QANDA

I
(Quba, Dərbənd, Xaçmaz)
qoca camış. – Qanda dai <daha> xəyir vermiyədü, satacağam (Dərbənd)
II
(Balakən, Qax)
qısaboylu. – Mən qanda Əlinin naxırının arxasıncan kəndə çatdım
III
(Dəvəçi)
harada. – Qaşların qandadır, qanda? Kipriklərin durub sanda; Mən harada, saray handa?; Dinmə, gözəl xanım, dinmə!
QANÇURLAMAĞ
QANDAT
OBASTAN VİKİ
Bal Qandahar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.
Qandak çayı
Qandak çayı (Нараяни; nep. कालीगण्डकी नदी, hind. कालीगण्डकी)- Nepal və Hindistan arasında çay. Nepalın ən iri dörd çayından biri. Yuxarı axarlarında çay Kali-Qandak adını daşıyır. Himalay dağlarından başlanğıc götürür. Belə ki, Kali-Qandak Muztanq-Kxola və Kyuqoma-Kxola ilə də birləşir. Çayın hövzəsi Nepalın mərkəzi hissəsini əhatə edir. Çayın mənbəyində Mustanq krallığı yerləşir ki, oda Tibetə daxildir. Çay Qanq çayına Patnı rayonu yaxınlığında tökülür.
Qandal
Qandal — bir adamın biləklərini bir-birinə yaxın tutmaq və hərəkət qabiliyyətini maneə törətmək məqsədiylə hazırlanmış alətlərdir. Ümumiyyətlə bir zəncir ya da bar ilə bir-birinə tutdurulmuş iki oval parçadan meydana gələr. Metal xəlitəli ola biləcəyi kimi praktik plastik qandalların da istifadəsi yayılmışdır. Metal qandallar ümumiyyətlə bir açarla aça bilən kilid mexanizminə malikdir. Bəzi modellərdə dönən bir vint köməyi ilə qandal bağlanıla bilər və açıla bilər. Qandallar ümumiyyətlə polis və digər təhlükəsizlik işçilərin tərəfindən şübhəlilərin qaçmasını önləmək məqsədiylə istifadə edilər.
Qandalar
Qandalar — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Bu oyko­nim rəsmi ədəbiyyatda Qandallar (Qandallı Alılar adından təhrifdir) kimi də işlənir. Yerli məlumata görə, yaşayış məntəqəsini çarizm dövründə Qazax mahalında vaxtilə qaçaqlıq etmiş Qandal Alı adlı şəxs salmışdır. XIX əsr ədəbiyyatına görə isə yaşayış məntəqəsi quşçuların qandalar nəslinin adı ilə bağlıdır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Kənddə Qandalar kənd kitabxana filialı fəaliyyət göstərir. Kənddə Qandalar kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qandalf
Qandalf — Con Ronald Ruel Tolkinin "Hobbit" və "Üzüklərin hökmdarı" romanlarında bəhs olunan 5 sehirbazdan biri, həm də baş qəhrəmanlardan biri. Bir sehrbaz və bir güc daşıyıcısı olan Qandalf böyük bir gücə sahibdir. Ancaq sehrə çox meyilli olmayıb, əksər hallarda cəsarətləndirmək və inandırmaq ilə işləri həll etməyə çalışır. Qandalf böyük pelerin və şiş uclu papaq geyinmiş, əlində sehrli əsas tutmuş, saqqallı qoca kişi olaraq təsvir olunur. Böyük bir bilgiyə və gücə sahib olan Qandalf çox səyahət edir və hər zaman qaranlıq hökmdar Sarumana qarşı mübarizə fokuslanmışdır. Boz Qandalf olaaraq tanınır və adlandırılır.
Qandax
Qandax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin Əliabad naibliyinə daxil olan Qandax kəndində milli tərkibi muğallardan ibarət 97 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Qandax kəndi Qandax İcra nümayəndəliyi və Qandax Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin ümumi sayı –1900 nəfər, Azərbaycanlılardan ibarətdir.390 evdə 541 təsərrüfat fəaliyyət göstərir.Ərazidə 1 məktəb, tibb məntəqəsi,mədəniyyət evi,kitabxana,400 abanentlik Telefon stansiyası,poçt,məsçid,fındıq təmizləmə sexi fəaliyyət göstərir.Qandax kəndindən Zaqatala şəhərinə məsafə 29 km,Bakı şəhərinə 418 km. Kənddə Qandax kənd məscidi dini icması fəaliyyət göstərir.
Qandağ
Qandağ — Şərur rayonu ərazisində dağ; Qandağ — Balakən rayonu ərazisində dağ silsiləsi.
Bal Qandadhar Tilak
Lokamanya Bal Qanqadhar Tilak (ing. Lokmanya Bal Gangadhar Tilak, marathi बाळ गंगाधर टिळक; 23 iyul 1856 – 1 sentyabr 1920, Bombey, Britaniya Hindistanı) — hind siyasi xadim, sosial reformator. Milliyyətcə maratxdır. Hindistanın azadlıq uğrunda hərəkatının liderlərindən biridir.

Значение слова в других словарях