QİYASƏDDİN

ə. dinin köməyi, dinin yardımı.

QİYAS
QİYASƏN
OBASTAN VİKİ
Qiyasəddin Cəmşid
Qiyasəddin Cəmşid, (Fars: غیاثالدین جمشید کاشانی, Ərəb: غياث الدين جمشید بن مسعود بن محمد الكاشي, Ġiyāṯ ad-Dīn Ǧamšīd min Mas'ūd min Muhammad al-noyabr) (təq. 1380, Kaşan, Teymurilər dövləti – 22 iyun 1429, Səmərqənd, Teymurilər dövləti) 14-cü əsrin son yarısında Kaşanda anadan olub, həkim, riyaziyyatçı və astronomdur Ölüm tarixi dəqiq deyil. Uluğ bəyin dəvəti ilə təhsilini Kaşanda bitirmiş və Samarqandda getmiş və burada təhsilini davam etdirmişdir. Riyaziyyat və astronomiya üzrə işləyən Əl-Kaşi, aritmetik sistemdə onlu sistemdən istifadə edən ilk şəxsdir. Meraga Rəsədxanasında aparılan müşahidələrlə əlaqədar olaraq, İlhan Zic adlı əsərlərin oxunması Hakan tərəfindən yazılmış, əsəri Zhan tərəfindən tamamlanmışdır. Süllem əl-Səma işində o, göy cisimlərinin məsafələrində problemi müzakirə etdi. Gıyaseddin Cəmşid əl-Kaşinin ən əhəmiyyətli əsəri, Orta əsr İslam Dünyasında riyaziyyat biliklərini bütün istiqamətləriylə təqdim edən Matematik Açarı adlı kitabdır; bu işin bir hissəsində ondalık fraksiyaları nəzəri baxımdan təhlil edib əlavə olaraq, toplama, çarpma və bu fraksiyalara bölmək kimi aritmetik əməliyyatların necə həyata keçirildiyini göstərdi; Burada verdiyi məlumatlar 16-cı əsrin Osmanlıdakı tanınmış riyaziyyatçılarından və astronomlarından biri idi. Takiyüddin (Ərəb dili) [2]) trigonometriya və astronomiya tətbiq edilərək inkişaf etdiriləcək.
Qiyasəddin Məhəmməd
Qiyasəddin Məhəmməd (v. 1336 və ya 3 may 1336) — Elxanilər dövlətinin vəziri, Fəzlullah Rəşidəddinin oğlu. 1327-ci ildə Əbu Səid tərəfindən vəzirliyə gətirilmişdi. Mənbələrdə Bağdadda kilsələri sökməsi və Hənəfiliyi bərpa etməsi ilə xatırlanmışdır. Məmlüklər ilə sülh müqaviləsini imzalamışdır. Aqrar təsərrüfatın inkişafına şərait yaratmış, Xorasanda rüşvətxorluq hallarını aradan qaldırmışdır. Onun fəaliyyəti əmirlər tərəfindən bəyənilmirdi. 1328-ci ilin iyulunda Əmir Əli Padşah Oyrot ona qarşı Sultaniyə tərəfdən hücuma keçsə də, bu üsyan yatırıldı. 1329-cu ildə Narın Tağayın üsyanı da yatırıldı və sərkərdə edam olundu. 1334-cü ildə Mahmudşah İncunun üsyanının aqibəti də eyni oldu.
Qiyasəddin Qeybullayev
Qiyasəddin Qeybullayev (tam adı: Qeybullayev Qiyasəddin Əsgər oğlu; 13 mart 1934, Rustov, Quba rayonu – 13 dekabr 2002) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor. Qiyasəddin Qeybullayev 13 mart 1934-cü ildə Quba rayonunun Rustov kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Baki şəhərində 9 nömrəli Peşə Texniki məktəbində oxuyub. 1952-ci ilin noyabrında "Buzovnaneft" və "Kirovneft" mədənlərində təmir ustasının köməkçisi işləyib. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb, Cəlilabad rayonunun Sabirabad kənd orta məktəbində 2 il tarix muəllimi işləyib. 1960-cı ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstititutunun nəzdində Azərbaycan etnografiyası ixtisası üzrə aspiranturada oxuyub. Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda kiçik elmi işçi (1964-1973), böyük elmi işçi (1973-1992),1992-ci ildən Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu Arxeologiya və Etnografiya sektorunun aparıcı elmi işçisi olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi, 1995-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1996-cı ildə ABŞ-də çap olunan "Türk dünyası" jurnalının redaksiya heyətini seçilmişdir. Q.Ə.Qeybullayev Azərbaycan Milli Məclisinin yanında Toponimiya Komissiyasının üzvü olmuşdur.
Qiyasəddin Türkanşah
Qiyasəddin Türkanşah — II Qılınc Arslan oğlu olan Ərzurum hakimi Məhəmməd Toğrulşahın oğlu idi. 3 il boyu Gürcü çariçası Rusudanla evli olmuşdur və Gürcü-İmereti kralı VI Davidın atasıdır. Güclü olmadığına görə və gürcü siyasətinə bələd olmadığı üçün gürcü salnamələri onu kral olaraq hesablamır. 1226-cı ildə Xarəzmşahların hücumu dövründə Gürcüstandan qaçdığı üçün Rusudan onu boşamışdır.
