QUYRUQSUZ


1. sif. Quyruğu olmayan, quyruğu kəsik; lümək. Quyruqsuz inək. Quyruqsuz tula. Quyruqsuz xoruz. Quyruqsuz kərtənkələ.
2. is. Cəm şəklində: quyruqsuzlar zool. – böyüdükdə öz quyruğunu itirən suda-quruda yaşayan heyvanlar dəstəsi.
Su və quru qurbağaları suda-quruda yaşayanların quyruqsuzlar qrupuna aiddirlər. Zoologiya”.

Синонимы

  • QUYRUQSUZ lümək
QUYRUQLU
QUYU
OBASTAN VİKİ
Quyruqsuz tinamu
Quyruqsuz tinamu (lat. Nothura) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinə aid heyvan cinsi.
Kiçik quyruqsuz tinamu
Kiçik quyruqsuz tinamu (lat. Nothura minor) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin quyruqsuz tinamu cinsinə aid heyvan növü.
Quyruqsuzlar
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.

Значение слова в других словарях