QIZILSƏBƏT

сущ. бот. золотарник (многолетняя трава с желтыми цветками)
QIZILSARMAŞIQLILAR
QIZILSÖYÜD
OBASTAN VİKİ
Qızılsəbət
Qızılsəbət (lat. Solidago) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin botaniki adı latın sözündən götürülərək "solidare" — "sağlamlığını möhkəmləndir", "solidum agaere" — "müalicə et, sağalt" mənasını bildiıir. Bitkinin adı isə qızılsəbət və ya qızıl çubuq adlanır. == Növləri == == Haqqında == Bu cinsə təxminən 130 növə yaxın çoxillik ot bitkisi daxildir. Onların vətəni Şimali Amerika, Avrasiyanın mülayim iqlim zonaları və Cənubi Amerika dağlarıdır. Kanada qızılsəbəti (S. canadensis) — hündürlüyü 180 sm-ə çatan kökümsovlu, çoxillik bitkidir. Sarı rəngdə olan xırda səbət gülləri piramidaşəkilli çiçək qrupunda toplanmışdır. Bitkinin vətəni Kanada, ABŞ-nin şərqi və Meksikanın şimal-şərq vilayətləridir. Gülçülükdə Kanada qızılsəbəti 1648-ci ildən istifadə olunur.
Qızılçubuq qızılsəbət
Qızılçubuq qızılsəbət (lat. Solidago virgaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızılsəbət cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü (40) 80-100 sm, gövdəsi düz, aşağı hissədə çılpaq, yuxarı hissədə çiçək qrupunda budaqlanmış olan çoxillik ot bitkisidir. Aşağı yarpaqları yumurtaşəkilli, ellipsşəkilli və ya uzunsov-neştərvaridir, sivriləşmiş, mişarvaridir, qaidəsinə doğru qısa saplaqda pazşəkilli daralmışdır, bəzən qaidə hissəsi az ürəkşəkilli olur, dağınıq və qısa tüklüdür, alt tərəfdən daha tüklüdür, yuxarı yarpaqları neştərvari, oturaq və tamkənarlıdır. Qın 7-9 mm uzuluqdadır. Səbətləri uzun, ensiz və sərt, nadir halda seyrək və enli süpürgəvari çiçək qrupunda toplanmışdır; sarğı yarpaqcıqları 4-5 cərgəlidir, çox bərabər deyil, daxildəki yarpaqcıqları xətvaridir. Toxumlarının uzunluğu 4 mm-ə qədər olub, demək olar ki, silindrik formalıdır, tüklüdür, uzunluğuna görə ona bərabər olan kəkili vardır. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk. dağ., Orta dağ qurşağında subalpa qədər (1200-2200 m d.s.y.) == Yaşayış mühiti == Meşələrdə, kolluqlarda, dağ çəmənlərində rast gəlinir.
Kanada qızılsəbəti
Kanada qızılsəbəti (lat. Solidago canadensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızılsəbət cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 1,5 m-ə bərabərdir. Gövdəsi düzqalxan, yuxarı hissədən budaqlanan, bütün hissələri sıxyarpaqlı olub, əsası odunlaşmışdır. Gövdəsinin rəngi tünd-yaşıldan, açıq-yaşıla qədər dəyişir. Yarpaqları növbəli, xətti-neştərvari, zirvəsi uzun itiuclu və uzunsov damarlıdır. Aşağı yarpaqlarının kənarları boyunca itidişcikli, qısasaplaqlı olub, uzunluğu 5–12 sm-ə bərabərdir. Yuxarı yarpaqları bütövkənarlı, oturaq və uzunluğu 2–8 sm-dir. Səbətcikdəki çiçəkləri xırda, diametri 3–5 mm, kənarlarında 4–6 yalançı dilcik və 5–8 ədəd boruşəkilli çiçəkləri vardır. Bütün çiçəkləri qızılı-sarı olur.

Digər lüğətlərdə