QIZARTI

сущ. 1. яру ранг; ярувал; 2. яру леке, яру хьайи чка (бедендин); 3. яру затӀ, яргъай яруз аквазвай затӀ; // яр янвай чка (цавун).
QIZARTDIRMAQ
QIZARTMA
OBASTAN VİKİ
Qızartıotu
Qızartıotu (lat. Echium) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda 4 növü yayılmışdır, lakin dekorativ gülçülükdə bir növü -əyriçiçək qızartıotu (E.lycopsis) istifadə olunur. Bu bitkinin hündürlüyü 30 sm-ə çatır, budaqlı gövdəsi və uzunsov sallaq yarpaqları olan çiçəkləri gövdələrin uclarında sıx hamaşçiçəkləri toplanmışdır. Hazırda güllərin rənginə görə bir-birindən fərqlənən göyrəyin bir çoxu sortu məlumdur. Onlar göy, ağ, çəhrayı rəngdə olur. Bitkinin toxumlarını 20x25 sm sxem üzrə torpağa əkməklə çoxaldırlar. O, günəşli yerdə yaxşı bitir.Bitkinin köklərinin çürüməməsi üçün qum və çınqıldan drenaj düzəltmək lazımdır. Ofis interyerlərinin bəzədilməsində bu bitkilərdən istifadə etmək məqsədyönlüdür.
Adi qızartıotu
Adi qızartıotu (lat. Echium vulgare) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin qızartıotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik bitkidir. Gövdəsi bir və ya bir neçə sayda, sadə və ya yuxarı hissədə budaqlanan, hündürlüyü (20) 30–50 (100) sm, xırda yumşaq bozumtul-ağ tüklüdür. Çiçək qrupu ensiz və seyrək süpürgəşəkilli, qıvrımlardan ibarətdir. Yarpaqları lansetvari, bir ədəd çıxıntılı orta damarlı, bozumtul və yarımsıxılmış və ya yarımaralı tükcüklüdür, aşağıdakılar çiçəkləmə zamanı solur, kürəkvari-lansetvari, uzunluğu 5–10 sm, eni 8–15 mm-dir, gövdə yarpaqları oturaq lansetvari və ya lansetvari-xətvari, yuxarıdakılar isə zəif enlənmiş qaidəli, iti ucludur. Qıvrımları boş dəstələrə, süpürgə şəklində yığılmışdır, uzunluğu 5–20 sm, eni 5–10 sm-dir. Kasacığın çiçəkləmə zamanı uzunluğu 5–7 mm-dir. Çiçək tacı göybənövşəyi və ya demək olar ki, göy rəngli, enli olmayan zəngşəkillidir. Fındıqçaları üçbölümlü-yumurtvari, boz rəngli, çox və sıx olmayaraq qabarcıqlıdır.

Значение слова в других словарях