qayıdan

sif. de retour ; ~ yatalaq (tib.) fièvre f récurrente, typhus m à rechutes, fièvre f à rechutes

qayğısızlıq
qayıdış
OBASTAN VİKİ
Kubadan qayıdan əsgərlər
Kubadan qayıdan əsgərlər (Katalanca: Desembarcament de soldats procedents de Cuba) — Kağız üzərində işlənən, ölçüləri 38.4 sm × 55.4 sm olan, kataloniyalı rəssam Lluis Qranerin hazırladığı rəsm əsəridir. Hal-hazırda rəsm əsəri Barselonada yerləşən Kataloniya Milli İncəsənət Muzeyində sərgilənir. İnvster nömrəsi 026775-D-dir və 1911-ci ildən Kasellas kolleksiyasına daxil edilmişdir. == Tarixi == Rəsm əsəri 1898-ci ildə baş verən İspan-Amerikan müharibəsində iştirak edən ispan əsgərlərini və onların hücumlarını, onların cavab həmlələrini özündə əks etdirir. Kuba müharibəsi kimi tarixə düşən müharibə 10 dekabr 1898-ci ildə baş vermişdir və Paris sazişləri vasitəsilə nəticələnmişdir. Sazişlərə əsasən, Amerika Birləşmiş Ştatları Kubanı, Filippini, Puerto-Rikonu və Quamı özündən asılı vəziyyətə salmışdır. == İstinadlar == == Biblioqrafiya == Palomero Caro, Rafael; Pérez Rodríguez, Josep Maria. Histocard 2. Contemporary history of Catalonia and of Spain. Collection Minimanual, núm.
Qayıdan qırtlaq siniri
Qayıdan Qırtlaq Siniri — ing. Recurrent Laryngeal Nerveen boyunun sol tərəfindəki Vagus sinirindən çıxan qarışıq sinirdir. Bu sinir, birbaşa beyindən çıxan sinirlərdən biri olan "vagus"un qollarından biridir və qırtlaq üçün mühərrik funksiya və qəbul etmə qaynağıdır. Xüsusilə qalxanvari vəzi ilə yaxın əlaqəli bu sinir, qalxanvari vəzin alınması zamanı zərər görərsə nitq qüsurluluğuna səbəb ola bilər. Sinir nəfəs borusunun sağ və sol ağciyərə getmək üzrə ikiyə ayrıldığı nöqtədə geriyə doğru bir çıxış edir. Buradan da düz qırtlağa çıxır. Təxmini 20 sm qədər bir uzunluğa malikdir. Ancaq, bu sinirin simmetriyasında olan və sağ faqustan ayrılan qırtlaq siniri, soldakının əksinə yolu uzatmadan birbaşa qırtlağa çatır. Sudan quruya və buradan da məməlilərə təkamül əsnasında, boyun ortaya çıxarkən qəlsəmələri dəyişməyə uğradaraq qalxanvari vəzi, qalxanvari-ətraf vəzini və qırtlağı meydana gətirmişdir. Keçmişdə qəlsəmələrə xidmət edən qan və sinir damarları isə artıq bu fərqli fiziki parçalara xidmət etməyə başlamışdır.
Gecə evinə tək qayıdan bir qız
Gecə evinə tək qayıdan bir qız (farsca : دختری در شب تنها به خانه میرود Dokhtari dar šab tanhâ be xâne miravad) — İran-Amerikalı kinorejissor Ana Lili Əmirpur tərəfindən 2014-cü ildə çəkilmişdir. İranın ilk "Vampir-Vestern" janrlı filmi hesab edilir. Filmdə hadisələr "Bad City"-də baş verir. == Məzmun == İranın "Bad City" qəsəbəsində qəribə hadisələr baş verir. Bu ruhlar qəsəbəsində fahişələr , narkotik maddə istifadəçilər, qadın alverçiləri və bir çox kasıb insanda yaşamaqdadır. Ölüm və ümidsizliyin hökm sürdüyü bu qəsəbədə "Qız" adlı vampir qadın cinayətkarları izləməyə və öldürməyə başlayır."Qız"-ın məqsədi qəsəbəni pis insanlardan təmizləməkdir. Araş , atasının narkotik asılılığına görə öz maşınını narkoalverçiyə verməyə məcbur qalır. Maşın götürməyə gedəndə narkoalverçi olan Səidin öldüyünü görür. "Qız" Araşın atasını da izləməyə başlayır. Təsadüfən qarşılaşan Araş və "Qız" heç gözləmədikləri anda bir-birilərinə aşiq olurlar.
Növbədən qayıdanlar
"Növbədən qayıdanlar" — Azərbaycan rəssamı Tahir Salahovun 1957-ci ildə çəkdiyi rəsm əsəri. Əsər Sankt-Peterburqda yerləşən Rusiya İncəsənət Akademiyasında saxlanılır.

Значение слова в других словарях