QUDUZLUQ

is.
1. Quduz heyvanın dişləməsi nəticəsində sinir sistemini iflicə uğradan ağır yoluxucu xəstəlik. Quduzluğa qarşı aşı. Quduzluğun yayılmasının qarşısını almaqdan ötrü quduz və avara itləri məhv edirlər.
// Bu xəstəliyə tutulmuş heyvanın və ya adamın halı.
2. məc. Dəlilik, azğınlıq, vəhşilik, zalımlıq.

Синонимы

  • QUDUZLUQ dəlilik — azğınlıq — vəhşilik — zalımlıq
QUDUZLAŞMAQ
QUDUZOTU
OBASTAN VİKİ
Quduzluq
Quduzluq (lat. hydrophobia, lyssa — sudanqorxma) — ağır ensefalitin inkişafı ilə xarakterizə olunan zoonoz virus neyroinfeksiyası. Vaxtında müalicə olunmazsa insan üçün ölümcül təhlükəlidir. Virus adətən it və ya yarasa kimi yoluxmuş heyvanın dişləməsi və ya cızması ilə yayılır. Simptomlar həftələr, hətta aylar sonra özünü göstərə bilər. == Tarixi məlumat == Hələ qədim dövrlərdən itlərdə bu xəstəlik məlum olmuşdur. Eramızdan əvvəl IV əsrdə Aristotel insanlarda quduzluğu xəstə itlərin dişləməsi ilə əlaqələndirmişdir. İnsanlarda xəstəliyin ilkin əlaməti olan sudan qorxma halını ilk dəfə eramızdan əvvəl I əsrdə K. Sels müəyyən etmişdir. Quduzluq müfəssəl elmi surətdə Lui Paster tərəfindən öyrənilmişdir. O, törədicinin virus olduğunu və onunmərkəzi sinir sistemində lokallaşmasını göstərmiş, heyvanlar üzərində apardığı tədqiqatlar nəticəsində quduzluq virusunu almağa müvəffəq olmuşdur.
Quduzluqla Mübarizə aparın (1953)
Quduzluqla mübarizə aparın (film, 1953)

Значение слова в других словарях