QƏZƏBNAK

zərf [ ər. qəzəb və fars. …nak] köhn. Qəzəbli, qəzəbli halda.
Əkbər cavab verməyib, axır qəzəbnak: “Bir yol, sənin borcun deyil”, – deyib gedib yatdı. Ə.Haqverdiyev.

□ Qəzəbnak olmaq köhn. – qəzəblənmək, hiddətlənmək, bərk acığı tutmaq.
[Şahmar bəy:] Nə bais olub bu qədər qəzəbnak olmağınıza? N.Vəzirov.
Gülpəri bu əhvalatdan qəzəbnak olub: – Təzə gəlini beləmi qəbul edərlər, sən məni buraya yasamı gətirmisən? – deyə qışqırdı. S.S.Axundov.

Синонимы

  • QƏZƏBNAK bax: qəzəbli
  • QƏZƏBNAK qəzəbnak bax hiddətli
QƏZƏBLİ
QƏZƏL

Значение слова в других словарях