Qasim xanlığı


Qasım xanlığı (tatar. Qasím xanlığı/Касыйм ханлыгы, tatar. Qasím patşalığı/Касыйм патшалыгы, rus. Касимовское ханство / Qasimov xanlığı, rus. Касимовское царство / Qasimov çarlığı; 1452–1681), Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınında bugünkü Kasimovda Moskva knyazlığınin himayəsi altında Qasım xan tərəfindən qurulmuş türk dövləti. Xanlıq adını ilk xanı olan Qasım xandan almışdır.

Rusiyanın vassal dövləti
Qasım xanlığı
tatar. Qasím patşalığı/Касыйм патшалыгы
Qasım xanlığının xəritəsi
Qasım xanlığının xəritəsi
 
 
1452 — 1681

Paytaxt Qasımov
Dilləri Qədim Tatar dili[d]
Dövlət dini İslam
Pravoslavlıq
Əhalisi Qasımov tatarları
tatar-mişərlər
mordvalar
İdarəetmə forması Seçilmiş monarxiya
Xan
 • (1452-1469) Qasim xan (ilk)
 • (1678-1681) Fatimə Sultan (son)

1445–1681 illəri arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Dövlət 1506-cı ildən bəri Rusiyaya tabe idi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi.

Sözügedən dövlətin xanları, aid olduqları xanədanlar ilə birlikdə aşağıda təqdim olunur:

Kazan xanları xanədanı:

  • Kasım (1445–1468)
  • Danyal (1468–1486)

(Osmanlı dövlətinə tabe) Krım xanları xanədanı:

  • Nur Devlet (1486–1491)
  • Satılgan (1491–1506)
  • Canbay (1506–1512)

Qızıl Orda xanları xanədanı:

  • Seyyid Evliya (1512–1516)
  • Şah Əli (1516–1519)
  • Can Əli (1519–1532)
  • Şah Əli (yeniden, 1532–1567)
  • Sayın Bulat (1567–1573)
  • Mustafa Əli (1573–1600)

Qazax xanədanı:

Sibir xanları xanədanı:

  • Alp Arslan (1610–1627)
  • Seyyid Burhan (1627–1679)
  • Fatma Sultan Bikə (1679–1681)[1][2]
  • Вельяминов-Зернов В. В. Исследование о касимовских царях и царевичах. Ч. 1. — СПб., 1863; Ч. 2. — СПб., 1864; Ч. 3. — СПб., 1866; Ч. 4. Вып. 1. — СПб., 1887.
  • Рахимзянов Б. Р. Касимовское ханство (1445–1552 гг.): Очерки истории. Казань: Татарское книжное издательство (Идел-пресс), 2009. — 208с.
  • Шишкин Н. И. История города Касимова с древнейших времен. 2 изд. Рязань, 1891.
  1. Öztuna, Yılmaz, "Devletler ve Hanedanlar" Cilt:1, Kültür Bakanlığı Yayınları, Ankara (1996), s.551
  2. Henry Howorth, History of the Mongols,1880, part 2, pp 429–438. The primary source appears to be V. V. Velyaminov-Zernov, Issledovanie o Kasimovckikh Tsaryakh i Tsarevichakh, Saint Petersburg, four parts, 1863–1877.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]