QAZANÇI

сущ. котельщик:
1. мастер по изготовлению котлов; мастер-установщик паровых котлов
2. кочегар
QAZANÇAYIR
QAZANÇILIQ
OBASTAN VİKİ
Qazançı
Azərbaycanda Qazançı (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Culfa) — Azərbaycan Respublikasının Culfa rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Ermənistanda Qazançı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qazançı (Ağbaba) — Ermənistan Respublikasının Ağbaba mahalında kənd. Digər Qazançı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ.
Qazançı (Ağbaba)
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Qızılqoç (Qukasyan) rayonunda kənd. Erməni mənbələrində, Azərbaycan tədqiqatlarında Qayı Qulu Qazançı kimi də qeyd edilir. Rayon mərkəzindən 5 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk mənşəli bulqar tayfasından biri olan qazan etnoniminə -çı mənsubluq bildirən şəkilçinin artırılmasından əmələ gələn qazançı etnonimindən düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Qazançı (Ağdam)
Qazançı — Azərbaycan Respublikasının Ağdərə rayonunun Məlikli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Qazançı kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir. 5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib. Qazançı - Yuxari Qarabağda Xaçin nahiyəsində kənd adı. Mənbədə bu kəndin adı həm də Ongölçəkən adlandırılmışdı. İndi Ağdam rayonunda Qazançı kəndidir. Goranboy, Zəngilan və Culfa rayonlarında Qazançı kənd adları ilə mənşəcə eynidir. Eramızın ilk əsrlərində Cənub-şərqi Avropada bolqar (yaxud bulqar) adlı türk tayfası yaşayırdı. Azov dənizi sahillərində yaşamış bu elin IX əsrdə bir hissəsi Astaruxun başçılığı ilə indiki Bolqarıstanda məskunlaşmış, digər hissəsi isə Volqa boyuna gedərək Volqa-Bulqar dövlətinin (sonrakı Qazan xanlığının) əsasını qoymuşdur. Bulqarların müəyyən hissəsi isə xəzərlərin və suvarların tərkibində Azərbaycana gəlmişdir.
Qazançı (Ağdərə)

Qazançı (Culfa)
Qazançı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Oykonim kazan etnonimi və -çi şəkilçisindən ibarətdir. Türkdilli qədim bulqarların kazan tayfasının adını əks etdirir. Mənbələrə görə onlar ilk dəfə e.ə. II əsrdə Zaqafqaziyaya gəlmişlər. İnqlabdan əvvəl bütün qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda isə Qazançı adlı 10 kənd var idi. Kənd Əlincə çayının sahilində, Zəngəzur silsiləsinin yamacında yerləşir. Əhalisi 702 nəfərdir. Baloğlan Rüstəmov Rəsul Quliyev Dilək piri Culfa rayonunun Qazançı kəndinin cənubunda, kəndin içərisində ziyarətgahdır.
Qazançı (Goranboy)
Qazançı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qazançı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 10 oktyabr 2006-cı il tarixli, 151-IIIQ saylı Qərarı ilə Goranboy rayonunun Qazançı kəndi Goranlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qazançı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Kəndin keçmiş adı Miskinli Qazançı olmuşdur. Yaşayış məntəqəsini XIX əsrdə Miskinli kəndindən (indiki Şəmkir rayonu) köçüb gəlmiş ailələr bina etmişlər. Oykonim kazan etnonimi və -çi şək.-sindən ibarətdir. Türkdilli qədim bulqarların kazan (qazan) tayfasının adını əks etdirir. Mənbələrə görə, onlar ilk dəfə eradan əvvəl II əsrdə bulqarların tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Eramızın ilk əsrlərində hunların, onların ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. İnqilabdan əvvəl bütün Qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda işə Qazancı adlı 10 kənd mövcud idi.
Qazançı (Zəngilan)
Qazançı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Qazançı kəndi Zəngilan rayonunun ən dağlıq kəndlərindən biridir və Ermənistanın Qafan şəhəri ilə həmsərhəddir. Kənd dağlıq ərazidədir. Oykonim kazan etnonimi və -çi şək.-sindən ibarətdir. Türkdilli qədim bulqarla- nn kazan (qazan) tayfasmın adım əks etdirir. Mənbələrə görə, onlar ilk dəfə eradan əvvəl II əsrdə bulqarlann tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Eramızın ilk əsrlərində hunların, onlann ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. İnqilabdan əvvəl bütün Qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir.
