QƏRARLAŞMAQ

f.
1. Yerbəyer olmaq, yerləşmək, qərar tapmaq, sakin olmaq. Təzə mənzildə qərarlaşmaq.
// Müəyyənləşmək, sabitləşmək.
2. Biri ilə bir şey haqqında sözləşmək, bir rəyə, fikrə gəlmək, bir qərara gəlmək.
Mahru ilə razılaşdıq, qərarlaşdıq. M.S.Ordubadi.
Mirzəcanın yeganə bir çarəsi vardısa, o da yeni qayda ilə iş görmək idi, yəni Cəmilənin özü ilə danışıb qərarlaşmalı idi. S.Hüseyn.
Onlar səhər saat beşdə yola düşməyi qərarlaşıb ayrıldılar. M.İbrahimov.

Синонимы

  • QƏRARLAŞMAQ sözləşmək — şərtləşmək
  • QƏRARLAŞMAQ yerləşmək — müəyyənləşmək — sabitləşmək
QƏRARLAŞMA
QƏRARLI

Значение слова в других словарях