QRİP

I
сущ. мед. грипп (острое инфекционное заболевание). Qrip tutdu kimi заразился, заболел гриппом, подхватил грипп к т o, qrip infeksiyası инфекция гриппа
II
прил. гриппозный. Qrip halları гриппозные явления, qrip havası гриппозная погода
QRİMLİ
QRİPƏOXŞAR
OBASTAN VİKİ
Qrip
Qrip (fr. grippe) — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyət gəlir. Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir. Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür.
Qrip (film, 1954)
Aleksey Qripiç
Aleksey Lvoviç Qripiç (30 sentyabr (12 oktyabr) 1891, Oryol – 1 oktyabr 1983, Moskva) — Azərbaycan-sovet teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1946). == Həyatı == Aleksey Qripiç 1891-ci ildə poçt idarəsinin məmurunun evində anadan olmuşdur. Gənc yaşda valideynlərini itirən Qripiç Qatçina şəhərinin yetim institutunda böyümüşdür, oranı 1910-cu ildə bitirmişdir. Peterburq Politexnik institutunun iqtisadiyyat şöbəsində təhsil almışdır. Təhsil aldığı illərdə əmisi oğlu şair S. M. Qorodetskiyin təsiri altında Qripiçdə teatra maraq formalaşdı. 1913-cü ildə Vsevolod Meyerholdun yenidən açılmış studiyasına qəbul olundu. Birinci Dünya Müharibəsinə görə institut və studiyada dərslərinə ara verdi. Aleksey Lvoviç cəbhədən yalnız 1918-ci ildə qayıtdı və maarif komissarlığında işə qəbul olaraq, səhnə tamaşalarının sənətkarlığı kurslarında oxumağa davam etdi, həmçinin Meyerhold burada ona dərs deyirdi. Müstəqil rejissor fəaliyyətinə 1919–1921-ci illərdə Qırmızı Orduda xidmətdə olarkən başlamışdır. 1924-cü ildə Vsevolod Meyerholdun tövsiyəsi ilə Aleksey Qripiç İnqilabi Moskva Teatrında rejissor oldu, burada 1926-ci ilə qədər çalışmişdır.
At qripi
At qripi (ing. Eastern equine encephalitis virus) – Togaviridae fəsiləsinə aid virus növü. Atları öldürən bu virus nadir hallarda insan da ölümünə səbəb olur. Kanadanın Nova Skotiya əyalətində ağcaqanadlardan virusa yoluxan bir at ölüb. əyalətin baytar həkimi Rob Kerr məsələ ilə bağlı açıqlama verib. O deyib ki, həmin at "Eastern equine encephalitis" adlanan at qripindən ölüb. Bu qrip növü atlarda beyin iltihabına yol açır. Bu virus elmə çoxdan məlumdur, Amerika Yoluxucu Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzində qeydiyyata alınıb və öyrənilib. "Quş qripi"nə yoluxmuş toyuq və quşları sancan ağcaqanadlar əsas daşıyıcıdır. Virus atdan ata keçmir.
Donuz qripi
Donuz qripi (SIV) – Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi və insan qripi. Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir. "Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub. Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur. "Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir. "Donuz qripi" donuzlarda bütün il boyu özünü büruzə verə bilər. Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur.
Donuz qripi epidemiyası (2009)
Donuz qripi və ya H1N1 virusu kimi məlum 2009 il martında Meksikada aşkar edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı təhlükə səviyyəsini 4-cü (yəni insandan insana yoluxdurma) dərəcəyə yüksəltmişdir. Azərbaycanda da donuz qripi aşkarlanıb.
Donuz qripi pandemiyası (2009)
Donuz qripi və ya H1N1 virusu kimi məlum 2009 il martında Meksikada aşkar edilmişdir. Ümumdünya Səhiyyə Təşkilatı təhlükə səviyyəsini 4-cü (yəni insandan insana yoluxdurma) dərəcəyə yüksəltmişdir. Azərbaycanda da donuz qripi aşkarlanıb.
