Qvineya-Bisau Respublikası
Qvineya-Bisau — Afrikanın qərbində, Atlantik okeanı sahilində dövlət. Ölkə şimaldan Seneqal , şərqdən və cənub-şərqdən isə Qvineya ilə həmsərhəddir.
XV əsrdə portuqal səyyahı Nunu Triştanın başçılıq etdiyi ekspedisiya tərəfindən kəşf olunmuşdur.
1973-cü ildə Portuqaliyadan müstəqilliyini elan etmişdir.
Paytaxtı Bisau şəhəridir- 473 min sakin (2014-cü il).
Qvineya-Bisau gənc əhaliyə sahib olub, 2015 təxmini məlumatlarına görə əhalinin 59,45%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3,4%-i 65 yaş və yuxarıdır.
0-14 yaş: 39.28% (kişi 344,976 / qadın 346,102)
15-24 yaş: 20.17% (kişi 176,050 / qadın 178,842)
25-54 yaş: 32.53% (kişi 285,258 / qadın 286,955)
55-64 yaş: 4.62% (kişi 31,030 / qadın 50,215)
65 yaş və üzəri: 3.4% (kişi 22,121 / qadın 37,610)
Şəhərdə yaşayanların nisbəti 2015-ci ilin məlumatlarına görə 49,3% olan ölkədə, əhalinin illik artım nisbəti 2016-cı ilin təxmini məlumatlarına görə 1,88% səviyyəsindədir.
Əhalinin 99% -i Afrika mənşəli olub, Avropa mənşəlilər ölkə daxilində mövcudluğu 1% nisbətindədir. Ölkə daxilində fərqli dil, mədəniyyət və ictimai quruluşa sahib 25 ədəd etnik qrup yaşayır.