QRİF

1
сущ. гриф, грифон (в античной мифологии: крылатое животное с львиным туловищем и орлиной головой)
2
сущ. гриф:
1. печать, штемпель с образцом подписи
2. оттиск этой подписи или текста на документе
QRIZLAR
QRİFEL
OBASTAN VİKİ
Qrif
Qrif — vəzifəli adamın imzası olan möhür; Qrif — üzərində imza nümunəsi, hər hansı mətni və yaxud digər əlyazması olan möhür, ştempel, habelə belə möhürün və ya ştempelin sənəddə izi, şəkli; Qrif — sənədin və ya nəşrin üzərində edilən qeyd (yazı): bu qeyd həmin sənəddən və yaxud dərc olunmuş nəşrdən xüsusi qaydada istifadə edilməli olduğunu bildirir; Qrif — kitabların, nəşrlərin və sənədlərin üzərində onların istifadə spesifikası, xarakteri, xüsusiyyətlərini və xüsusi saxlanma şəraitlərini göstərən (müəyyən edən) xüsusi rəsmi yazı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
...Yol (Qriffinlər)
…Yol (ing. Road to...) — baş rollarında Binq Krosbi və Bob Houplinin çəkildiyi "...Yol" filmlər seriyasına parodiya olaraq çəkilmiş xüsusi seriyalar silsiləsi. Bu seriyaların əsas personajları, süjetə görə, Kuahoqdakı evlərindən çox uzaqda olan xarici dövlətlərə, elmi-fantastik və ya fövqəltəbii yerlərə düşən Brayan və Styuidir. Silsilə musiqi nömrələri ilə də məşhurdur. Silsiləsidən olan birinci seriya — "Rod-Aylendə yol", serialın ikinci mövsümünün bir hissəsi kimi, 30 may 2000-ci ildə göstərilmişdir. Silsiləsidən olan sonuncu seriya — "Hindistana yol", on dördüncü mövsümün bir hissəsi kimi, 22 may 2016-cı ildə göstərilib. Silsilə ümumilikdə səkkiz seriyadan ibarətdir.
Andreas Qrifius
Andreas Qrifius (alm. Andreas Gryphius‎; əsl adı Андреас Грайф, alm. Andreas Greif‎; 2 oktyabr 1616 - 16 iyul 1664) — alman şairi, dramaturqu. == Həyatı == XVII əsr alman dramatur-giyasının ən tanınmış nümayəndəsi Andreas Qrifius olmuşdur. Çətin bir yaradıcılıq yolu keçən bu istedadlı sənətkar klassisist estetika mövqeyində dayansa da, barokko cərəyanının güclü təsiri altında olmuşdur, alman gerçəkliyinin ölüm saçan abu-havası da burada az rol oynamamışdır. Qrifius Sileziyanın Qloqau şəhərində ruhani ailəsində doğulur. Hələ məktəbdə oxuduğu vaxt qədim və yeni dilləri öyrənməyə xüsusi maraq göstərir. Dansiqdə latın dilini öyrənir, Opitslə tanış olur. Sileziyaya qayıdanda müharibənin dəhşətləri ilə qarşılaşır, gördüyü hadisələr onun yaddaşında silinməz izlər buraxır, yaradıcılığının əsas mövzularından birinə çevrilir. Qrifius 1636-cı ildə Hollandiyaya gedir, altı il Leyden Universitetində çalışır, yetkin bir alim kimi formalaşır.
Artur Qriffit
Artur Cozef Qriffit (irl. Art Seosamh Ó Gríobhtha;31 mart 1871 – 12 avqust 1922) – İrlandiyalı siyasətçi, yazıçı, İrland milliyətçi partiyası Şinn Feynin qurucusu.
Barri Qriffits
Barri Qriffits (29 fevral 1964) — Yeni Zelandiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Barri Qriffits Yeni Zelandiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 41-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
Bleyk Qriffin
Bleyk Austin Qriffin (ing. Blake Austin Griffin) — Amerika Milli Basketbol Assosiasiyasında Los-Anceles Klippers, Detroyt Pistons, Bruklin Nets, Boston Seltiks komandalarında forma geymiş və hal-hazırda azad agent olan amerikalı peşəkar basketbol oyunçusu.
