Talış qoyunqulağı
Silene talyschensis Schishk.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, endemik növüdür.
Regional IUCN Statusu VU D2.
Birillik ot bitkisidir. Gövdələri 20-25 sm hündürlükdədir. Kökyanı yarpaqları kiçik, uzunsov, tərs – yumurtavari, ket, saplaqlı, gövdə və lansetli, sivri, aşağı hissədə qısa saplağa çatanda daralır, çox vaxt ellipsşəkilli və ya yumurtavari, 2-4 sm uzunluqda, 0,5-2 sm enində, yuxarı yarpaqlar isə oturaqdır. Budaqlarda yerləşən çiçəklər birtərəfli, oturaq, çiçəkləmə vaxtə horizontal əyilmiş vəziyyətdə olur. Kasacıq 10-12 mm uzunluqda, silindrik, ağ ya da boz tüklənmiş qıvrım tüklərlə örtülmüşdür. Qozası 6-7 (8) mm uzunluğunda, enli-yumurtavari, qısa 1,5-2 mm-dək çılpaq karpofor üstündədir.