QAXACITMAQ f. 1. Əti günəşdə və ya başqa bir üsul ilə qurutmaq, qaxac eləmək. Əti günəş qabağında qaxacıdırlar. 2. məc. Soyuqdan dondurmaq, qurutmaq. Zəhrimara qalmışın soyuğu da adamı qaxacıdır, – deyə ağacı ilə sacın altından qabağına köz çəkdi. S.Rəhimov.