QOŞALAŞDIRMAQ

f. Qoşa etmək, cüt etmək; ikiləşdirmək, cütləşdirmək; cüt-cüt etmək, cüt-cüt qoymaq.
// bax qoşalamaq 2-ci mənada.
Zabit heç söz demədi, ancaq bir əsgər kimi hərbi vəziyyət aldı və ayaqlarını qoşalaşdıraraq dönüb getdi. M.S.Ordubadi.
[Nəriman] şəhadət barmağını birbirinə qoşalaşdırıb yan-yana yazılan kəlmələri göstərdi. Mir Cəlal.
[Nənəqız] Rizvanı və Rüxsarəni gözləri qabağında qoşalaşdırır, xəyalında gələcək gözəl nəvələri ilə indidən öyünürdü. S.Rəhimov.

QOŞALAŞDIRMA
QOŞALAŞMA

Значение слова в других словарях