Cek Qriffo
Cek Deyvis Qriffo (11 Dekabr, 1996-ci il doğumlu) Amerikan aktyordur. Nickelodeon telekanalında gedən İldırımadamlar (2013–2018) teleserialında Maks Sandermen rolu ilə daha çox tanınır. Həmçinin Uğursuz kinosunda da tanınmışdır. == Karyerası == Cek Qriffo ilk dəfə televiziyada Disney XD kanalında gedən "Zərbə!" və "Baketa və Skineranın epik macəraları" seriallarında çıxış edib. Hal-hazırda, Qriffo, Nickelodeon kanalında 2013-cü ildən bəri yayımlanan Amerikanın sitkomu "İldırımadamlar" teleserialında Maks Sandermen rolunu oynayır. Həmçinin "Uğursuz!" və "Adamın parçalanması", "Oh, bu mənim atamdır!" teleserialında və digər layihələrdə də iştirak etmişdir. Həmçinin, qonaq aktyor kimi "Dəniz Polisi: Los-Anceles" serialında da rol oynayıb. == Filmoqrafiya == == Mükafat və nominasiyalar == Qriffo Kids' Choice Award mükafatlandırılmasında "Sevimli aktyor" mükafatına 5 dəfə namizəd görülüb. İlk dəfə 2014-cü ildə, ikinci dəfə 2015-ci ildə, üçüncü dəfə 2016-cı ildə, dördüncü dəfə 2017-ci ildə, və beşinci dəfə 2018-ci ildə namizəd görülmüşdür.
Devid Uork Qriffit
David Llewelyn Wark Griffith (22 yanvar 1875[…], La-Qreynj[d], Kentukki – 23 iyul 1948[…], Hollivud, Kaliforniya) Akademiya Mükafatına layiq görülmüş Amerika kinorejissoru idi. O, 1915-ci ildə çəkdiyi və kinematoqrafik şücaətinə görə bəyənilən və eyni zamanda bütün zamanların ən mübahisəli filmlərindən biri olan və "Bir millətin doğulması" filmi ilə tanınır. == Karyerası == David Wark Griffith (1875–1948), jurnalist, teatr tənqidçisi, teatr aktyoru kimi müxtəlif işlərdə çalışdıqdan və tamaşaçılar tərəfindən maraqla qarşılanmayan "The Fool and The Girl" ("Axmaq və Qız", yaxud "Çılğın və Qız") adlı komediya yazdıqdan sonra Biograph Production House adlı studiyaya daxil olan və filmlərə rejissorluq etməyə başlayan cənublu bir zabitin oğlu olub, qeyri-adi intuisiyası və nadir məharəti ilə yalnız istehlak mallarının istehsalı ilə məşğul olan kinonu müstəqil ifadə vasitəsinə, şəxsi baxışın ifadəsi üçün müvafiq olan yeni bədii dilə çevirməyə müvəffəq olmuşdur. Dostu ilə ilk dəfə kinoya getdiyi zaman kinonu çox darıxdırıcı görmüş və "belə bir şoudan zövq alan hər kəsi səhər tezdən güllələmək lazımdır" demişdir, lakin Nyu-Yorkda işsiz qalandan sonra o, Edison və Bioqraf şirkətlərinə film mövzularını tövsiyə etməyə başlamışdır. === Bir Millətin Doğulması === 15 il nümayiş etdirilmiş və Qriffitin şah əsəri sayılan "Bir millətin doğulması" filmi Tomas Diksonun həm roman, həm də pyes kimi yazdığı "The Clansmen" əsərindən uyğunlaşdırılmışdır. Hətta prezident Uilson üçün belə Ağ Evdə filmi xüsusi olaraq nümayiş etdirmişdirlər və o filmi "videoya çəkilmiş tarix" kimi təsvir edərək filmi çox yüksək səviyyədə qiymətləndirilmişdir. Məşhur Variety jurnalında da "Qriffitin iki dollarlıq filmi kino sənayesinə həyəcan gətirdi" başlığı ilə bir məqalə çap olunmuşdur. Bir Millətin Doğulması öz istehsalçılarına öz dövrünə görə inanılmaz sayılacaq bir miqdarda, iyirmi milyon dollar gəlir qazandırmışdır. Bir Millətin Doğulması xüsusi ilə Atlanta yanğını, Peterburq müharibəsi, ağdərili qadının zorlanması və Linkolnun qətli kimi səhnələrin yer aldığı kino tarixinin əsas filmlərindən biridir. === Dözümsüzlük === "Bir Millətin Doğulması" əsərindən sonra, qismən də ona ünvanlanan tənqidlərə cavab vermək üçün Qriffit tarix boyu dözümsüzlük anlayışından bəhs edən dörd hissədən ibarət Intolerance ("Dözümsüzlük") (1916) əsərini çəkmişdir.
