Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əncan
Əncan — Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsəri hesab edilir. Əncan şəhərində mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat vermişdir. Bu fikirdən belə bir qənaətə gəlmək olar ki, burada hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar hazırlamaq üçün istifadə etmişlər. Bu dövrdə mis və mis-bürünc məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri olmuşdur. Şəhərin lokalizasiyası ilə bağlı tarix üzrə fəlsəfə doktoru E.Kəlbizadə tərəfindən aparılmış araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum müəllifin "Əcaib əd-dünya" əsərində də məlumat verilmişdir. "Əcaib əd-dünya"da Əncan haqqında verilən məlumatlardan aydın olur ki, şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır: "Əncan. Sərt, çətinliklə keçilən yerdədir. Dağlar şəhərin hüdudlarından kənarda yerləşir, möhkəm qaladır.
Əncan şəhəri
Əncan — Əncan şəhərinin adı haqqında məlumat verən əsas mənbə Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsəri hesab edilir. Əncan şəhərində mis mədənlərinin olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin digər adını Karxana kimi göstərmiş və burada mis emalı barədə məlumat vermişdir. Bu fikirdən belə bir qənaətə gəlmək olar ki, burada hasil edilən misdən yerli sənətkarlar müxtəlif məmulatlar hazırlamaq üçün istifadə etmişlər. Bu dövrdə mis və mis-bürünc məmulatının, əsasən, məişət təyinatlı qab-qacağın istehsalı geniş intişar tapmışdır. Unutmamaq lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir şəhərləri ilə yanaşı, Naxçıvan da monqol yürüşlərinə qədərki dövrdə metalişləmə sənətinin mühüm mərkəzlərindən biri olmuşdur. Şəhərin lokalizasiyası ilə bağlı tarix üzrə fəlsəfə doktoru E.Kəlbizadə tərəfindən aparılmış araşdırmalar göstərir ki, bu şəhər haqqında naməlum müəllifin "Əcaib əd-dünya" əsərində də məlumat verilmişdir. "Əcaib əd-dünya"da Əncan haqqında verilən məlumatlardan aydın olur ki, şəhər möhkəm qala divarları ilə əhatə edilmişdi. Əsərdə yazılır: "Əncan. Sərt, çətinliklə keçilən yerdədir. Dağlar şəhərin hüdudlarından kənarda yerləşir, möhkəm qaladır.
Ənam surəsi
Ənam surəsi Qurani -Kərimin 6-cı surəsi Əl-Ənamavar) surəsi (Məkkədə nazil olmuşdur, 165 ayədir). Surə adını 136, 138, və 139-cu ayələrdə işlənən və davar mənasına gələn ənam sözündən almışdır.
Ancar
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Occam
Occam – paralel proqramlaşdırma üçün yüksək səviyyəli, prosedurlu dil. 1980-ci illərin başlanğıcında işlənib hazırlanıb. 14-cü əsr ingilis filosofu Okkamlı Uilyamın şərəfinə adlandırılıb. Occam dilinin təməl anlayışı hesablama prosesidir; prosesin əsas xarakteristikası ondan ibarətdir ki, o başladıla və sona çatdırıla bilər. Bu dildə bir neçə sadə proses təyin olunub: mənimsətmə prosesi, kanal vasitəsilə giriş və çıxış prosesləri (? və ! simvolları ilə göstərilir), SKIP və STOP formal prosesləri (birinci dərhal sona çatır, ikinci isə heç vaxt), taymerin və taymer ləngiməsinin oxunması prosesləri. Qalan bütün proseslər isə öncə təyin olunmuş proseslərdən iyerarxik qurma vasitəsilə alına bilər. Bu məqsədlə Occam dilində bir sıra proses konstruktorları vardır: SEQ (proseslərin ardıcıl yerinə yetirilməsi prosesini təyin edir), PAR (proseslərin paralel yerinə yetirilməsi prosesini təyin edir), eləcə də IF şərti proses, WHILE dövri proses, ALT proseslərin seçilməsi prosesinin konstruktoru. Mövcud qaydalara görə SEQ və ya PAR tipli mürəkkəb proses o zaman sona çatmış hesab olunur ki, onun təşkil edən bütün proseslər sona çatmış olsun.
Əncir
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. == Əncirin orqanizmə təsiri == Azərbaycanın bir çox yerlərində yetişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin meyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat verirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla belə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir. Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xeyirlidir. Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. . Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından da istifadə edirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur.