Hacı Qiyasəddin məscidi
Şah Abbas məscidi və ya Qarğabazar məscidi — Qarabağın qədim məscidlərindən biri. Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilmişdir. Tarixi abidə kimi qorunur. == Tarixi == Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə yerləşir. Yerli əhali onu Şah Abbas məscidi də adlandırmışdır.El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin (Qiyas əd-Din məscidi) məscidi kimi öz əksini tapmışdır. Çünki məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb hicri təqvimi ilə 1095". Bu da miladi tarixi ilə 1683–84-cü ilə uyğundur. Məscidin qapı çatı üzərindəki kitabədə aydınca yazılıb: "Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirirb h. t.
III Qiyasəddin Keyxosrov
III Qiyasəddin Keyxosrov- Rum Səlcuq sultanı, IV Qılınc Arslan şahın oğlu == Taxta çıxması == III QiyasəddinKeyxosrov, IV Qılınc Arslanın Gümaç xatunla olan evliliyindən dünyaya gəlmiş oğlu idi. Atası monqollar tərəfindən qətlə yetirildikdən sonra hələ uşaq yaşlarda Səlcuq taxtına oturmuşdur. Onun hakimiyyətə gəlməsi ilə bağlı tarixi mənbələrdə kifayət qədər məlumat yoxdur. İbn Bibiyə görə, o , taxta çıxarkən ,2 yaşında olmuşdur. Başqa bir mənbədə isə 6 yaşında olduğu bildirilir. Buna baxmayaraq , yaşca kiçik olduğundan , hakimiyyəti onun adından Pərvanə Muiniddin idarə etmişdir. == Daxili siyasəti == Pərvanə Muinəddinin idarəsi altındakı III Qiyasəddin Keyxosrovun hakimiyyətinin ilk illəri sükut içində keçmişdir. Bu sükunət 1277-ci ilə- Pərvanənin ölümünə qədər davam etmiş, onun ölümü ilə ölkədə hakimiyyət Monqolların əsarəti altına keçmişdir. III Qiyasəddin Keyxosrovun uşaq olması onun dövlət işlərində iştirakına maneə törədən ən əsas amil idi. O, Monqolların və Pərvanə Muinəddinin getdikcə artan gücü qarşısında geri planda qalaraq sadəcə ad olaraq var olmuşdur.
II Qiyasəddin Keyxosrov
II Qiyasəddin Keyxosrov (bilinmir və ya 1221 – 1246, Antalya) — 1237–1246-cı illər ərzində Anadolu Səlcuq Sultanlığı hökmdarı. == Həyatı == 1221-ci ildə anadan olmuşdur.[mənbə göstərin] Əlaəddin Keyqubadın oğludur. Anası Hunat Xatundur. Hələ 7 yaşında Ərzincan məliki təyin olunmuş və atabəyi Mübarizəddin Ərtoquşla birgə buraya göndərilmişdir. Vəzifəyə təyin olduğu ilk illərdə Trabzon ətrafını ələ keçirmişdir. Keyxosrov hələ atası sağ ikən Gürcü şəhzadəsi Tamar ilə nişanlanmış,daha sonra 1238-ci ildə isə evlənmişdir. Bu evlilikdən II Əlaəddin Keyqubad dünyaya gəlmişdir. Tamar bütün Anadoluda Gürcü Xatun adı ilə tanınırdı. O öz həyat yoldaşına olan məhəbbətini göstərmək üçün şah Tamarın adına pullar buraxdırmış, bu pulların bir üzündə şir (özü) digər üzündə isə günəş (Tamar) simvollarını rəsm etdirmişdir. == Hakimiyyətinin ilk illəri == Əlaəddin Keyqubad vəfatından əvvəl kiçik oğlu Qılınc Arslanı vəliəhd təyin etsə də, atasının ölümündən sonra Qiyassəddin Keyxosrov Sadəddin Köpək və bir qrup əmirə arxalanaraq hakimiyyəti öz əlinə almışdır.
II Qiyasəddin Məsud
II Qiyasəddin Məsud (Ərəb əlifbası ilə: غياث الدين مسعود بن كيكاوس‎, (Qiyas əl-Din Məsud bin Keykavus)) Rum Səlcuqlu dövləti sultanı və II İzzəddin Keykavusun oğludur. Rum Səlcuqlu dövlətinin monqolların təsiri altında hökm sürdüyü bu dönəmdə dörd dəfə taxta çıxmış, hər səfərində qardaşının oğlu olan III Əlaəddin Keyqubad onu taxtdan salmışdır. == Həmçinin bax == Rum Səlcuqlu dövləti == Xarici keçidlər == Türkiye Selçuklu Sultanı II. Gıyaseddin Mesud Hakkında Bazı Görüşler Son Selçuklu Sultanı 2.
I Qiyasəddin Keyxosrov
I Qiyasəddin Keyxosrov (XII əsr – 1211) — Rum Sultanlığının sultanı. == Hakimiyyəti == === Birinci hakimiyyəti dövrü === II Qılınc Arslan 1186-da ölkəsini 11 oğlu arasında böldü. Qardaşlar arasında vəliəhtlik mübarizəsi Qılınc Arslan həyatta olarkən başladı. Ölkənin ona aid olduğunu müdafiə edən Qütbəddin Məlikşah hakimiyyət uğrundakı mübarizədə ən güclü rəqib idi. Lakin saray əyanları onu hakimiyyətə layiq görmürdülər. Məlikşah Konyanı tutub özünü sultan elan etsə də II Qılınc Arslan onun yanından qaçıb əvvəl Kayseridəki Sultan şahın, sonra digər oğullarının yanına getdi və sonda ən kiçik oğlu I Qiyasəddin Keyxosrovu vəliəht elan etdi. Hakimiyyətə can atan Qiyasəddin I Keyxosrov Konyanı ələ keçirərək atasının yerində sultan oldu. O, 4 il hakimiyyətini sürdü. Qardaşlar arasında hakimiyyət uğrunda mübarizə şiddətləndi. Qiyasəddin qardaşı Süleymana qarşı mübarizə aparmaqla bərabər Bizans imperatoru III Aleksisi məğlub edərək Qərbə doğru irəliləyə bildi.
Qiyasəddin Cahangir mirzə
Qiyasəddin Cahangir mirzə (1356 və ya 1355 – 1376, Səmərqənd) — Əmir Teymurun böyük oğlu. Cahangir mirzə Əmir Teymur oğlu 1356-cı ildə Cığatay ulusunun Keş (Şəhrisəbz) şəhərində anadan olmuşdu. Özbək xanın soyundan olan və Xanzadə ləqəbi ilə tanınan Süyün Bek xanımla Əmir Teymurun böyük oğlu Cahangir mirzənin evləndirilməsi qərarlaşdırıldı. Əmir Teymur 1373-cü ildə yenidən Xarəzmə hücum etdi. Bu yürüşün səbəbi Yusif Sufinin sözünü yerinə yetirməməsi və Qat vilayətinə əsgər göndərərək oranı dağıdıb əhalisini pis vəziyyətdə qoyması idi. Əmir Teymurun Xarəzm istiqamətində irəlilədiyini öyrənən Yusif Sufi narahat olmuş və sülh üçün Xanzadənin tezliklə göndərilməsini qəbul edərək toy hazırlıqlarına başlamışdı. Bu evlilik nəticəsində Əmir Teymurun böyük oğlu Cahangir mirzə də xan nəslinə kürəkən olmuşdu. Cahangir mirzə və Xanzadədən daha sonra Əmir Teymur tərəfindən Teymurlu taxtına varis təyin olunacaq Pir Məhəmməd anadan olmuşdur.
Qiyasəddin Xaqanbəy xan
Xaqanbəy xan — Şeyban xanın nəslindən gəlirdi. Əslən Sibir xanı idi, 2 dəfə Qızıl Orda xanı olsa da 1380-ci ildə Sarayda öldürüldü. Sibir ölkəsində onu Dövlət Şeyx xan, Qızıl Ordada isə Toxtamış xan əvəz etdi.
Sultan Qiyasəddin Balaban
Sultan Qiyasəddin Balaban (1201 – 13 yanvar 1287, Dehli) —Dehli sultanı. Sultan Raziyyə və əri öldürüldü. Onun yerinə keçən Şəmsiyyə ailəsindən Nəsrəddin Mahmud asayişi qorumaq, mərkəzi hakimiyyəti qurmaq üçün 40-lardan Balabanı iş başına gətirdi. Naib sifətiylə qulluq edən Balaban həqiqətən hakimiyyəti təmin etdi. 1266. ildə Nəsrəddin Mahmud öldükdən sonra isə özünü Dehli sultanı elan etdi. Beləliklə, Hindistan Türk dövlətində yenə türk olan Balaban xanədanı iş başına gəlmiş olurdu. Balaban qüdrətli bir hökmdar idi. Monqol axınlarının qarşısını aldı. Dövlətə yeni bir nizam gətirdi və ordunu Səlcuqlu ordusunu nümunə götürərək təşkilat etdi.
Hacı Qiyasəddin ağa Dizaği
Hacı Qiyasəddin ağa Dizaği - Qarabağ bəylərindən, qurucu, xeyriyyəçi == Həyatı == Hacı Qiyasəddin ağa 1633-cü ildə Dizaq mahalının Qarğabazarı kəndində dünyaya gəlmişdi. Kəndlərinin kədxudası olmuşdu. Qurucu və xeyrxah adam olub. O, hicri-qəməri 1095-ci (miladi 1683/84) ildə doğma kəndlərində məscid tikdirmişdi. Həmin məbəd Hacı Qiyasəddin məscidi adlanır. Tarixi abidə kimi qorunur. Hacı Qiyasəddin ağanın Məhəmməd ağa adlı oğlu vardı.

Значение слова в других словарях