QIROV

QIROV I is. coğr. Yerə, yarpaqlar və s. üzərinə düşən buz kristalları, şehin donmuş zərrələri. Atım köpüklənir, atım buğlanır; Donmuş qırov kimi sinəsində tər (S.Vurğun).

QIROV II is. Gözdə əmələ gələn cüzi görməməzlik; göz nöqsanı.

QIRX
QIYMAQ
OBASTAN VİKİ
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
Qırov əmələ gəlməsi
== Atmosferdə su buxarı == Atmosferdə həmişə müəyyən miqdarda su buxarı mövcuddur.Su buxarı ancaq soyuma nəticəsində doyma dərəcəsinə çata bilər. == Qırov əmələ gəlməsi == Sakit havada Günəş batdıqdan sonra yer səthi soyumağa başlayır və getdikcə onu bürüyən hava da soyuyur. Soyuyan havadakı su buxarı doyma dərəcəsinə yaxınlaşır və nəhayət kondensasiya prosesi baş verir və bu da kiçik damcıların (şeh) yer səthinə çökməsi ilə nəticələnir. Şeh sakit, buludsuz havada, bəzən də yüksək buludların olduğu və zəif külək əsdiyi zaman əmələ gələ bilər. Əgər şehin əmələ gəldiyi zaman temperatur 0°C - dən aşağı olarsa, bu zaman şeh deyil, qırov əmələ gəlir.

Значение слова в других словарях

взба́дривать внешнеполити́ческий глупёхонько закопте́ть подгля́дывать полома́ться попрека́ть предвосхища́ть недоноси́тельство опосты́леть пароксизма́льный поло́ска полува́льный рено́нс сэр фанабе́риться срам cadent gith indicia linotype prairie grouse shaggily speak симптом