Əncər
Əncər (ərəb. عنجر‎ ‘Anjar, erm. Անճար) — Livanda, Biqa vadisində yerləşən şəhər. Əhalisi 2400 nəfərdir və demək olar ki, tamamilə ermənilərdən ibarətdir. Ümumi sahəsi iyirmi kvadrat kilometrə (7.7 kvadrat mil) bərabərdir. Yayda erməni diasporunun üzvləri şəhərə ziyarət üçün qayıtdıqdan sonra əhali 3500 nəfərə çatır. Şəhər, qədim dünyada Çalkis kimi tanınırdı. == Tarix == Ümumilikdə şəhərin, 8-ci əsrin əvvəllərində Əməvi xəlifəsi I Valid tərəfindən saray-şəhər olaraq salındığı qəbul edilir. Lakin, tarixçi Yere Bakarak, bizans-yunan salnaməçisi Feofan İspovednikə istinadən Əncərin, e.ə 714-cü ildə Validin oğlu əl-Abbas tərəfindən salındığını iddia edir. Əncər sonrakı illərdə tərk edildi və 1939-cu ildə şəhərə bir neçə min erməni qaçqını köçürüldü.
Ənfal
8-ci surə əl-Ənfal (Qənimət) surəsi (Mədinədə nazil olmuşdur, 75 ayədir.
Ənsar
Ənsar (Ərəb dilində: أنـــــصــــار) — ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.
Əxşam
Əxşam — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əxşam Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əsl adı Axşamdır. Axşam türkdilli xalqlarda "düşərgə, dayanacaq" deməkdir. Ərəb dilində işlənən əxşam sözü isə "köçəri tayfa, alaçıqda yaşayan tayfa" mənasındadır..
Əhkam
Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir.
Anlam
Məna bu mənaları ifadə edə bilər:
Əncil
Əncir (lat. Ficus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinə aid bitki cinsi. == Əncirin orqanizmə təsiri == Azərbaycanın bir çox yerlərində yetişdirilir. Orta əsr Azərbaycan müəllifləri bu bitkinin meyvələrinin müalicəvi əhəmiyyətindən ətraflı məlumat verirlər. Məhəmməd Mömin yazır ki, əncir yüksək qızdırmanı, titrətməni, susuzluğu aradan qaldırır və işlətmədə faydalıdır. Bununla belə, əncir ödqovucu və qara ciyəri möhkəmlətmək təsirinə malikdir. Əncir ağacıO, həmçinin, sidiyin tutulmasına, şiddətli ürəkdöyüntüsünə qarşı xeyirlidir. Ənciri astma, öskürək, ciyərlər ətrafında ağrı və xırıltı zamanı məsləhət görürlər. . Xalq təbabətində müalicəvi məqsədlə yalnız əncirin özündən yox, həm də yarpaqlarından da istifadə edirlər. Onun tərkibində qətranlı maddələr, furokominlər, P, C vitaminləri və üzvü turşular mövcuddur.
Pəncab
Pəncab (Pakistan) —
Vəndam
Vəndam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Vəndam kənd inzibati ərazi vahidi tərkibindəki Vəndam kəndinə qəsəbə statusu verilmiş, Vəndam kənd inzibati ərazi vahidi Vəndam qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Oykonimin tərkibindəki vən göyrüş ağacının ikinci adıdır. Yerli məlumata görə, bu oykonim "vən (göyrüş) ağacından tikilmiş dam" mənasındadır. == Tarixi == === Tarixi abidələri === Qalaüstü yeri — VI–IX əsrlərə aid arxeoloji abidə. Vəndam qalası == Coğrafiyası və iqlimi == Qəsəbə rayon mərkəzindən 12 km cənub-şərqdə, Qəbələ-İsmayıllı şose yolunun kənarında, Vəndam çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Təbiəti mülayimdir. Vəndam qəsəbəsində dağın ətəyində Yeddi gözəl şəlaləsi vardır. Burada yeddi şəlalə olmasa da yeddi mərtəbə vardır. Rayondakı əksər turizm obyektləri də bu qəsəbədə fəaliyyət göstərir.
Zəncan
Zəncan — İranın və Azərbaycanın ən böyük mahallarından biri olan Xəmsə mahalının mərkəz şəhəridir. Şəhər dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Zəncanın ətrafında mis, qızıl, civə və sairə qiymətli yataqların olması digər tərəfdən Yaxın, habelə Orta Şərqlə mühüm ticarət yollarının üstündə yerləşməsi onun tarixən ictimai-iqtisadi yüksəlişinə şərait yaratmışdır. Mənbəyini Sultaniyyə dağlarından alan Qızılüzən çayı ilə birləşən Zəncan çayı Xəmsə mahalını bol su ilə təmin edir. Zəncanda olan əkin yerləri, bağ və bostan sahələri bu çaydan başqa bir neçə kiçik çay vasitəsiylə də suvarılır. Zəncan ərazisi qədim dövrlərdən özünün geniş çəmən əraziləri və otlaqları ilə məşhurdur. Olduqca böyük yeraltı və yerüstü sərvətlərə malik olan bu yerdə, yaşayış üçün lazım olan bütün nemətlər kifayət qədər mövcuddur. Zəncan ətrafında buğda, arpa, düyü və digər dənli bitkilərlə birlikdə müxtəlif növlü, habelə olduqca keyfiyyətli meyvələr də yetişdirilir. == Tarixi == Zəncan şəhərinin bina edilməsi tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. İran alimləri buna cəhd etməmişlər.
İnam
İnam — 225 km² ərazini əhatə edən və Bakı şəhərindən təxminən 140 km cənubda dənizdə yerləşən neft-qaz yatağıdır. == Tarixi == İnam Cənubi Xəzər hövzəsinin şelf hissəsində yerləşir. Bu sahədə suyun dərinliyi şimalda 45 metrdən cənubda 200 metrə qədər dəyişir. 1990-cı illərin əvvəlində İnam strukturunda ARDNŞ tərəfindən qazma işləri aparılmışdır. Bu quyu çox yüksək təzyiqlə üzləşdiyindən dayandırılmışdır. 1999-cu ildə İnam strukturunda əhatəli şəkildə 3 ölçülü seysmik tədqiqat aparılmışdır. 2000–2001-ci ildə konsorsium strukturun cənub qanadında INX-1 quyusunu qazmışdır. Bu quyuda da layihə dərinliyinin yaxınlığında olduqca yüksək təzyiqə rast gəlinmişdir. Bu iki quyudan əldə olunmuş məlumatlar Cənubi Xəzərdəki digər geoloji kəşfiyyat quyularından əldə olunmuş nəticələrlə birlikdə interpretasiya edilmiş və İnam strukturunda INX-2 quyusunun qazılması planının hazırlanmasına imkan yaratmışdır. İnam strukturunun potensialını uğurla qiymətləndirmək üçün INX-2 quyusunun layihələndirilməsində bütün bu əvvəlki quyulardan əldə edilmiş təcrübələr və qazma sahəsində bəzi ən son texnologiyalar nəzərə alınmışdır.
Ənqa
Ənqa (ərəb. الْعَنْقَاء‎ əl-ʿənqaʾ) — əfsanəyə görə, Qaf dağında yaşayan mifik bir quş.
Pəncab (Pakistan)
Pəncab — Pakistanın dörd əyalətindən biri. Pakistanda ən sıx əhalisi olan əyalətdir. Adının fars dilindəki "penç" (beş) və "ab" (su, çay) sözlərinin birləşməsindən əmələ gəldiyi vurğulanır. Bu əyalətdə çayların sayının çox olmasına işarədir. Sahəsi 205.344 km², əhalisi 79.429.701 nəfərdir. Əyalətdə bir çox tarixi abidələrlə yanaşı, ölkənin ən müasir tikinti və infrastrukturları da vardır. Əyalətinin mərkəzi Lahor şəhəridir.
Pəncab Vikipediyası
Pəncab Vikipediyası, Vikipediyanın Pəncab dilində olan versiyasıdır. 2 dekabr 2024 tarixinə qədər, Pəncab Vikipediyasının 55.265 məqaləsi, 51.923 istifadəçisi və 10 idarəçisi mövcuddur. Yarandığı gündən hal-hazırkı dövrə qədər 773.188 dəfə redaktə edilmişdir.
Pəncab dili
Pəncab dili (pənc. ਪੰਜਾਬੀ) — Hind-ari dillərindəndir ki, tarixi Pəncab regionu (şimali qərb Hindistan və şərqi Pakistan) sakinlərinin danışdığı dildir. Pəncab dili iki növə bölünür:Şərqi Pəncab dili Hindistanda və Qərbi Pəncab dili Pakistanda.
