QARAÇÖRƏKOTU

is. bot. Küncüt fəsiləsindən bir bitki olub, qara və ətirli tumu çörəyin üzünə səpilir.
QARAÇÖHRƏ
QARAÇÖYRÜKOTU
OBASTAN VİKİ
Qaraçörəkotu
Bitkinin adı toxumlarının parlaq qara rənginə görə verilmişdir. Bu cinsə 20 növ daxildir. Azərbaycanda 5 növü bitir. Onlardan ikisi gülçülükdə geniş istifadə edilir. Dəməşq qaraçörəyi (N.damasceana) yabanı halda Avropada, Asiyada və Afrikada bitir. Hündürlüyü 60 sm-ə qədər çatır, lələkvari yarpaqlı və müxtəlif rəngli gülləri olan budaqlı bitkidir. 1542-ci ildən yaşıllaşdırmada istifadə olunur. Çoxsaylı sortları vardır. İspan qaraçörəyi (N.hispanica) yaşıllaşdırmada çox da geniş yayılmamışdır. Bu bitkinin vətəni Şimali Afrika və İspaniyadır.
Əkin qaraçörəkotu
Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü. Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərq­lənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur. Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi.

Значение слова в других словарях