Qazançı (Şörəyel)
Qazançı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda kənd. Rayon mərkəzindən 8 km məsafədə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim qədim türk mənşəli bulqar tayfasından olan qazan tayfasının adına "-çı" şəkilçisinin artırılması ilə düzəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 31.V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Meğraşen (Balkənd) qoyulmuşdur. Qazançı dağı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Qazançı kafedralı
Müqəddəs Xilaskar Kafedralı (erm: Սուրբ Ամենափրկիչ մայր տաճար /Surb Amenaprkiç mayr taçar/) və ya Qazançetsots Kilsəsi (erm: Ղազանչեցոց Եկեղեցի /Ğazançetsots Yekeğetsi/) və ya bəzən Azərbaycan mənbələrində Qazançı Kilsəsi/Kafedralı adlandırılan, 8 noyabr 2020-ci ilə qədər Erməni Qriqorian Kilsəsinə bağlı fəaliyyət göstərən Qarabağ yeparxiyasının mərkəzi hesab edilən kilsə kompleksi. Erməni mənbələrinin verdiyi məlumata görə, kilsənin hazırkı yerində Abidənin 1987-ci ildə hazırlanmış pasportunda "Qazançılar kilsəsi"nin qədim zərdüşt məbədinin üzərində inşa olunduğu qeyd olunub".1722-ci ildən bəri mövcud olmuş başqa bir kilsə yerləşmişdir. Həmin qaynaqlara görə daha köhnə kilsənin zəng qülləsi 1858-ci ildə Xandəmiryants ailəsinin vəsaiti hesabına inşa edilmişdir. Hazırkı kilsə isə, Culfanın Qazançı kəndindən Şuşaya köçmüş ermənilərin vəsaiti hesabına 1868–1887-ci illər arasında tikilmişdir. Bu səbəbdan də kilsəyə Qazançılı mənasına gələn Ğazançetsots (erm. Ղազանչեցոց) kilsəsi deyilməkdədir. 20 sentyabr 1888-ci ildə dualarla rəsmi açılış mərasimi ilə dindarların istifadəsinə verilmişdir. 1920-ci ildə Qarabağda ermənilərin Azərbaycan Xalq Cümhuriyyətinə qarşı üsyan hərəkatının yatırılması zamanı kilsə ciddi dağıntılara məruz qalmışdır. Sovet hakimiyyətinin Qafqazda bərqərar olmasından sonra, yeni rejimin din və dini obyektlərə münasibəti kəskin olduğundan, kilsə ibadət üçün bağlanmış və 1940-cı ildən etibarən anbar kimi istifadə edilmişdir. 1950-ci illərdə kompleksin ətrafındakı divarlar uçurulmuşdur.
Qazançı kilsəsi

Qazançı körpüsü
Qazançı körpüsü — Culfa rayonunun Qazançı kəndi ərazisində yerləşən tarixi memarlıq abidəsi. Culfa rayonunun Qazançı kəndinin cənub tərəfində, Əlincəçay üzərində inşa edilmiş tarixi-memarlıq abidəsi. Körpü xalq arasında "Qozbel körpü" adı ilə də məşhurdur. Körpü XVI–XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilmişdir. Böyük İpək yoluna xidmət edən bu körpü vasitəsilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçmişdir. Körpü nisbətən yaxşı qalsa da, nəqliyyat üçün yararsızdır. Bununla belə o, Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 m, uzunluğu 10,85 m, hündürlüyü 8,8 m-dir. Körpü azca yonulmuş çapma daşlardan tikilmişdir. Tağların haşiyə və arxivoltu təmiz yonulmuş qumdaşındandır.
Qazançı nekropolları
Qazançı nekropolu I — Culfa rayonunun Qazançı kəndindən şimal-şərqdə, uzunsov təpənin üstündə orta əsrlərə aid arxeoloji abidə. 1991-ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmış, planı çıxarılmışdır. Qəbirlər qiblə istiqamətindədir. Əksəriyyətinin baş daşları yoxdur, sinə daşları kobud hazırlanmış, uzunsov və dördünc formadadır. Bir qrupu sandıq şəkillidir. Ərazidən gil qab qırıqları tapılmış, bir neçə qoç daşa təsadüf edilmişdir. Abidənin 13–17-ci əsrlərə aid olması ehtimal edilir. Qazançı nekropolu II- Culfa rayonunun Qazançı kəndindən cənub-şərqdə, Əlincəçayın sağ sahilində orta əsrlərə aid arxeoloji abidə. 1991-ci ildə kəşfiyyat xarakterli tədqiqatlar aparılmışdır. Qəbirlər qiblə istiqamətindədir.