Pəncab kabaddisi
Pəncab kabaddisi (ing. Punjabi kabaddi, Pəncab dilində: ਪੰਜਾਬੀ ਕਬੱਡੀ), yaxud, sadəcə, "Kauddi" (pənc. ਕੋੌਡੀ). Pəncab regionunda oynanılan populyar idman növü. "Pəncab kabaddisi" adlanan dairəvi üslublu kabaddi, kabaddi idman növünün ənənəvi olaraq Pəncab regionunda oynanılan üslubu olsa da, bu kabaddi üslubu üzrə beynəlxalq turnirlər keçirilir və Hindistanın Həvəskar Dairəvi Kabaddi Federasiyası tərəfindən idarə olunur. === Qaydaları === Pəncab regionunda kabaddi oyunu 22 m-lik dairəvi meydanda oynanılır. Orta xətti keçən oyunçu isə "kaudi da bharha" adlanır. Hər komandanın 8 oyunçusu olur; növbə ilə bir-birlərinə reydçi göndərirlər; Pəncab kabaddisində oyun 40 dəqiqə davam edir, birinci 20 dəqiqə bitdikdən sonra komandalar meydanda yerlərini dəyişirlər. Bu üslubda oynanılan kabaddi oyununda reydçi müvəffəqiyyət qazandıqda, komandasına 1 bal qazandırır, müvəffəqiyyət qazanmadıqda isə rəqib komanda 1 bal qazanır.
Pəncab qızılbaşları
Pəncab qızılbaşları (Əli Rza Xanın ailəsi) — bir zamanlar Əfqanıstan və Pəncabda böyük nüfuza malik olan, əslən Şirvan ərazisindən olan qızılbaş əsilli ailə. Nəslin ən tanınmış nümayəndələrindən biri Əli Rza Xan Qızılbaş olmuşdur. O, Birinci ingilis-əfqan müharibəsi və hindistanda ingilislərə yardımı ilə seçilmişdir. == Nəslin tarixi == Sərdar Əli Xan Rza Əli Xanın babası olmuşdur. O, Xəzər dənizi sahilində yerləşən Şirvan elini tərk edərən bölgəyə gəlmişdir. Onun babaları uzun zamanlar Şirvanda hakim mövqedsə olmuşlar. Nadir şah Əfşar Xorasanı ələ keçirdikdən sonra, 1738-ci ildə hindistana hücuma hazırlaşır. Bu zaman Əli Xanı və bir çox qızılbaş hakimlərinin onun səfərdə olmasından istifadə edərək çaxnaşma təşkil edəcəyindən ehtiyat edərək onlarıda Hindistana aparır. Əli Xan kompaniya müddətində orduda olur. Hindistandan qayıtdıqdan sonra Nadir şah onu Qəndəhara vali təyin edir.
Pəncab regionu
Pəncab (sanskrit dilində Pançanda, pənc. ਪੰਜਾਬ ਖੇਤਰ) — Hindistan və Pakistanın şimal ərazilərini əhatə edən tarixi və coğrafi region. Adının mənası "beş çay" (pənc(beş)+ ab(çay) deməkdir.
Pəncab ştatı
Pəncab ştatı — Hindistanın ştatlarından biridir. Mərkəzi Çandiqarh şəhəridir. Əhalisi 25 milyon nəfərdir. Ərazisi 50.362 kv. km.
EICAS
EICAS (ing. Engine Indication and Crew Alerting System, Mühərrik parametrlərinin göstərilməsi və nasazlıqların qarşısının alınması sistemi) — təyyarə heyətinin aviasiya mühərrikləri və digər cihazqayırma sistemləri ilə təmin edilməsi və ekipajın məlumatlandırılması üçün müasir təyyarələrdə istifadə olunan kompleks sistemdir (bütün ibtidai və ikinci dərəcəli mühərrik parametrlərinin göstəricisini təmin edir). Xəbərdarlıq mesajları, sistemdən imtina və bəzi istismar şərtləri barədə olan məlumat xəbərdarlıq mesajları vasitəsilə verilir . == İlk baxış == Əvvəllər mülki təyyarələr ekipajdan daim diqqət tələb edən elektromexaniki göstəricilərdən istifadə edirdilər. Bu sistemlərdə müasir rəqəmsal texnologiyaların təmin etdiyi çox yönlülük yox idi. Bundan başqa, çoxsaylı siferblatlar və ölçü cihazları daxildə əhəmiyyətli yer tələb edirdi. Qabaqcıl texnologiyanın tətbiqi ilə müasir bir təyyarə mühərrik ekranı və ekipaj xəbərdarlıq sistemi (EICAS) olaraq bilinən kompüter və ekran sistemlərindən istifadə edərək mühərriklərin və təyyarə sistemlərinin parametrlərinin davamlı izlənməsini təmin edə bilər. == Komponentlər == EICAS adətən müxtəlif mühərrik parametrlərinin ölçülməsi, o cümlədən, dəqiqədə çevrilmələr, temperaturun qiymətləri, yanacaq axını və miqdarı, yağ təzyiqi və s. EICAS tərəfindən nəzarət edilən digər tipik təyyarə sistemlərinə hidravlik, pnevmatik, elektrik, ətraf mühit və yerüstü nəzarət sistemini əlavə etmək olar. EICAS yüksək bağlantıya malikdir və məlumatların alınması/yönləndirilməsini təmin edir.
ENIAC
ENIAC kompüteri (ing. Electronic Numerical Integrator And Computer : Elektronik Rəqəmsal İnteqral Hesaplayıcı), elektriklə işləyən və elektron emalı tutumuna sahib ilk kompüter. İkinci dünya müharibəsi dövründə ABŞ-lı elm adamları tərəfindən inşa edilən ENIAC, təxminən 167 [m² bir sahəni əhatə edirdi və ağırlığı 30 ton idi. Təxmini olaraq iki soyuducu boyda idi. == Tarix == Bu ilk kompüterin sifarişi, 1941-ci ildə ABŞ-nin İkinci Dünya müharibəsinə qatılmasıyla birlikdə ordu tərəfindən gizli olaraq Pennsylvania Universitetinə aid Elektrik Mühəndisliyi məktəbi olan Moore School of Electrical Engineering-ə verildi. Məqsəd daha az hədəf səhvi ilə uzun mənzilli top və mərmilərin hesablamalarında istifadə edilməsi idi. Elm adamları Con Maukli və Presper Ekkert tərəfindən təxminən 4 il müddətinə emal edildi. Təxmini olaraq 500.000 dollara başa gəldi. ENIAC ilk dəfə sınaq işinə 1945-ci ildə başladı. Həqiqi mənada işləyə bilməsi isə 1947-ci ilə təsadüf etdi.
Ehram
Piramida (yunanca πυραμίς pyramis) və ya ehram — təqribən həndəsi piramida ilə oxşar quruluşa malik, yerüstü səthi üçtərəfli olub və tərəfləri təpədə bir nöqtədə birləşən üçbucaq formalı tikilidir. Ehramın bünövrəsi üçbucaq, dördbucaq və ya istənilən digər çoxbucaqlı formasında ola bilər. Belə ki, ehramın ən azı 3 yerüstü üçbucaq səthi (bünövrə ilə birlikdə isə ən azı 4 üzü) var. Dördbucaq bünövrəyə və 4 üçbucaq yerüstü səthə malik ehram forması piramidanın bizə məlum olan ən məşhur variantıdır. Ehramların inşasında zəminə daha yaxın olan hissədə əsas kütlənin cəmlənməsi və üst hissədə piramidaının yerləşməsi onu göstərir ki, ehram üzərində nə qədər az material olarsa yuxarıdan olan təzyiq də o qədər çox olacaqdır. Materialın kütləsinin bu formada bölüşdürülməsi erkən sivilizasiyalara davamlı sanballı tikililər inşa etmək üçün əlverişli şərait yaratmışdır. Dünyanın bir çox hissələrindən olan sivilizasiyalar ehramların inşası ilə məşğul olmuşlar. Min illər boyu yer üzərində ən böyük tikililər ehramlar olmuşdur. Bunlara Misirdə Dəşur nekropolundakı Qırmızı Ehram və Dünyanın 7 qədim möcüzəsindən biri olan Böyük Küfü ehramını nümunə göstərmək olar. Küfü ehramının inşasında əsasən sal qayadan (bəzi daxili hissələrində geniş qırmızı qranit daşlardan) istifadə olunub və bu tikili gözəl memarlıq nümunəsi hesab olunur.
Elcan
Elcan — kişi adı.
