QATARI

прил. нареч. луж хьиз, жергедаваз, цӀиргъинаваз.
qatar-qatar
QATARLAMAQ
OBASTAN VİKİ
Avtomobil qatarı
Başqırdıstan qatarı
«Başqırdıstan» — keçmiş sürətli sərnişin qatarı (№ 039/040). Rusiya dəmir yollarına məxsus olan qatar, gün aşırı olaraq fəaliyyət göstərirdi. Ufa-Moskva-Ufa xətti ilə hərəkət edirdi. Qatarın yolda olma müddəti 26 saat idi. Xəttin nömrəsi 9/40-dır. Məsafə isə 1567 km-dir. 40 il öncə təsis edilmişdir. 1965-ci ildə «Başkiriya» adı ilə fəaliyyət göstərirdi. 1993-cü ildə isə adı «Başqırdıstan» olaraq dəyişdirilmişdir. İlk əvvəllər maşrut Ulyanovskdan keçirdi.
Elektrik qatarı
Elektrik qatarı — şəhərlərdə yol üstündə döşənmiş xüsusi relslərdə hərəkət edən sərnişin nəqliyyat vasitəsidir.
Sürət qatarı
Sürət qatarı — köhnə sistemli relslərdə sürət həddi 200-250 km/s (bəzı Avropa ölkələrində 190-250 km/s), təzə sistemli relslərdə isə 250 km/s və daha yüksək olan qatar. Bakı-Sumqayıt qatarına bilet neçəyə olacaq?
Sursat qatarı
Sursat qatarı — XIX və XX əsr müharibələrində orduların elementi. Onlar hər bir diviziyanın artilleriya və piyada döyüş sursatlarının sursat doldurma məntəqəsindən döyüş sahəsinə daşınmasına cavabdeh idilər. Qatar burada hərfi mənada qatar ola bilərdi, lakin əksər hallarda deyildi və "karvan" mənasında işlədilirdi. Dövrdən asılı olaraq, onun daşınması atlı vaqon və ya motorlu nəqliyyat vasitələri olmuş, və rolları yerinə yetirmək üçün lazımi işçi heyəti və avadanlıqlar təyin edilmişdir. Onların ənənəvi qabiliyyəti müasir döyüşlərdə böyük ölçüdə əvəz edilmişdir. Birləşmiş Ştatlar Hərbi Qüvvələrində hər bir döyüş diviziyasının öz sahə artilleriya briqadasına təyin edilmiş sursat qatarı olmalı idi.
Bakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı — Bakı şəhəri ilə Sumqayıt şəhərini birləşdirən, Bakı şəhərində və Abşeron yarımadasında yaşayan əhalinin gediş-gəlişində və şəhərdaxili hərəkətində mühüm əhəmiyyət kəsb edən marşrut xətti olan Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu üzrə hərəkət edən nəqliyyat vasitəsi. == Tarixi == Bakı-Sumqayıt qatarı hələ sovet dövründən fəaliyyətdə olmuşdur. 2015-ci ildən etibarən isə Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolu iki hissəyə bölünməklə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmağa başlamışdır. Həmin vaxta qədər isə bu sahədə sonuncu təmir işləri 1985-ci ildə aparılmışdır. === Açılış mərasimi === Bakı-Sumqayıt qatarının fəaliyyəti ölkə başçısının diqqət mərkəzində olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 iyun 2015-ci ildə Bakıya gətirilən yeni elektrik qatarı ilə və Bakı-Sumqayıt-Bakı dairəvi dəmir yolunda həyata keçirilən yenidənqurma işləri ilə tanış olmuş, 12 sentyabr 2015-ci ildə isə Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edərək qatarın yola salınmasını bildirən rəmzi lenti kəsmiş və zəngi vurmuşdur. == Qatarlar == Bu yol üzərində 10 qatarın hərəkəti nəzərdə tutulmuşdur. Bakı-Sumqayıt marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün 2015-ci ildə İsveçrənin "Stadler Rail Group" şirkətinin "EŞ2" markalı sürətli elektrik qatarları istismara verilmişdir. Həmin şirkətin "Stadler Minsk" zavodunda istehsal olunmuş "KISS" markalı elektrik qatarlarının hər birində 4 vaqon var. İki mərtəbədən ibarət olan bu qatarların hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır.