Honkonq qripi
Honkonq qripi (yaxud 1968-ci il qrip pandemiyası) — 1968-1969-cu illərdə baş qaldıran və dünya üzrə 1 milyona yaxın insanın ölümü ilə nəticələnən qrip pandemiyası. Bu qrip Influenza A virusunun H3N2 ştamı tərəfindən yaranır. Bu ştam antigen dəyişikliyi yolu ilə H2N2 ştamından törəmişdir. İlk dəfə Honkonqda aşkar edildiyi üçün pandemiyaya da məhz bu şəhərin adı verilmişdir. == Kliniki məlumat == Bu qripin simptomları 4-5 gün, bəzi simptomlar isə 2 həftəyədək davam edir. Pandemiyanın baş verdiyi 1968-1969-cu illərdə əsasən 65 yaşdan yuxarı şəxslər bu xəstəlikdən vəfat edirdilər. == Virusologiya == 1968-ci ildə virusa qarşı vaksin xəstəliyin ABŞ-da pik həddə çatmasından bir ay sonra yaradılmışdır. Həm H2N2, həm də H3N2 pandemik qrip ştamları quş qripi viruslarının genlərini daşıyır. Yeni alt növlər quş və insan qripi virusları ilə yoluxmuş donuzlarda yaranmış və tezliklə insanlara keçmişdir. == İstinadlar == == Ədəbiyyat == Blakely, Debra E., Mass Mediated Disease: A Case Study Analysis of Three Flu Pandemics and Public Health Policy, Lanham: Lexington Books, 2006, 148–196, ISBN 0-7391-1387-9 .
Quş qripi
Quş qripi (latınca Grippus avium), klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyi. Quş qripi hələ qədim dövrlərdə mövcud olmuşdur. Bu xəstəliyə müxtəlif ölkələrdə bir-birindən fərqli adlar verilib. İtalyan alimi Perronçita 1880-ci ildə ilk dəfə olaraq elmi dildə onu "Toyuq tifi" kimi qələmə alıb. Sonralar Avropada onu "Quş taunu" adlandırıblar. 1901-ci ildə Çentani bu xəstəliyin virus təbiətli olduğunu müəyyənləşdirib. 1955-ci ildə xəstəliyin törədicisinin A tipinə mənsub influensa olduğu aşkar edilib. Alimlər onu ilk dəfə olaraq 1971-ci ildə "Quş qripi" xəstəliyi adlandırıblar. Xəstəliyin törədicisinin vizionunun böyüklüyü 80–120 nm-dir, bəzən sapkimi şəkildə 400–800 nm ölçüdə ola bilər (nomometr 1 millimertin milyonda bir hissəsidir). Xəstəliyin yüksək patogenliyi XX əsrin sonlarında özünün Meksikada, Çində büruzə verməyə başlayıb.
İnsan qripi
İnsan qripi o qriplərə deyilir ki Ortomiksoviridə (Orthomyxoviridae) viruslari ilə törənir. Bu qrip insanlar arasında endemikdir. İnsan Qripi virusları üç bölüm olur: A, B və C virusları. Bu viruslar insandan-insana keçerek, yeni öskürük ve asqırıq neticesinde yaranır.
İspan qripi
İspan qripi (isp. gripe española) — 1918–1920-ci illər aralığında H1N1-in alt qrupu olan virusun səbəb olduğu qrip epidemiyası. Güman edilir ki, bu həm yoluxmuş insanların sayında, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış qrip pandemiyası olmuşdur. Virus dünyada təxminən 550 milyon insan və ya dünya əhalisinin 29,5% -inə təsir göstərmişdir. Pasifik adalarından Arktika bölgəsinə qədər virusun genişlənməsi onun coğrafiyasından xəbər verir. İspan qripi nəticəsində 50–100 milyon aralığında insanın vəfat etdiyi təxmin edilir. Bu göstərici 1918-ci il üçün dünya əhalisinin 5 % bərabərdir və bu günə qədər bəşər tarixi üçün ən genişmiqyaslı fəlakət hesab olunur. İspan qripinin əsas xüsusiyyətlərindən biri də zəif, körpə və yaşlı insanlara təsir etməsindən daha çox sağlam və gənc insanları hədəf alması olmuşdur. Birinci Dünya Müharibəsinin sonlarına yaxın xəstəlik demək olar ki, bütün dünyanı öz təsiri altına almış və bəzi tarixçilərə görə 4 il davam edən müharibənin yekunlaşmasının əsas səbəblərindən biri olmuşdur. Uzun illər sonra açılan toplu məzarlıqlardan götürülmüş nümunələr əsasında virusun insanlar arasında donuz qripi olaraq tanınan H1N1 ilə bənzərlik təşkil etdiyi müəyyənləşmişdir.

Значение слова в других словарях