QIZILSƏBƏT

сущ. бот. золотарник (многолетняя трава с желтыми цветками)
QIZILSARMAŞIQLILAR
QIZILSÖYÜD
OBASTAN VİKİ
Qızılsəbət
Qızılsəbət (lat. Solidago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin botaniki adı latın sözündən götürülərək "solidare" — "sağlamlığını möhkəmləndir", "solidum agaere" — "müalicə et, sağalt" mənasını bildiıir. Bitkinin adı isə qızılsəbət və ya qızıl çubuq adlanır. Bu cinsə təxminən 130 növə yaxın çoxillik ot bitkisi daxildir. Onların vətəni Şimali Amerika, Avrasiyanın mülayim iqlim zonaları və Cənubi Amerika dağlarıdır. Kanada qızılsəbəti (S. canadensis) — hündürlüyü 180 sm-ə çatan kökümsovlu, çoxillik bitkidir. Sarı rəngdə olan xırda səbət gülləri piramidaşəkilli çiçək qrupunda toplanmışdır. Bitkinin vətəni Kanada, ABŞ-nin şərqi və Meksikanın şimal-şərq vilayətləridir. Gülçülükdə Kanada qızılsəbəti 1648-ci ildən istifadə olunur.
Qızılçubuq qızılsəbət
Qızılçubuq qızılsəbət (lat. Solidago virgaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızılsəbət cinsinə aid bitki növü. Hündürlüyü (40) 80-100 sm, gövdəsi düz, aşağı hissədə çılpaq, yuxarı hissədə çiçək qrupunda budaqlanmış olan çoxillik ot bitkisidir. Aşağı yarpaqları yumurtaşəkilli, ellipsşəkilli və ya uzunsov-neştərvaridir, sivriləşmiş, mişarvaridir, qaidəsinə doğru qısa saplaqda pazşəkilli daralmışdır, bəzən qaidə hissəsi az ürəkşəkilli olur, dağınıq və qısa tüklüdür, alt tərəfdən daha tüklüdür, yuxarı yarpaqları neştərvari, oturaq və tamkənarlıdır. Qın 7-9 mm uzuluqdadır. Səbətləri uzun, ensiz və sərt, nadir halda seyrək və enli süpürgəvari çiçək qrupunda toplanmışdır; sarğı yarpaqcıqları 4-5 cərgəlidir, çox bərabər deyil, daxildəki yarpaqcıqları xətvaridir. Toxumlarının uzunluğu 4 mm-ə qədər olub, demək olar ki, silindrik formalıdır, tüklüdür, uzunluğuna görə ona bərabər olan kəkili vardır. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Orta dağ qurşağında subalpa qədər (1200-2200 m d.s.y.) Meşələrdə, kolluqlarda, dağ çəmənlərində rast gəlinir.
Kanada qızılsəbəti
Kanada qızılsəbəti (lat. Solidago canadensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızılsəbət cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5 m-ə bərabərdir. Gövdəsi düzqalxan, yuxarı hissədən budaqlanan, bütün hissələri sıxyarpaqlı olub, əsası odunlaşmışdır. Gövdəsinin rəngi tünd-yaşıldan, açıq-yaşıla qədər dəyişir. Yarpaqları növbəli, xətti-neştərvari, zirvəsi uzun itiuclu və uzunsov damarlıdır. Aşağı yarpaqlarının kənarları boyunca itidişcikli, qısasaplaqlı olub, uzunluğu 5–12 sm-ə bərabərdir. Yuxarı yarpaqları bütövkənarlı, oturaq və uzunluğu 2–8 sm-dir. Səbətcikdəki çiçəkləri xırda, diametri 3–5 mm, kənarlarında 4–6 yalançı dilcik və 5–8 ədəd boruşəkilli çiçəkləri vardır. Bütün çiçəkləri qızılı-sarı olur.

Значение слова в других словарях