Ömür qatarı (film, 1991)
Film görkəmli Azərbaycan alimi Zemfira Verdiyevanın həyat və pedaqoji fəaliyyətindən bəhs edir.
"Moskva-Bakı" qatarı (film, 2005)
== Məzmun == Filmdə hadisələr Moskvadan Bakıya yola düşən qatarda baş verir. Bu qatarın sərnişinləri bütün digər adi sərnişinlərdən fərqlənir… == Film haqqında == Filmdəki xoruzun adı "Şiri"dir. Azərbaycan kinosunda ilk dəfə bu filmdə heyvan və ya quş titrlərdə rol ifaçısı olaraq təqdim edilmişdir.
Moskva-Bakı qatarı (film, 2005)
Filmdə hadisələr Moskvadan Bakıya yola düşən qatarda baş verir. Bu qatarın sərnişinləri bütün digər adi sərnişinlərdən fərqlənir… Filmdəki xoruzun adı "Şiri"dir. Azərbaycan kinosunda ilk dəfə bu filmdə heyvan və ya quş titrlərdə rol ifaçısı olaraq təqdim edilmişdir.
Gecə qatarında qətl (film, 1990)
Gecə qatarında qətl — Natiq Rəsulzadənin ssenarisi əsasında rejissor Əbdül Mahmudovun filmi. == Məzmun == Burada Əfqanıstanda hərbi xidməti başa vurandan sonra evə qayıdıb cinayətkar qrupa-mafioz Nağıyevin (Həsənağa Turabov) quldur dəstəsinə qoşulan gəncin acı taleyindən danışılır. Başısoyuqluq və yelbeyinlik, inadcıl və sərbəst xarakteri Rüstəmi (Fəxrəddin Manafov) məhkəməyə gətirib çıxarır. Demək olar ki, günahsız Rüstəm düşərgədə dörd il keçirir. Nağıyev isə aybaay onun maaşını anasına (Elmira Şabanova) çatdırır. Həbsxanadan azad ediləndən sonra o, yenidən Nağıyevin yanına qayıdır... Nəhayət Rüstəm birdən ayılır. Lakin artıq çox gecdir. O, məhvə məhkumdur... == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin "İntihar edənin qeydləri" povestinin motivləri əsasında çəkilmişdir.
La-Sota vağzalına qatarın gəlməsi
La-Sota vağzalına qatarın gəlməsi (fr. L'arrivée d'un train en gare de La Ciotat) — 1895-ci ildə Lümyer qardaşlarının rejissorluğu və prodüserliyi ilə çəkilmiş ağ-qara, qısametrajlı, səssiz, sənədli film. Filmin ilk ictimai nümayişi 1896-cı ilin yanvarında baş tutub. Lümyer qardaşlarının ən məşhur filmi kimi bu film rusdilli mənbələrdə "Qatarın gəlməsi" və "Poçt qatarının gəlməsi" kimi də hallanır. == Süjet == Süjetin sadəliyinə baxmayaraq film geniş şöhrət qazanıb (ekranda yalnız qatarın gəlməsi, şəhər boyunca hərəkət edən sərnişinlər və La-Sota vağzalının dəmir yolu platforması nümayiş etdirilir). Filmdə bəzi nümayişlər əsasən qatarın hərəkətini təsvir edən hissələr psixoloji cəhətdən bunu qəbul etməyə hazır olmayan insanlar arasında vahimə doğururdu. == İstehsal == Bu 50 saniyəlik film Fransanın Buş-du-Ron departamentində, La-Sota kommunasında çəkilib. Film kinoaparat və çap dəzgahının köməyi ilə kinematoqraf vasitəsilə çəkilib. Lümyer qardaşlarının ilk filmlərinin hamısındakı kimi bu film də 1.33:1 nisbətində olan 35 mm-lik kino lentdə hazırlanmışdı. == Reaksiya == Film kino dünyasında məşhur olan şəhər əfsanəsi ilə bağlıdır.
