QAYÇILAMAQ

f. Qayçı ilə kəsmək, qayçı ilə üzdən götürmək; qayçı ilə budamaq. Uşağın saçlarını qayçılamaq. Bağban ağacın quru budaqlarını qayçıladı. Qoyunun yununu qayçılamaq.
[Xortdan:] Bunu deyib, öz əli ilə Nəsrəddin şahın bığının qabağını qayçıladı. Ə.Haqverdiyev.
Yekə bir qayçı alıb papaqları qayçılamağa başladım, çünki ustam qalıntüklü papaqları qayçılayanda görmüşdüm. H.Sarabski.

Синонимы

  • QAYÇILAMAQ kəsmək — doğramaq — budamaq
QAYÇILAMA
QAYÇILANMA

Значение слова в других словарях