Qeydiyyat aparan (qeydçi)

Book runner Yeni buraxılmış qiymətli kağızların yerləşdirilməsi ilə əlaqədar bütün əməliyyatların qeydiyyatına cavabdeh olan anderrayter. Qeydiyyat aparan şirkət başqalarını yazılışa abunə olmağa dəvət etmək və qiymətli kağızları abunəçilərə paylamaq kimi vəzifələridə həyata keçirir.
Qarşılıqlı-ümumi fond əlavəsi
Qeydiyyat ərizəsi
OBASTAN VİKİ
Qeydçi
Qeydçi (ing. registrar) — yeni domen adlarını yaratmaq (qeydə almaq) və mütləq qeydiyyatdan keçməli olan mövcud domen adlarının fəaliyyət müddətini uzatmaq səlahiyyəti olan qurum. Belə domenlərə aşağıdakılar aiddir: sıfrıncı səviyyəli demen (kök domeni); bütün yuxarı səviyyəli (birinci səviyyəli) domenlər; bəzi ikinci səviyyəli domenlər (məsələn, com.ru və ya co.uk). Qalan bütün domenlərdə isə altdomenlər yaratmaq üçün xüsusi səlahiyyət tələb olunmur. Kök domeninin qeydçisi kimi ICANN təşkilatı çıxış edir. Domenlərin əksəriyyəti üçün vahid qeydçi yoxdur. Bir neçə qeydçi olduqda, toqquşmalardan qaçmaq və domen adının bənzərsizliyini təmin etmək üçün onlar vahid verilənlər bazasından istifadə etməlidirlər. .com .net .org .biz .info .name .mobi .asia .aero .tel .travel.jobs zonalarında qeydçi olmaq üçün ICANN-nın akkreditasiyasını almaq lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Aparan körpü
Aparan körpü – avtomobildə dayaq rolu oynayan və qüvvəni sürətlər qutusundan aparan təkərlərə ötürən aqreqat. Aparan körpü kardan ötürməsindən və ya sürətlər qutusunun ikinci (aparılan) valından hərəkət alır və burucu momenti artıraraq, onu düz bucaq altında dəyişir (mühərriki uzununa müstəvidə yerləşən avtomobillərdə), hərəkətetdirici orqanlara (təkər, vərdənə, xizək) ötürür. Aparan körpü baş ötürücü, diferensial, yarımoxlar, tir, top və karterdən ibarətdir. Aparan körpülərin konstruksiyasındakı hərəkətetdirici orqanlar aparan-idarəolunan və idarəolunmayandır. Aparan körpü arxa və ya qabaqda ola bilər. Hər iki körpüsü aparan olan avtomobil tamintiqallı avtomobil adlanır.
CAS Qeydiyyat Nömrəsi
CAS qeydiyyat nömrələri kimyəvi birləşmələr, polimerlər, bioloji göstəricilər, qarışıqlar və ərintilər üçün istifadə edilən yeganə unikal nömrələrdirlər. Onlar həmçinin CAS nömrəsi və ya CAS nömrələri kimi də tanınırlar. Amerika Kimya Cəmiyyətinin (İngilis dilində: American Chemical Society; qısaca: ACS) bir bölməsi olan Kimyəvi Abstrakt Xidməti (İngilis dilində: Chemical Abstracts Service; qısaca: CAS) elmi ədəbiyyatda müəyyən edilmiş hər bir kimyəvi birləşmə üçün bu identifikasiya nömrələrini verməklə məşğuldur. Bu işdə əsas məqsəd verilənlər bazasında axtarışları asanlaşdırmaqdır, çünki kimyəvi birləşmələrin çox zaman birdən çox adı ola bilər. Demək olar ki, bütün müasir molekul verilənlər bazalarının hamısında CAS nömrəsi ilə axtarışların aparılması mümkündür. 2006-cı ilin may ayına olan məlumatlara əsasən, CAS reyestrində təxminən 28 milyonluq qeydiyyat mövcuddur. Tamamilə dəqiq olan rəqəmləri www.cas.org saytında görmək mümkündür. Hər həftə sayta təxminən 50.000 yeni qeydiyyat əlavə olunur. CAS həmçinin də bu kimyəvi maddələrin məlumat bazasını (CAS reyestri) müntəzəm olaraq yeniləyərək saxlayır və satır.
Azadlığa aparan xalq
"Xalqı istiqamətləndirən Azadlıq" (fr. La Liberté guidant le peuple) və ya "Azadlıq barrikadalarda" və ya "28 iyul 1830-cu il" - fransız rəssamı Ejen Delakrua tərəfindən çəkilmiş tablo. Bu tablonu "Fransız rəssamlığının Marselyezası" da adlandırırlar. == Yaranma tarixi == Ejen Delakrua xalq üsyanlarından və inqilablarından qorxurdu. İyul inqilabı günlərində o öz evini tərk etməmişdi. Yazıçı Aleksandr Düma bildirir ki, həmin günlərdə Delakrua çox çaşqın görünürdü. Rəssam özü də etiraf edirdi ki, o "üsyançıdır, lakin inqilabçı deyil". Lakin rəssam respublikaçılara simpatiya bəsləyirdi və o İyul inqilabına dair tablo çəkmək qərarına gəlir. 20 sentyabr 1830-cu ildə Burbonlar monarxiyasının bərpasına son qoymuş İyul inqilabının motivləri əsasında bu tablonu çəkməyə başlamışdı (bəzən səhvən Böyük Fransa inqilabı ilə əlaqələndirilir). Çoxlu hazılıq eskizlərindən sonra bu tablonu üç ay ərzində ərsiyə gətirmişdir.
Azadlığa aparan yollar
Azadlığa aparan yollar (fra. : Les chemins de la liberté) fransız yazıçısı Jan-Pol Sartrın romanlar seriyasıdır. Tetralogiya kimi nəzərdə tutulmuşdu, o, yarımçıq qaldı, planlaşdırılan dörd cilddən yalnız üçü nəşr olundu. Nəşr olunan üç roman sosialist fəlsəfə müəllimi Mathieu və onun bir qrup dostunun ətrafında cərəyan edir. Trilogiyaya aşağıdakılar daxildir: L'âge de raison (Kamilliyin yaşı), Le sursis (Möhlət) və La mort dans l' âme (Problemli Yuxu). Trilogiyadan sonra dördüncü roman, La dernière (Son şans) çıxmalı idi.; lakin Sartr onu heç vaxt bitirməyəcəkdi: Son şansın son hissəsi sonradan yenidən quruldu və 1981-ci ildə nəşr olundu. Romanlar əsasən İkinci Dünya Müharibəsi hadisələrinə və Fransanın nasist işğalına cavab olaraq yazılmışdır və Sartrın fəlsəfi mövqeyində həm həyatda, həm də ədəbiyyatda “məşğulluq” (öhdəlik) istiqamətində müəyyən əhəmiyyətli dəyişiklikləri ifadə edir, geniş essedə öz həllini tapır.
CAS-da qeydiyyat nömrəsi
CAS qeydiyyat nömrələri kimyəvi birləşmələr, polimerlər, bioloji göstəricilər, qarışıqlar və ərintilər üçün istifadə edilən yeganə unikal nömrələrdirlər. Onlar həmçinin CAS nömrəsi və ya CAS nömrələri kimi də tanınırlar. Amerika Kimya Cəmiyyətinin (İngilis dilində: American Chemical Society; qısaca: ACS) bir bölməsi olan Kimyəvi Abstrakt Xidməti (İngilis dilində: Chemical Abstracts Service; qısaca: CAS) elmi ədəbiyyatda müəyyən edilmiş hər bir kimyəvi birləşmə üçün bu identifikasiya nömrələrini verməklə məşğuldur. Bu işdə əsas məqsəd verilənlər bazasında axtarışları asanlaşdırmaqdır, çünki kimyəvi birləşmələrin çox zaman birdən çox adı ola bilər. Demək olar ki, bütün müasir molekul verilənlər bazalarının hamısında CAS nömrəsi ilə axtarışların aparılması mümkündür. 2006-cı ilin may ayına olan məlumatlara əsasən, CAS reyestrində təxminən 28 milyonluq qeydiyyat mövcuddur. Tamamilə dəqiq olan rəqəmləri www.cas.org saytında görmək mümkündür. Hər həftə sayta təxminən 50.000 yeni qeydiyyat əlavə olunur. CAS həmçinin də bu kimyəvi maddələrin məlumat bazasını (CAS reyestri) müntəzəm olaraq yeniləyərək saxlayır və satır.
Qarabağa aparan yol (qəzet)
Qarabağa aparan yol — Müstəqil ictimai-siyasi, publisistik qəzet. "Qarabağa aparan yol" qəzetinin ilk sayı 2005-ci ilin sentyabr ayında işıq üzü görmüşdür. "Qarabağa aparan yol" qəzetinin təsisçisi və baş redaktoru Əli Mahmud, baş redaktorun müavini Fariz Çobanoğludur. Qəzet ayda iki dəfə nəşr olunur. == Mənbə == Qarabağa aparan yol Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine "Qarabağa aparan yol" qəzeti == Həmçinin bax == "Qarabağa aparan yol" qəzeti, №21(167), 13 dekabr 2012-ci il.
