Qardaşağa Cəbiyev
Qardaşağa Nizami oğlu Cəbiyev (13 yanvar 1997; Balaca Həmyə, Siyəzən rayonu, Azərbaycan — 3 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
== Həyatı ==
Qardaşağa Cəbiyev 13 yanvar 1997-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olmuşdur. 2003-2014-cü illərdə Siyəzən rayon Balaca Həmyə kənd tam orta məktəbində təhsil almışdır. Sərbəst güləş ilə məşğul olmuş, medal və fəxri fərmanlarla təltif olunmuşdur. Subay idi.
== Hərbi xidməti ==
Qardaşağa Cəbiyev 4 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmışdır. 4 oktyabr 2017-ci ildə hərbi xidmətini başa vurmuşdur. 1 ilə yaxın mülki fəaliyyətinə davam edən Qardaşağa Cəbiyev 2018-ci ilin sentyabrından müddətdən artıq xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Qardaşağa Cəbiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının, Laçının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.