Frederik Qriffit
Frederik Qriffit (ing. Frederick Griffith, 1877 və ya 1879, London – 17 aprel 1941, London) — ingilis həkim və genetik. Alim 1928-ci ildə, günümüzdə Qriffit təcrübəsi olaraq bilinən sınaqlarda, öz adlandırmasıyla transformasya prinsipi (ing. transforming principle), yəni bu gün DNT adı ilə bilinən maddəni kəşf etmişdir. Müasir molekulyar biologiyanın təməlinin kəşflə atıldığı qəbul olunur. == Həyatı == 1879-cu ildə İngiltərədə anadan olub. Liverpul Universitetində təhsil alıb. 1910-cu ildə Böyük Britaniya Səhiyyə Nazirliyində işə qəbul olub. == Qriffit təcrübəsi == 1928-ci ildə Frederik Qriffit pnevmoniyaya (Ağciyər iltihabı) səbəb olan bakteriyalar — pnevmokokları tədqiq etmiş və kapsulalı pnevmokokların ağciyər iltihabına səbəb olduğunu (çünki kapsula bakteriyanı immun sistemindən qoruyur), kapsulasızların isə ağciyər iltihabını yaratmadığını aşkar etmişdir. Şərti olaraq, kapsulalı bakterya xəttini PV kimi qeyd edək (Pneumania — ağciyər iltihabı və Virulent — virulent, yəni xəstəliyi yaradan), kapsulasızları isə NV (Nervulent — qeyri-virulent) kimi qeyd edək.
Frederik Qrifit
Frederik Qriffit (ing. Frederick Griffith, 1877 və ya 1879, London – 17 aprel 1941, London) — ingilis həkim və genetik. Alim 1928-ci ildə, günümüzdə Qriffit təcrübəsi olaraq bilinən sınaqlarda, öz adlandırmasıyla transformasya prinsipi (ing. transforming principle), yəni bu gün DNT adı ilə bilinən maddəni kəşf etmişdir. Müasir molekulyar biologiyanın təməlinin kəşflə atıldığı qəbul olunur. == Həyatı == 1879-cu ildə İngiltərədə anadan olub. Liverpul Universitetində təhsil alıb. 1910-cu ildə Böyük Britaniya Səhiyyə Nazirliyində işə qəbul olub. == Qriffit təcrübəsi == 1928-ci ildə Frederik Qriffit pnevmoniyaya (Ağciyər iltihabı) səbəb olan bakteriyalar — pnevmokokları tədqiq etmiş və kapsulalı pnevmokokların ağciyər iltihabına səbəb olduğunu (çünki kapsula bakteriyanı immun sistemindən qoruyur), kapsulasızların isə ağciyər iltihabını yaratmadığını aşkar etmişdir. Şərti olaraq, kapsulalı bakterya xəttini PV kimi qeyd edək (Pneumania — ağciyər iltihabı və Virulent — virulent, yəni xəstəliyi yaradan), kapsulasızları isə NV (Nervulent — qeyri-virulent) kimi qeyd edək.
Kap qrifi
Melani Qriffit
Melanie Griffith (d. 9 Avqust 1957, New York) - "Qızıl Qlobus" mükafatlı və "Oskar" mükafatına namizəd göstərilmiş ABŞ-lı aktrisa.
Palçıq qrifonu
Palçıq qrifonu (rus. грязевой грифон, ing. mud grifon) — palçıq vulkanları üzərində qaz, su və palçıq xaric edən kiçik çıxışlar, hündürlükləri 10-la sm-ə çatır.
