Cabbar Qaryağdıoğlunun evi — Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış binası. Seyidli məhəlləsində yerləşir. Xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935), Azərbaycan xanəndəlik sənətinin nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun yaşadığı ev.[1]
Cabbar Qaryağdıoğlunun evi | |
---|---|
| |
39°45′28″ şm. e. 46°45′24″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa şəhəri, Cabbar Qaryağdıoğlu küçəsi |
Aidiyyatı | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
Vəziyyəti | yararsız vəziyyətdə |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 360 |
Kateqoriya | imarət |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Cabbar Qaryağdıoğlunun evi Şuşa şəhərində Seyidli məhəlləsində yerləşir.[2] Bina XVIII əsrin memarlıq abidəsidir. Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935) və Azərbaycan xanəndəlik sənətinin tanınmış nümayəndələrindən biridir. Cabbar Qaryağdıoğlunun evi şəhərin ən səfalı yeri olan "Cıdır düzü"nə yaxın yerləşirdi.[3]
Yaşayış binası Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir.