QEYDKEŞ

sif. [ ər. qeyd və fars. …keş] Qeydə qalan, qayğı çəkən, diqqətli, mehriban. Qeydkeş ata.
– Yaraları qeydkeş əllərlə sarınıb sağalan döyüşçülər xəstəxananı tərk edib, yenidən cəbhəyə qayıtdı(lar). Ə.Məmmədxanlı.
[Əsgər bəy:] …Məndən bu halədək bir elə əməl sadir olmayıbdır ki, o əmələ görə mənim adım millət qeydkeşi qoyulsun. Ə.Haqverdiyev.

Синонимы

  • QEYDKEŞ diqqətli — mehriban
  • QEYDKEŞ qeydkeş bax qayğıkeş
QEYDEDİCİ
QEYDKEŞLİK

Значение слова в других словарях