Encase
Encase — sübutların toplanması və analizi üçün ABŞ Maliyyə Nazirliyinin gizli xidməti. FTB və MTA-nin işlərinə yardım üçün yaradılmışdır. Hazırda açıq satışda olan kommersiya alətidir. İnformasiyanın müxtəlif fayl sistemlərində, müxtəlif əməliyyat sistemlərində, informasiya daşıyıcılarının tipindən asılı olmayaraq axtarışını həyata keçirir.
Enyan
Enyan xan - 846-cı ildə hakimiyyətə gəlmişdi. Son 5000 uyğur ilə tatarlar, şiveylər və tatablar ilə müttəfiq olduqdan sonra 2 il Çinə qarşı mübarizə aparan Enyan xan son Çin zərbəsinə qalib gələ bilmədi və gecə ilə 9 ən yaxın adamı, həyat yoldaşı Gelu və oğlu Dusi ilə qərbə qaçdı. Sonrakı taleyi, yaxud nə vaxt öldüyü bilinmir. Tarixçilər onu son Uyğur xaqanı hesab edirlər.
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Hnçak
Sosial Demokrat Hnçak partiyası (erm. Սոցիալ Դեմոկրատ Հնչակյան Կուսակցություն) – ilk erməni siyasi partiyalarından biridir. Partiya 1887-ci ildə Cenevrədə təhsil alan Nəzərbəyov qardaşları və bir neçə digər tələbələr tərəfindən yaradılıb. 1888-ci ildə dərc olunmuş proqramda, üsyanlar kütləvi iğtişaşlar və terror yolu ilə, Türkiyənin şərqində erməni dövlətini qurmaq planlaşdırılırdı. Partiyanın üzvləri Osmanlı İmperiyası ilə yanaşı, Qafqazda da aktiv fəaliyyət göstərirdilər. 1903-cü ilin oktyabrın 14 Qnçaq üzvləri Qafqaz canişini knyaz Qolitsinə hücum edir, knyaz ağır yaralansa da sağ qalır, bir qədər sonra isə vəzifəsindən istefa verir. 1904 cü ildə onlar, Bakıdakı erməni fəhlələrini tətilə sövq etmək üçün kommunistlərlə birgə fəaliyyət göstərirdilər. Osmanlı imperiyasında partiyanın üzvləri Sasun və Zeytun üsyanlarında aktiv iştrak edir. 1915 ci ildə, türk əhalisinə qarşı terror planlayan və həyata keçirən, həmçinin Osmanlı dövlətinin düşmanları ilə əlbir olub ona qarşı vuruşmaqda olan, Qnçaq partiyasının 20 nəfər öndə qələn üzvü İstanbulda asılaraq edam edilir. Birinci dünya müharibəsindən və SSRİ nin qurulmasından sonra, partiya yalnız ermənilərin sıx yaşadığı ölkələrdə fəaliyyət göstərir.
Əlçim
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Ançar
Ançar (Antiaris) – tut fəsiləsindən bitki cinsi. Birevli ağac və ya kollardır. Asiyanın, Afrikanın tropik qurşaqlarında və Madaqaskar adasnda 5–6 növü məlumdur. Ən çox yayılan zəhərli ançar (A.toxicaria) növü – həmişəyaşıl ağac olub (hünd. 40 m-ədək), çətiri kiçik və dəyirmidir; yarpaqları yumurtavarı-uzunsovdur. Afrikadan Cənubi Çinədək və Fici adalarında yayılmışdır. Tərkibində zəhərli süd şirəsi vardır. Aborigenlər ondan ox ucluqlarına sürtmək üçün istifadə edirdilər. Uzun müddət ançar həddən artıq zəhərli bitki hesab edilirdi. Tədqiqatlar onun qeyri-adi zəhərliliyə malik olmasının şişirdildiyini göstərmişdir.
EnCase
Encase — sübutların toplanması və analizi üçün ABŞ Maliyyə Nazirliyinin gizli xidməti. FTB və MTA-nin işlərinə yardım üçün yaradılmışdır. Hazırda açıq satışda olan kommersiya alətidir. İnformasiyanın müxtəlif fayl sistemlərində, müxtəlif əməliyyat sistemlərində, informasiya daşıyıcılarının tipindən asılı olmayaraq axtarışını həyata keçirir.
Lencan şəhristanı
Lincan şəhristanı — İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zərrinşəhr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 225,559 nəfər və 58,232 ailədən ibarət idi.