QATILAŞMAQ

f.
1. Getdikcə qatı hala düşmək, getdikcə bərkimək, qəlizləşmək; mətləşmək. Qatıq qalıb qatılaşıbdır. Mürəkkəb lap qatılaşıb, yazmaq olmur. Mürəbbə odun üstündə çox qalıb qatılaşdı.
2. Getdikcə artmaq, şiddətlənmək, güclənmək; kəsifləşmək.
Axşam qaranlığı isə qatılaşır, sanki Nərimanın havaxdan bəri həsrət olduğu gündüz işığını örtmək istəyirdi. Mir Cəlal.
Çən get-gedə daha da qatılaşırdı. M.Hüseyn.
Çöldə qaranlıq daha da qatılaşmışdı. S.Rəhman.

Синонимы

  • QATILAŞMAQ şiddətlənmək — güclənmək — kəsifləşmək
  • QATILAŞMAQ bərkimək — qəlizləşmək — mətləşmək

Антонимы

  • QATILAŞMAQ QATILAŞMAQ – DURULMAQ Az sonra ehtiyat çəninə axan maye qatılaşmağa başladı (Ə.Vəliyev); Qatı maye su qarışdıqca duruldu (Ə
QATILAŞDIRMAQ
QATILAŞMIŞ

Значение слова в других словарях