Qardaşağa Nizami oğlu Cəbiyev (13 yanvar 1997; Balaca Həmyə, Siyəzən rayonu, Azərbaycan — 3 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Qardaşağa Cəbiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Balaca Həmyə, Siyəzən rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Dəfn yeri | Balaca Həmyə, Siyəzən rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Nizami Cəbiyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2016—2017 / 2018—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi • Laçın döyüşləri • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Qardaşağa Cəbiyev 13 yanvar 1997-ci ildə Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olmuşdur.[1] 2003-2014-cü illərdə Siyəzən rayon Balaca Həmyə kənd tam orta məktəbində təhsil almışdır. Sərbəst güləş ilə məşğul olmuş, medal və fəxri fərmanlarla təltif olunmuşdur. Subay idi.
Qardaşağa Cəbiyev 4 aprel 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə çağırılmışdır. 4 oktyabr 2017-ci ildə hərbi xidmətini başa vurmuşdur. 1 ilə yaxın mülki fəaliyyətinə davam edən Qardaşağa Cəbiyev 2018-ci ilin sentyabrından müddətdən artıq xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Qardaşağa Cəbiyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının, Laçının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qardaşağa Cəbiyev 3 noyabr 2020-ci ildə Xocavənd-Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Şəhid olduğunun ertəsi gün doğulduğu Siyəzən rayonunun Balaca Həmyə kəndində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qardaşağa Cəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qardaşağa Cəbiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qardaşağa Cəbiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qardaşağa Cəbiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]