QARALTI

is.
1. Uzaqdan görünən qara şey; kölgə.
Sürətlə gedərkən iri püstə ağacı altında bir qaraltı gördü. A.Şaiq.
Həsən kişinin gözünə bir qaraltı dəydi. M.İbrahimov.
[Atlılar] hər yeri arayıb-darayır, kiçik bir qaraltı belə buraxmırdılar. M.Rzaquluzadə.

2. Qara yer, qaralmış yer, ləkə. Qolunda balaca qaraltı var.

Синонимы

  • QARALTI kölgə
  • QARALTI ləkə

Антонимы

  • QARALTI QARALTI – AĞARTI İşığam qaranlıqda, deyiləm bir qaraltı (S.Rüstəm); Uzaqdan gözümə bir ağartı görünür (“İzahlı lüğət”)
QARALMAQ
QARALTMA

Значение слова в других словарях