1. Qoca nənə; ata, ya ananın anası.
Birdən xoruzlar hinlərdə banladı, Qarınənə sübh olduğun anladı.
2. Ümumiyyətlə, qoca arvad, qoca qarı.
Deyirlər tapılıb Babək qılıncı; Muştuluq paylayın, qarı nənələr!
◊ Qarınənə qurşağı (örkəni, cecimi) – göy qurşağı, qövsi-qüzeh (Günəş şüalarının yağış damcılarında sınması nəticəsində göydə görünən qövs şəklində əlvan qurşaq).