Qasim xanlığı
Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır.
== Xanlar ==
1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi.
Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur:
Kazan xanları xanədanı:
Kasım (1445–1468)
Danyal (1468–1486)(Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı:
Nur Devlet (1486–1491)
Satılgan (1491–1506)
Canbay (1506–1512)Qızıl Orda xanları xanədanı:
Seyyid Evliya (1512–1516)
Şah Əli (1516–1519)
Can Əli (1519–1532)
Şah Əli (yeniden, 1532–1567)
Sayın Bulat (1567–1573)
Mustafa Əli (1573–1600)Qazax xanədanı:
Uraz Məhəmməd — 1600–1610Sibir xanları xanədanı:
Alp Arslan (1610–1627)
Seyyid Burhan (1627–1679)
Fatma Sultan Bikə (1679–1681)
== Mənbə ==
Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах.