QOŞUNKEŞLİK

is. köhn. Qoşun toplama, səfərbərlik, bir ölkəyə qarşı müharibəyə hazırlaşma; hərbi səfər, hərbi yürüş.
[Fəxrəddin bəy:] Qoşunkeşlikdə elə dolanmazlar ki, biz bu neçə gündür dolanırıq. N.Vəzirov.
[Vaqif:] Bu qədər qoşunkeşlik həm xanın xəzinəsinə ziyandır, həm də el və obaya. Çəmənzəminli.

□ Qoşunkeşlik eləmək (etmək) – qoşun çəkib dava eləmək; ümumiyyətlə dava eləmək, dava axtarmaq, vuruşmaq istəmək.
Mir Cümə irəliləyərək Əli dayıya dedi: – Balam, sən ki qoşunkeşlik eləyirsən. P.Makulu.

QOŞUNKEŞDİ
QOŞUŞMA

Значение слова в других словарях