QULAMMİRZƏ
QULAMYAR
OBASTAN VİKİ
Qulamrza Ağazadə
Qulamrza Ağazadə (fars. غلامرضا آقازاده‎; 15 mart 1949, Xoy, Qərbi Azərbaycan ostanı) — İran siyasətçisi, İran Nüvə Enerjisi Təşkilatının rəisi. == Həyatı == Qulamrza Ağazadə 15 mart 1949-cu ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olub.Tehran universitetinin riyaziyyat fakültəsini bitirib. Qulamrza Ağazadə 1979-cu ildən sonra Tehranda dərc olunan "İslam respublikası" qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qulamrza Ağazadə 1985-1997-ci illərdə İranın neft naziri işləyib.
Qulamrza Həsəni
Ayatollah Qulamrza Həsəni (fars. غلامرضا حسنی‎; 30 avqust 1928, Urmiya – 21 may 2018) — Şiə İslam teoloqu. Sərt İslamın nümayəndəsi hesab olunur. Daha çox Urmiya şəhərində apardığı namaz və şəriət prinsiplərinə görə şöhrəti qazanmışdır. == Həyatı == 1928-cı ilin avqust ayının 30-da Iranın Urmiya şəhərində dünyaya gələn Qulamrza Həsəni hələ ondörd yaşında ikən atasını itirmiş və onun təhsili ilə anası məşğul olmuşdur. Balaca Həsəni hələ onbeş yaşına çatmamış Quranı əzbərləmişdi. Urmiya'də İslam dini dərslərini 250 tələbə arasında ən yaxşı birinci şagird bitirmişdir. Qulmriza Həsəni həyatının ilk illərindən çoxlu çətinliklərin, siyasi təzyiqlərin şahidi olmuşdur. Cihadçı Alimləri Hərəkətinin rəhbərlik etdiyi Ruhullah Musəvi Xomeyni təşkilatına üzv olması onun dəfələrlə həbsə düşməsinə səbəb oldu. Həsəni 1979-cu ildə Cümə namazı Imam oldu və bu vəzifədə 2014-nci ilə qədər qaldı.
Qulamrza Təxti
Qulamrza Təxti (27 avqust 1930, Tehran, Pəhləvilər İranı[d] – 7 yanvar 1968, Tehran, Pəhləvilər İranı[d]) — olimpiya oyunları çempionu (Melbrun, 1956), ikiqat dünya çempionu (Tehran, 1959 və İokoqama 1961), Asiya yay oyunları çempionu (Tokio, 1958). == Həyatı == Qulamrza Təxti 1930-cu ilin 27 avqustunda Tehranda kasıb bir ailədə anadan olmuşdur. Əsli azərbaycanlılardan olan ailə, Tehranın, əsasən, azərbaycanlılar məskunlaşan bir məhəlləsində yaşamışdır. Böyük maddi ehtiyaclar içərisində yaşadıqları üçün Qulamrza yalnız 9-cu sinfə qədər oxuyub, natamam təhsil alaraq, atasına kömək etmək məqsədi ilə işləməyə başlamışdır. 1950-ci ildə o, özünün ilk uğurunu əldə edib, tanınmış pəhləvanlara qalib gələrək, ölkə çempionu adını qazanır. r1968-ci il yanvarın 7-də onu mehmanxana otağında ölmüş halda tapmışdılar. Qulamrza Təxti Tehranın cənubunda Şəhri Rey qəbirstanında qohumlarının məzarının yanında torpağa tapşırılmışdır. İran xalqı arasında böyük hörmət qazanmış Təxtinin şübhəli ölümündə Pəhləvi rejiminin əli olduğu ehtimal edilir. == Uğurları == 1951-ci il. Helsinki.
Qulamrza Əzhəri
Qulamrza Əzhəri (18 fevral 1912, Şiraz – 5 noyabr 2001) — İranın baş naziri və generalı. == Həyatı == Qulamrza Əzhəri Şah dönəminə bərabər 6 noyabr 1978-ci il ilə 4 dekabr 1979-ci il tarixləri arasında baş nazir olmuşdu.
Qulamrza Səbri Təbrizi
Qulamrza Hacı Məhəmmədəli oğlu Səbri Təbrizi (21 mart 1934, Təbriz – 8 may 2020, Bakı) — Azərbaycan əsilli şair, filosof, ədəbiyyatşünas və tərcüməçi, fəlsəfə elmləri doktoru (1969), professor (1994), Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü. == Həyatı == Qulamrza Səbri Təbrizi 1934-cü il martın 21-də İranın Təbriz şəhərinin Şəkili məhəlləsində anadan olmuşdur. Atası Hacı Məhəmmədəli xalça fabrikinin sahibi idi. Burada 1940-1944-cü illərdə ibtidai dini məktəbi, sonra 1944-1953-cü illərdə Məhəmmədiyyə, Nizami və Firdovsi mədrəsələrini bitirmişdir. O, 1953-1958-ci illərdə Təbriz Universitetinin Fars, ingilis dili və pedaqogika fakültəsində təhsilini davam etdirmişdir. Qulamrza Səbri Təbrizi tələbəlik illərində orta məktəblərdə müəllim kimi fəaliyyət göstərməklə yanaşı, 1956-1958-ci illərdə Amerikanın İrandakı hərbi idarəsində tərcüməçi olaraq çalışmışdır. 1958-ci ildə İstanbul şəhərində Bayazid Universitetinin İngilis dili və ədəbiyyatı fakültəsində magistr qəbul olmuş, lakin ölkədəki mürəkkəb durumla bağlı təhsilini yarımçıq qoyub Təbrizə qayıtmışdır. Daha sonra 1959-1963-cü illərdə isə London Universitetinin Kinqs kollecində magistr təhsili almışdır. == Fəaliyyəti == Qulamrza Səbri Təbrizi 1960-1963-cü illərdə London BBC radiostansiyasında Şərq və Orta Asiya üzrə ədəbi və siyasi icmalçı, həm də "Nəzər saatı"nın aparıcısı kimi fəaliyyət göstərmişdir. Təbrizi 1963-1969-cı illərdə Edinburq Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinə doktoranturaya daxil olmuş, "Vilyam Bleykin dialektik fikirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır.
добро́ бы животвори́ть отшлифо́вываться перели́вный перетра́вливаться транспортиро́вка уда́рные ветеро́к зеленова́тость карни́з ломо́та младе́нчество несконча́емость отпуга́ть сурдопедаго́гика чароде́йственный black fly helmet-crest redcurrant satchel Scotchman vendor delivery websaw доброта о