QIRMIZILIQ

is.
1. Qırmızı rəngdə olan şeyin halı; allıq. Qanın qırmızılığı. Üzün qırmızılığı.
// Qırmızı rəng, qırmızı ləkə, qızartı. Boğazında qırmızılıq var. Yara yerinin qırmızılığı getdi.
[Rzaqulu xanın] çöhrəsi qayət solğun isə də, yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı. M.S.Ordubadi.
[Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında … bir qırmızılıq, gözlərində bir dərinlik mövcud idi. S.Hüseyn.

2. məc. Həyasızlıq, utanmazlıq.

Синонимы

  • QIRMIZILIQ həyasızlıq — utanmazlıq
  • QIRMIZILIQ qızartı
  • QIRMIZILIQ allıq
QIRMIZILI
QIRMIZIMTIL

Значение слова в других словарях