Alabama nəqliyyat vasitəsi qeydiyyat nişanları
Alabama ştatında 1911-ci ildən ştat avtomagistrallarında istismar edilən motorlu nəqliyyat vasitələri üçün nəqliyyat vasitəsi qeydiyyat nişanları istifadəsinə başlanılmışdır. Bəzi Alabama bələdiyyələri həmin tarixə qədər atlı nəqliyyat vasitələri, eləcədə motorlu vasitələr üçün öz nömrə nişanlarından istifadə edirdilər ki, bunun da mövcüd olan ən qədim nümunəsi Bessemer şəhəri tərəfindən iki atlı arabaya verilən 1 nömrəli bürünc nişandır. Məlum olan ilk avtomobil nömrə nişanı isə Birminqem şəhəri tərəfindən 1906-ci ildə 1904-cü il istehsalı olan 6 slindirli Ford markalı avtomobilə verilmişdir. 1911-ci ildə çıxan qaydaya əsasən ştat tərəfindən verilən nişanın ölçüsü eni 4.5 dyüm, uzunluğu isə 12 dyümə qədər olmalı, sol hissədə şaquli olaraq "ALA" hərfləri qeyd edilməli, yarım dyüm ştrixə malik 3 dyüm ölçülü rəqəmdən istifadə olunmalı idi. 1 nömrəli nişan Montqomeridə fəaliyyət göstərən Lik Dəfn Mərasimi Evinə təsis edilmişdi. 1916-cı ildə çini lövhə əvəzinə metal lövhə istifadə edilməyə başladı. 1917-ci ildən başlayaraq nişanın verilmə ili qeyd edildi və 1919-cu ildə isə nişanın ölçüsü 6 x 15 dyümə qaldırıldı. 9122-ci ildə nişanlara çəki sinfi kodları əlavə edildi və 1928-ci ildə nişanların istehsalı Kilbi Cəzaçəkmə Müəssisəsinə verildi. 1942-ci ildə hər qraflıq üçün kodlardan istifadə edilməyə başlanıldı. 1,2 və 3 kodları ən çox əhalisi olan Cefferson, Mobil və Montqomeri qraflıqlarına, digər kodlar isə əlifba sırası ilə digərlərinə verildi.
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanları
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər" standartı ilə tənzimlənir. == Tarixi == SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi.
Evə aparan yol (film, 2013)
Yol, qayıdış yolu (ing. The Way, Way Back) — Nat Fakson və Cim Raş tərəfindən yazılıb, rejissorluğu edilən ABŞ istehsalı komediya-dram filmi. Film 14 yaşlı özünə qapalı yeniyetmədən bəhs edir, Dankan anası və onun sevgilisi olan şəxslə yay tətili üçün, Massaçusetsin Vearem qəsəbəsinə ziyarət edir. Rollarda Stiv Kerell, Toni Kolett, Cenni Ellison, Annasofiya Robb, Sem Rokuell, Maya Rudolf və başqaları çəkilib.
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı
Albaniya Respublikası avtomobil dövlət qeydiyyat nişanı — nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Albaniya Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikllarda, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhə. == Format == 2011-ci ilin fevral ayının 16-dan bu günə qədər, İtaliya və Fransanın istifadə etdiyi avtomobil nömrə nişanı formatına bənzər bir dizayn istifadə edilir. Nişanlar solda ağ hərflərlə AL yazılmış və iki başlı qartal fiquru olan mavi bir lentlə başlayır. İki hərfli kod, təhlükəsizlik holoqramı, üç rəqəm və iki hərfli kod ilə davam edir, son olaraq sağ tərəfdə mavi xətt üzərində qeydiyyat ili ilə vilayət kodu yazılmışdır. Yazı tipi 2002-ci ildən etibarən dəyişdirilərək daha emfatik hala gətirilmişdir. Tənqidçilər cüt başlı qartalın və AL hərflərinin, rənglərindən ötəri Albaniyanı təmsil etmədiyini iddia edirlər. == Tarixi == === 1958-1993 === Kommunist rejimi dövründə yük maşınlarındakı avtomobil nömrə nişanları, vilayət adının ilk hərfləri, sonra is beş rəqəm olaraq (Məsələn: BR • 14825) istifadə edilmişdir. Bu avtomobil nömrə nişanı qaydası, 1991-ci ildə iki nömrə, iki hərfli vilayət kodu, üç nömrə (Məsələn: 22 • KO • 4283 ) olaraq dəyişdirilmişdir. Rəsmi avtomobillər isə kommunizmi təmsil edən qırmızı bir ulduzla birlikdə, ağ rəngli çərçivənin içərisində qara rənglə verilmiş bölgənin ilk hərflərini və nömrəsi var idi. 1993-ci ildə kommunist rejimin bitməsi ilə birlikdə format yenilənmişdir.
Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanı
Azərbaycan avtomobil dövlət qeydiyyat nişanı — Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində)müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqanlar tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödənilir. Azərbaycan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarına qoyulan tələblər AZS 599–2015 "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər" standartı ilə tənzimlənir. == Tarixi == SSRİ dövründə Azərbaycanda avtomobillərin qeydiyyatı SSRİ standartlarına uyğun olaraq, avtomobillər üçün АГ, АЖ və АЗ seriyalarından, qoşqu vasitələri üçün АЗ və АУ seriyalarından istifadə olunmuşdur. Müstəqillik əldə olunduqdan sonra avtomobillərin qeydiyyat nömrəsi dəyişilərək "RRHRRR AZ" formatına keçdi. İlk iki nömrə avtomobilin seriya nömrəsinin qeydiyyat rayonunu bildirirdi.
Azər Rzazadə. Zirvəyə aparan yol (film, 2014)
Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 10 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. == Tarix == "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. == Hücum == Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum