Qumlaq (Oğuz)
Qumlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Qumlaq Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Hətta belə ehtimal olunur ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsli şairin şeirlərindən məlum olduğu kimi məhz həmin Qumlaq (QUM) kəndindəndir. Qumlaq lap qədim zamanlardan əvvəl Qum adı ilə tanınarmış və Əlican çayının sahillərində yerləşərmiş. Çayın sahilləri də daim qumluq olduğundan buraya Qum, Qumluq, Qumlaq adları verilmişdir. Lakin təbii fəlakət nəticəsində Əlican çayının dəfələrlə daşması və ətrafı su basması əlaqədar ilə əhali zaman-zaman Əlican çayının sahillərindən bir qədər kənar yerlərə köçərək özlərinə yeni yaşayış məskənləri salmışlar. Hətta,Qumlaq kəndinin qədim yaşayış məskəninin adına yerli əhalinin dilində "Qumlu Örənələr" deyilir.
“Qumlaq” toponimi türk-qıpcaq məşəli qumuq xalqının adı ilə bağlıdır, onun “qumlu yer, qumlu torpaq” yozulması yanlışlıqdır. “Qumlaq”da “qum” – (kum, qom) – “birlik, qüvvətlilik” (“hun” sözündə olduğu kimi), “aq” isə–“çoxluq”, ya da “yer, məkan” (yat-aq, bat-aq, ot-l-aq, çay-l-aq) bildirir. Deməli, “Qumlaq” – “g ü c l ü l ə r, q ü v v ə t l i l ə r ”, yaxud, “ b i r l i k d ə o l a n l a r ” anlamındadır.