Qriffindor
"Hoqvarts" Sehrbazlıq və Ovsun Məktəbi və ya qısaca olaraq Hoqvarts (ing. Hogwarts, Hogwarts School of Witchcraft and Wizardry) — on bir və on səkkiz yaşlı şagirdlər üçün xəyali Britaniya sehrbazlıq məktəbidir. Hoqvarts həm də Coan Roulinqin Harri Potter romanlar seriyasında ilk altı kitabı üçün ilk yerlərdən biridir. Cefri Uilliamsın 1954-cü ildəki kitabında Hoqvarts və Hoqqvart adlarının çəkilməsinə baxmayaraq, Roulinq deyib ki, bu adı o, romanlar seriyasını yazmağa başlamazdan bir az əvvəl Kyu Bağında gördüyü Xoqvort(Croton capitatus) adından təsadüfən götürüb. Xoqvart məktəbi 2008-ci ildə onlayn retinqdə Edinburq Loretto məktəbini qabaqlayaraq, 36-cı ən yaxşı Şotland təhsil ocağı kimi tanınır. Müstəqil Məktəblər Şəbəkəsi Reytinqinin direktorunun sözlərinə görə, bu məktəb "əyləncə" üçün məktəblərin siyahısına əlavə edilib. == Ev sistemləri == Hoqvarts dörd ev sisteminə bölünür və hər biri öz banisinin soyadını daşıyır: Qodrik Qriffindor, Salazar Slizerin, Rovena Reyvnklou, Helqa Haflpaff. Bu ev sistemləri tədris ili boyu mübarizə aparır və Ev kuboku üçün müxtəlif yarışlarda xal qazanmaq uğrunda mübarizə aparırlar (sinifdə sualları düzgün cavablandırmaq, məsələn, düzgün cavaba görə beş və ya on xal qazanmaq olar, dərsə gecikmək on xalın itirilməsi ilə nəticələnə bilər). Hər ev sistemi həmçinin Kviddiç kuboku yarışlarında öz Qviddiç komandası ilə mübarizə aparır. Bu iki yarış ev sistemləri arasında rəqabət yaradır.
Qriffinlər
Qriffinlər, (ing. Family Guy) — Set Makfarleyn tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər Piter və Lois, onların uşaqları Kris, Meq və Styui, həmçinin antropomorf it Brayandan ibarət olan uğursuz Qriffinlər ailəsi dayanır. Şoudakı hadisələr Rod-Aylend ştatının Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjetlə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir. "Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı" və "Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn 15 may 1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək, öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. 2002-ci ildə, üç mövsüm nümayiş olunduqdan sonra serialın yayımını dayandırıblar. Lakin "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışı və Adult Swim-də yüksək reytinqlər göstərməsi, 2004-cü ildə rəhbərliyi şounun yayımını bərpa etməyə vadar edib.
Qriffit ərgəvanı
Qrifli firəngtoyuğu
Qrifli firəngtoyuğu (lat. Acryllium vulturinum) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin firəngtoyuqları fəsiləsinin qrifli firəngtoyuğu cinsinə aid heyvan növü.
Qrifon
Qrifon — bədən, quyruq və ayaq hissələri şir, başı və qanad hissələri qartal formasında təsvir olunan əfsanəvi varlıq. == Mənası == Qrifon – qrif sözündən olub yırtıcı quşların, eləcə də qartalın, şahinin yunanca səsləndirilməsidir. Bir çox qədim xalqlar qartalı Günəş və Səma Tanrısının rəmzi kimi qəbul ediblər. Yunanlar bu rəmzi quşu "qor", qədim misirlilər "xar", "qar" və yaxud "xeru" adlandırırdılar. Bu da ərəblərin "huru" (hürü) sözünün eynidir. Qədim Babilistanda yarı-qrif, yarı-insan olan əfsanəvi varlığa "karibu" deyirdilər. Yəhudilərə isə bu söz təhrif olunmuş "xuruvim" formasında keçmişdir. == Tarixi və yayılması == Qrifon-Qədim şərqdə, eləcə də Misir, Mesopotomiya, Şumer, Manna və başqa dövlətlərin mifologiyasında işlənirdi. Memarlığa təsir etmişdi. Tarixi mənbələrdə qrifonla bağlı bir çox məlumatlar vardır.
Qrifon (personaj)
Qrifon – Luis Kerrollun Alisa möcüzələr ölkəsində əsərinin qəhrəmanlarından biridir. Sınaq Tısbağasının həmkarıdır.
Qrifonlu ev
Qrifonlu ev — Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında yerləşən, memar İ. V. Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilmiş iki mərtəbəli malikanə tipli bina. Bina, memar İ. V. Edelin yaradıcılığında xüsusi yer tutur. == Tarixi == Keçmiş Politseyskaya (indiki Yusif Məmmədəliyev) küçəsində yerləşən bu malikanə, başlanğıcda Lazarev ailəsinə məxsus olduğu guman edilir. Bunu binanın əsas frontonunda quraşdırılmış LB inisialı olan nəfis venzel təsdiqləyir. Bir müddət sonra, bu binaya tanınmış ticarətçi Akopov köçür və binanın birinci mərtəbəsində "Münch und Weiss" Ticarət Yoldaşlığını təsis edir. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi (həmin dövrdə Gürcüstanın Azərbaycandakı səfiri N. S. Alşibay idi) yerləşirdi. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayırdı. Bir zamanlar Qrifonlar evi yaxınlıqdakı Teatr institutunun əsas korpusuna birləşirdi, lakin həmin bina söküldükdən sonra, burada böyük boş ərazi yarandı və zamanla istifadəsizlikdən bu boşluq bataqlığa çevrildi. Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq bəzi səbəblərə görə səfirlik başqa yerə köçürüldü. == Memarlıq xüsusiyyətləri == Malikanə (mülk) tipdə olan yaşayış evi 1894–1896-cı illərdə memar İohann Vilhelmoviç Edel tərəfindən inşa edilmişdir.
Qriffit ərkəvanı
Qiffit ərkəvanı (lat. Cercis griffithii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin ərkəvan cinsinə aid bitki növü. == Təbii yayılması == Orta Asiya, İran və Əfqanıstanın dağlarında, daşlıq yamaclarda dəniz səviyyəsindən 800-2200 m hündürlükdə bitir. == Botaniki təsviri == Hündürlüyü 1-4 (10) m-dək olan çoxbudaqlı kol və ya ağacdır. Budaqları enli çətir əmələ gətirir. Cavan qabığı qırmızı-qonur, sonradan isə tünd boz rəngli olur. Yarpaqları yumru böyrəkşəkilli, uzunluğu 5-8 sm, eni 7-12 sm, binövrəsi enli, ucu bütöv, üstü parlaq yaşıl, alt tərəfi göyümtül, saplaqların uzunluğu 2-3 sm-dir. Çiçəkləri qısa salxımlarda yerləşir. Kasacığı qabarıq qısa dişciklidir; çiçək tacı çəhrayı və ya al-qırmızı bənövşəyidir. Mart-aprel aylarında yarpaqlar açılmamışdan əvvəl çiçəkləyir.
Qrifice
Qrifice (almanca:Grifenberg) — Pomeraniyada, Polşanın şimal-qərbində, 16.600 əhalisi olan tarixi bir şəhərdir (2017). Şəhər-kənd kommunası statusunu almışdır. Əhalisinin sayı 16 933 nəfərdən ibarətdir (2013-cü ilə qədər). Şəhər Baltik dənizi sahillərindən təxminən 22 km məsafədə yerləşir. == Tarixi == Bölgə ilk Polşa hökmdarı I Meşkonun dövründə və onun varisi I Cəsur Boleslavın hakimiyyətinin əvvəlində Polşanın tərkibində idi. 1005-ci ildə bütpərəstlərin üsyanı zamanı Pomeraniyanın çox hissəsi dağıldı, lakin 1100-cü illərin əvvəllərində Polşa kralı tərəfindən yenidən fəth edildi.
Qrifino
Qrifino 1945-ci ilə qədər (Qrefenhagen) - Polşada, Şetsindən 20 km cənubda, Odra çayından 3 km şərqdə və Almaniya ilə sərhəddə yerləşən şəhərdir. == Tarixi == Kənd əvvəlcə balıqçılıq qəsəbəsi kimi yaranmışdır. Qreyfenhagen 1254-cü il martın 1-də Barnimin fərmanı ilə şəhər hüquqlarını aldı. 1653-1679-cu illərdə İsveç hakimiyyəti altında idi. 1877-ci ildə Qrifino ilə Şetsini birləşdirən bir dəmir yolu xətti çəkildi. 1930-cu ilə qədər şəhərdə dörd sənaye müəssisəsi var idi - kimya zavodu, sabun zavodu, konserv zavodu və keçə papaq fabriki. 1945-ci ilin martında "Vallonia"SS-nin 28-ci diviziyasının iştirakı ilə Qrayfenhagen yaxınlığında ağır döyüşlər başladı. İkinci Dünya Müharibəsinin sonunda 70% dağıdılan şəhər bütün Şərqi Pomeraniya ilə birlikdə Polşa dövlətinin tərkibinə daxil oldu. 1945-ci ildə Polşalı məcburi köçkünlər şəhərə gəlməyə başladılar. 1946-cı ildə Qrifinoda elektrik stansiyası, dəyirman və dəri zavodu tikildi, Polşa məktəbləri açıldı.

Значение слова в других словарях