Ekvatorial Qvineya Respublikası

Ekvatorial QvineyaAfrikada dövlət. Mərkəzi Afrikada yerləşən və Atlantik Okeanına çıxışı olan Afrikanın ən kiçik ölkələrindən biridir. Ərazisi materik hissəsindən və beş adadan ibarətdir. Ölkənin materikde yeləşən hissəsi Mbini adlandırılır və bu hissəsi ilə şimaldan Kamerun, şərqdən və cənubdan Qabon ilə həmsərhəddir və qərb sərhədlərini Atlantik Okeanının suları yuyur. Ölkənin paytaxtı Malabo adaların ən böyüyü olan Biokoda yerləşir. Adına baxmayaraq, Ekvatorial Qvineyanın heç bir hissəsi ekvator xətti ilə kəsişmir. Bununla belə, onun ikinci böyük adası olan Annobon adası ekvatordan 155 km (96 mil) cənubda, ölkənin qalan hissəsi isə şimalda yerləşir.[4]

Ekvatorial Qvineya
República de Guinea Ecuatorial
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
Unidad, Paz, