QARINSIZ
QARIŞ-QARIŞ
OBASTAN VİKİ
Aşağı Qarış (Baltas)
Aşağı Qarış (rus. Нижнекарышево, başq. Түбәнге Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 20 km., kənd sovetliyindən (Yuxarı Qarış): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 90 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (60 %), tatarlar (37 %) üstünlük təşkil edir.
Sonuncu qarış (film, 1958)
"Sonuncu qarış" (rus. Последний дюйм) — rejissorlar Teodor Vulfoviç və Nikita Kurixinin filmi. == Məzmun == Sahilboyu Şimali Afrika. Müharibədən sonrakı illər. İşsiz təyyarəçi Ben Esliyə yüksək məbləğə təhlükəli iş olan köpək balıqlarının sualtı çəkilişini tapşırırlar. Benin oğlu Devi atasına yalvarır ki, bu səfərinə onu da aparsın. Ben və onun oğlu Devi uzaq kimsəsiz sahilə gedirlər. Sualtı çəkilişlərin birində Ben ağır zədə alır və bütün işlər Devinin öhdəsinə düşür. Devi atasının və eləcə də özünün həyatını xilas etmək naminə təyyarəni idarə etməli olur. Ben oğluna təyyarəni necə idarə etməyi bir-bir başa salır.
Qarış
Qarış — keçmiş zamanlardan bu günümüzəcən işlədilən təxmini uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri də qarış adlanır. Qarış da türk sözüdür. Diqqəti cəlb edən məqamlardan biri bəşər sivilizasiyasının inkişafında əvəzsiz rol oynayan şumerlərin də dilində torpaq ölçmək üçün eyni sözün olmasıdır. Məşhur Amerika şumerşünası S.N.Kramer şumerlərə məxsus "Əkinçinin təqvimi" mətnini tərcümə edərkən torpaq ölçü vahidi kimi qaruş//qareş sözünü eynilə saxlamışdır. Sonralar onun əsəri ("Tarix Şumerdən başlayır") rus dilinə tərcümə edilərkən qareş sözünə heç bir dəyişiklik edilməmişdir. S.N.Kramerin əsərində qareş sözü 6–7 m uzunluğunda torpaq zolağı kimi şərh edilmişdir. Bir qareşin şumerlərdə 6–7 m-ə bərabər götürüldüyü o qədər də inandırıcı görünmür. Hazırda çox da dəqiqlik tələb olunmayan yerlərdə xalq qarışdan istifadə edir. Qarış əli açıq vəziyyətdə tutduqda baş barmağın ucundan çeçələ barmağın ucuna qədər olan uzunluğu bildirir və bu da orta hesabla 0,213 m-ə, yəni təqribən 20 sm-ə bərabərdir.
Qarış (dəqiqləşdirmə)
Qarış — Azərbaycanda geniş yayılmış xalq uzunluq ölçüsü vahidlərindən biri. Yuxarı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Aşağı Qarış (Baltas) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd.
Yuxarı Qarış (Baltas)
Yuxarı Qarış (rus. Верхнекарышево, başq. Юғары Ҡарыш) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Aşağı Qarış kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 22 km., ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 92 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə Başqırdlar (71 %), tatarlar (28 %) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Filarit Abdulqazimoviç Bakirov (1950—2013) — teatr aktyoru, Başqırdıstanın Respublikası Xalq Artisti (1995). Teatr İşçiləri Birliyinin üzvü (1976). Flora Davletxanovna Axmerova (1928—2004) — yazıçı, diyarşunas, müəllim. RSFSR xalq təhsilində əla işçi (1964).
Aerobika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cüt, çoxnövçülük)
I Avropa Oyunlarında aerobika gimnastikası idman növünün qarışıq cüt yarışları 17 və 21 iyun tarixləri arasında baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 10 dövlətin 20 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 21.150 xal toplayan İspaniya gimnastları Sara Moreno və Visente Li oldu. Gümüş medalı İtaliyaıı Miçela Kastoldi və Davide Donati, bürünc medalı isə Rusiya idmançıları Duxiq Janaziyan və Denis Solovyov qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, çoxnövçülük) — I Avropa Oyunlarında qarışıq cütlüylərin akrobatika gimnastikası idman növünün çoxnövçülük yarışları 19 iyun tarixində baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 8 dövlətin 16 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 89.310 xal toplayan Rusiya Federasiyasının gimnastları Marina Çernova və Georgi Pataraya oldu. Gümüş medalı Belçikalı Yana Vastavel və Solano Kassamajor, bürünc medalı isə Böyük Britaniyalı Anna Baun və Ryan Bartlett qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, çoxnövçülük) — I Avropa Oyunlarında qarışıq cütlüylərin akrobatika gimnastikası idman növünün çoxnövçülük yarışları 19 iyun tarixində baş tutdu. Yarışlar 5 407 tamaşaçı tutumu olan Milli Gimnastika Arenası keçirildi. 8 dövlətin 16 idmançısı yarışların qızıl medalı uğrunda mübarizə apardı. I Avropa Oyunlarının çempionu 89.310 xal toplayan Rusiya Federasiyasının gimnastları Marina Çernova və Georgi Pataraya oldu. Gümüş medalı Belçikalı Yana Vastavel və Solano Kassamajor, bürünc medalı isə Böyük Britaniyalı Anna Baun və Ryan Bartlett qazandı.
Atom Qarışqa
Atom qarışqa — 1965-ci ildə Hanna-Barbera tərəfindən yaradılan cizgi film obrazı. Cizgi film 1990-cı və 2000-ci illərdə yenidən "Cartoon Network" və "Boomerang"da yayımlanmışdır. == Bioqrafiya == Atom qarışqa kompüter və idman avadanlığı kimi əşyalarını yerləşdirdiyi yuvasında yaşayan super qəhrəman qarışqadır. Əsas qabiliyyətləri uçmaq, süper sürət, inanılmaz güc və dözümlülükdür. "Yuxarıya, Atom Qarışqa" onun şüarıdır. O, ona tapşırıqlar verən polis rəisiylə tez-tez əlaqə saxlayır. Başlanğıcda Hovard Morris tərəfindən, daha sonrakı bölümlərdə isə Don Messik tərəfindən səsləndirilmişdir. Atom Qarışqanın bəzi missiyaları Betmenin missiyalarını parodiya edir. Polislər əksər polis işlərini tez-tez Atom Qarışqaya həvalə etdiklərindən izləyicilərə bacarıqsız və yetərsiz olaraq təqdim olunurlar. Atom qarışqa, macəralarında dəli professor Von Qimmik, Vəhşi Birə (o da Don Messik tərəfindən səsləndirilmişdir) və s.
Atəş qarışqası
Atəş qarışqası (lat. Solenopsis) — Hymenoptera dəstəsindan bir həşərat növü.
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (film, 1986)
Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1986-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. == Məzmun == Elmi-kütləvi film respublikada sənaye əsasları üzrə intensiv surətdə inkişaf etdirilən heyvandarlığın möhkəm yem bazası ilə təmin olunmasına həsr edilmişdir. Filmdə mal-qaranın qidalı yemə tələbatını ödəmək üçün bir sıra müsbət keyfiyyətli birillik dənli, paxlalı bitkilərin becərilməsini genişləndirməyə xüsusi diqqət yetirilməsindən danışılır. Filmdə bu bitkilərin aralıq, təkrar və qarışıq əkinləri ətraflı şəkildə izah olunur. Kinolentdə eyni zamanda birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini barədə Azərbaycan Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bölmə və laboratoriyalarında aparılan tədqiqat işləri əsas yer tutur. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Buldoq-qarışqa
Buldoq-qarışqa (lat. Myrmecia) — Hymenoptera dəstəsindan bir həşərat növü.
Böyük qarışqayeyən
Böyük qarışqayeyən (lat. Myrmecophaga tridactyla) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinin qarışqayeyənlər fəsiləsinin qarışqayeyən cinsinə aid heyvan növü. Böyük qarışqayeyən qarışqayeyənlər fəsiləsinin ən böyük nümayəndəsi olub, bədəninin uzunluğu 110—130 sm-ə çatır. Cücüyeyənlər dəstəsinin nümayəndələrinin hamısında olduğu kimi, böyük qarışqayeyənin də xarici görünüşü qəribədir: boruya bənzər uzun dar çənəsi, kiçik dar gözləri, uzunluğu 95 sm, bəzən bir az uzun olan quyruğu var. İri fərdlərinin kütləsi 40 kq-a, bədəninin uzunluğu quyruğu ilə birlikdə 2,3 m-ə çatır.
Cırtdan qarışqayeyən
Kiçik qarışqayeyən (lat. Cyclopes didactylus) — heyvanlar aləminin dişsiz məməlilər dəstəsinin cyclopedidae fəsiləsinin kiçik qarışqayeyən cinsinə aid heyvan növü.
Kafalar Qarışıq (film, 2018)
Kafalar qarışıq — 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. == Mövzu == Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar, lakin Busənin babası bu evliliyə razı olmur. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilmir və yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal kömək edir.
Komandalar qarışığı
komandalar qarışığı (ing. instruction mix ~ ru. смесь команд ~ tr. komut karışımı) – proqramın çeşidli komandaları: mənimsətmə komandası, riyazi (sürüşkən nöqtəli və ya tam ədədi) komandalar, idarəedici komandalar, indeksləmə komandaları və s. Proqramların komandalar qarışığını bilmək mərkəzi prosessorun mikrosxemlərinin gəlişdiricilərinə lazımdır ki, onlar hansı komandaların necə sürətli yerinə yetirilməsini təsəvvür edə bilsinlər; eləcə də etalon sınaqların gəlişdiricilərinə məsələlərlə uyğunluğu təmin etmək üçün komandalar qarışığını bilmələri çox vacibdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qafqaz qarışıq meşələri
Qafqazın qarışıq meşələri ekoregionu Qərbi Asiya və Şərqi Avropanın florasına yaxındır. Onlar bütün Qafqaz dağlarını örtür. Qafqaz dağları Avropa və Asiyanın sərhəddində yerləşməsi burada qarışıq meşələrin yaranmasına səbəb olur. Ən yüksək nöqtəsi Elbrus zirvəsidir. == Paylanması == Qafqazın florası Lagpdekdə, Brojomi-Xaraqaulidə, Tuşeti Milli parklarında və Zaqatala qoruqlarında qorunur. Ekoregionun sahəsi 170,300 kv.km-dir.
Qarışqa-adam
Henk Pim (ing. Hank Pym) — Marvel Comics personajı. Əsasən Qarışqa-adam kimi tanınır. Lakin müxtəlif vaxtlarda Qoliaf, Eşşək arısı, Sarı Jaket və Nəhəng adam kimi adlarla da çıxış etmişdir. Qisasçılar komandasının qurucu və sabiq üzvüdür. Ən yaxın partneri həyat yoldaşı Eşşək arısıdır. == Nəşr olunma tarixi == Henk Pim ilk dəfə "Heyranedici hekayələr" antologiyasının 7-ci buraxılışında yer alan 7 səhifəlik "Qarışqa yuvansındakı adam" hekayəsində peyda olmuşdur. Yaradıcı heyət redaktor-rəssam Sten Li, ssenarist Lari Liber, yazıçı Cek Kirbi və Dik Ayersdən ibarət idi. 2008-ci ildə Sten Li demişdi: "Mən kiçilən insandan və onu təqib edən qarışqalardan bəhs edən "Qarışqa yuvasındakı adam" adlı komiks yaratdım. Düşünmüşdüm ki, belə bir super qəhrəman yaratmaq əyləncəli olardı".
Qarışqa-adam (film, 2015)
Qarışqa-adam (ing. Ant-Man, rus. Человек-муравей) — Marvel Studios tərəfindən 2015-ci ildə çəkilən super qəhrəman film. Film komiks dünyasında Qarışqa-adam kimi tanınan iki şəxsin — Skott Lenq və Henk Pimdən bəhs edir. Film Marvel Film Dünyasının 12-ci filmidir. Peyton Ridin rejissoru olduğu filmin əsas rollarında Pol Radd, Evencelin Lilli, Kori Stol, Maykl Duqlas, Maykl Pena, Bobbi Kannavale, Klifford Cozef, Antoni Maki oynamışdır. Filmin senarisi Co Korniş, Edqar Rayt, Adam Makkay və Pol Radd tərəfindən yazılmışdır. Filmin senarisinə görə Skatt Lenq Qarışqa-adam olmalı, Henk Pimin texnologiyasını qorumalı, Sarı Jaketə qarşı mübarizə aparmalı və dünyanın təhlükəsizliyini təmin etməli idi. Film üzərində işlər 2006-cı ilin aprelində Co Korniş və Edqar Raytın senari yazması ilə başlamışdır. Senarinin yazılması 2011-ci ilin aprelində bitmiş, 2012-ci ilin iyulunda Rayt sınaq görüntülərinin çəkilməsinə start vermişdir.
Qarışqa-adam və Eşşək arısı: Kvantmaniya (film, 2023)
Qarışqa-adam və Arı: Kvantomaniya (ing. Ant-Man and the Wasp: Quantumania) — 2023-cü il ABŞ istehsalı Marvel Kinematoqrafiya Kainatının filmi. == Çəkilişlər == Filmin çəkilişləri Atlanta, London və Los-Ancelesdə aparılır.
Qarışqa-adam və Eşşək arısı (film, 2018)
Qarışqa-adam və Eşşək arısı (ing. Ant-Man and Wasp) — Marvel istehsalı film. 2015-ci il filmi Qarışqa-adamın davam filmidir. == Mövzu == Kapitan Amerika: Qəhrəmanların savaşı filmindən sonra ev həbsinə məhkum olan Skot Lanq həm ata həm də superqəhrəman seçimlərinin nəticələrinə tab gətirir. Skot yeni tapşırığıa başlayır. Bu tapşırıqda Eşşək arısı ilə savaşacaq.
Qarışqa Zed (cizgi filmi, 1998)
Qarışqa Zed (ing. Antz) — 1998-ci ildə istehsal olunmuş cizgi filmidir. İlk dəfə 19 sentyabr 1998-ci il tarixində Toronto Beynəlxalq Film Festivalında göstərilmişdir. == İstinadlar == == Xarici keçidlər == Qarışqa Zed — Internet Movie Database saytında.
Qırmızı meşə qarışqası
Qırmızı orman qarışqası(Formica rufa), (Hymenoptera) dəstəsindan bir böcək növü.
Qış qarışlayıcısı
Qış qarışlayıcısı-(lat. Operophthera brumata L.) Buğumayaqlılar tipinin Pulcuqluqanadlılar dəstəsinin Qarışlayıcılar fəsiləsinə aid olan növ == Həyat tərzi == Zərərvericinin kəpənəklərinə hava şəraitindən asılı olaraq payız fəslinin axırı və qış fəslinin əvvəli rast gəlmək olur. Erkək kəpənək qanadları açılmış halda 20–25 mm ölçüdə olmaqla, ön qanadları sarı rəngdə olub, zolaqsızdır. Sap şəkilli bığcıqları vardır. Dişi kəpənəyin qanadları qısa olub, boz rəngdədir. Qanadların üzərində iki zolaq görünür. Pup mərhələsində qışlayır, oktyabrın axırı və noyabrın əvvəllərində puplardan çıxan kəpənəklər 1-2 gün cütləşdikdən sonra yumurta qoymağa başlayırlar. Kəpənəklərin uçuşu 40-45 gün davam edir. Yumurtalar uzunsov oval şəklində olmaqla, sarımtıl-yaşıl rəngdədirlər. Dişi kəpənəklər yumurtalarını topa halında ağacların qabığının çatları arasına və tumurcuqların üzərinə qoyurlar.

Значение слова в других словарях