Qazançı qalası
Qazançı qalası – Culfa rayonunun Qazançı kəndindən şimalda, Əlincəçayın hər iki sahilində e.ə. II – I minilliyin əvvəllərinə aid abidə. Qalanın adının türk dilində olması şübhə doğurmur. Bəzi tədqiqatçılar Qazançı qalasının adını Kitabi Dədə Qorqud dastanının baş qəhrəmanlarından biri olan Qazan xanın adı ilə əlaqələndirirlər. Qalanın sol sahil hissəsində aparılan arxeoloji araşdırmalar zamanı əldə edilən gil qab parçaları burada Orta Tunc dövründən başlayaraq, Dəmir dövrünədək yaşayış olduğunu göstərir. Qalanın yerləşdiyi ərazinin təbii cəhətdən müdafiə olunmasına baxmayaraq, bu ərazi relyefə uyğun olaraq qala divarı ilə əhatə olunmuşdur. Arxeoloji qazıntı işləri aparılmadığından divarların tikildiyi dövrü müəyyənləşdirmək çətindir. Lakin, memarlıq xüsusiyyətlərinə əsasən demək olar ki, qala divarları, başlıca olaraq, iki dövrdə inşa edilmişdir. Birinci dövrə aid tikintiləri təqribən e.ə. II minilliyin ortalarına və ikinci yarısına aid etmək olar.
Qazançı əməliyyatı
Qazançı əməliyyatı — 1992-ci ilin martın 3-4-də Azərbaycan ordusunun Ağdamda yerləşən və Qarabağ münaqişəsinin başlanğıcında ermənilərin nəzarəti altına keçən strateji əhəmiyyətli Qazançı kəndinin azad olunması əməliyyatı. Əməliyyat nəticəsində kənd Azərbaycan ordusunun nəzarəti altına keçdi, döyüş nəticəsində Azərbaycan ordusunun 7 əsgəri şəhid oldu. Onlardan biri Əlabbas İsgəndərov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Ermənilər tərəfdən onlarla döyüşçü məhv edildi.
Köhnə Qazançı
Əski Qazançı (başq. Иҫке Ҡаҙансы, rus. Старые Казанчи) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Kışlauyılqa kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 35 km, ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 79 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə milli tərkib baxşmından başqırdlar (95%) üstünlük təşkil edir. == Tanınmış şəxsləri == Safin Nurulla Davletgareviç - Sovet İttifaqı Qəhrəmanı. Alfis Sufiyanoviç Qayazov - müəllim, Başqırdıstan Respublikasının Təhsil Naziri (2011-ci ildən), Pedaqoji Elmlər Doktoru, professor, Rusiya Təhsil Akademiyasının müxbir üzvü.
II Qazançı körpüsü
2005-ci ildə ərazidə olarkən bu körpüdən bir qədər şimal tərəfdə, dəqiq desək Qazançı kəndinin şimal-şərq tərəfində indiyədək qalan qalıqlarına əsasən orta əsrlər dövrünə aid daha möhtəşəm bir körpünün yeri müəyyən edilmiş, təxmini də olsa ölçüləri götürülmüş, haqqında məlumat toplanmışdır. Əhali tərəfindən “Çay məhəlləsi” adlandırılan yerdə, Əlincəçayın üzərində inşa edilmiş körpünün çayın sahilində və ortasında qalan qalıqlarına əsasən müəyyən edilmişdir ki, körpünün tağlarının dayaqları arasındakı məsafə təxminən 10 metr, uzunluğu 30 metrdən artıq olmuşdur. İnşasında çaydaşı, yonulmuş dağ daşı və əhəng məhlulundan istifadə olunmuş körpü haqqında aparılan tədqiqatların nəticəsi olaraq E.İsayev fəlsəfə doktoru dissertasiyasında və monoqrafiyasında məlumat vermişdir . Körpünü XVII əsrin əvvəllərinə air etmək olar. == Mənbə == Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
Qazançı yaşayış yeri
Qаzаnçı yаşаyış yеri — Оrtа əsr аbidəsidir. Yаşаyış yеri indiki Qаzаnçı kəndinin ərаzisini və оnun şimаl hissəsini əhаtə еdir. Аbidənin əksər hissəsi müаsir tikintilərin аltındа qаlmışdır. Оnun yаlnız kiçik bir hissəsi sахlаnmışdır. О, şimаl-şərqdə Qаzаnçı qаlаsı, şərqdə Əlincəçаylа məhdudlаşır. Yаşаyış yеrinin şimаl-qərbindən аsfаlt yоl kеçir. Yаşаyış yеrinin sаlаmаt qаlаn hissəsi dаğın ətəyində yеrləşdiyindən оnun sаhəsi girintili çıхıntılıdır. Bu sаhədə mədəni təbəqə аşınmа nəticəsində dаğılmış, şirli və şirsiz qаb qırıqlаrı ətrаfа səpələnmişdir. Аbidənin şərq hissəsində uçub tökülmüş tikinti qаlıqlаrınа təsаdüf еdilir. Оnlаr yоnulmаmış qаyа dаşlаrındаn tikilmişdir.

Значение слова в других словарях