Mavi qatarın sirri
Mavi qatarın sirri (ing. The Mystery of the Blue Train) — Aqata Kristi tərəfindən yazılmış detektiv janrda roman. == Mövzu == Aqata Kristinin detektiv əsərlərindən Mavi Qatarın Sirri adlı əsəri uşaqlar və eyni zamanda gənclər tərəfindən olduqca bəyənilərək oxunur.Əsərdə hadisələr Amerika milyonçusu Van Aldinin qızı Rutun Mavi qatarda ölümü ilə bağlıdır.Rut Derek ilə evlidir.Lakin o Qraf Roşu sevir və Qraf Roşun yanına Fransaya getmək üçün Mavi qatara minir.Qatarda bir gecənin içində qətlə yetirilir.Əvvəlcə hər kəs Derek və Qraf Roşdan şübhələnir.Lakin əsərin sonunda Erkül Puaro qatilin kim olduğunu üzə çıxarır. == Mənbə == Aqata Kristi haqqında kitab.
Qatarın dəmiryol stansiyasına daxil olması (film, 1898)
Kinosüjetdə qatarın Bakı dəmiryol stansiyasına daxil olması anları lentə alınmışdır. Bu kinolent xaraktercə dünya kino tarixinin başlanğıcında Lümyer qardaşlarının çəkdikləri eyni adlı filmin təkrarı idi. Bununla belə o reportaj manerasında lentə alınmış hadisəli informasiya süjetidir. Lentə alınan qatarın kinokameranın üstünə gəlməsi özü-özlüyündə kinematoqrafik situasiya yaratmış və tamaşaçıda ekspressiv-coşğun duyğular oyadaraq, onun hiss və həyəcanına fəal şəkildə təsir etmişdir. Şahidlərin yazdığına görə və kino tarixi ilə bağlı tədqiqatlardan məlum olur ki, Lümyer qardaşlarının ixtirasının ilk nümayişi zamanı tamaşaçılar parovozun ekran boyu sürətlə onların üstünə gəldiyini görüb qorxuya düşmüş və hay-küylə kafedən bayıra qaçmışlar. Şübhəsiz, həmin hadisə Bakıda da təkrar olunmuşdur. Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Qatarın dəmiryol stansiyasına daxil olması
Kinosüjetdə qatarın Bakı dəmiryol stansiyasına daxil olması anları lentə alınmışdır. Bu kinolent xaraktercə dünya kino tarixinin başlanğıcında Lümyer qardaşlarının çəkdikləri eyni adlı filmin təkrarı idi. Bununla belə o reportaj manerasında lentə alınmış hadisəli informasiya süjetidir. Lentə alınan qatarın kinokameranın üstünə gəlməsi özü-özlüyündə kinematoqrafik situasiya yaratmış və tamaşaçıda ekspressiv-coşğun duyğular oyadaraq, onun hiss və həyəcanına fəal şəkildə təsir etmişdir. Şahidlərin yazdığına görə və kino tarixi ilə bağlı tədqiqatlardan məlum olur ki, Lümyer qardaşlarının ixtirasının ilk nümayişi zamanı tamaşaçılar parovozun ekran boyu sürətlə onların üstünə gəldiyini görüb qorxuya düşmüş və hay-küylə kafedən bayıra qaçmışlar. Şübhəsiz, həmin hadisə Bakıda da təkrar olunmuşdur. Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir. Rejissor: Aleksandr Mişon Operator: Aleksandr Mişon Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.

Значение слова в других словарях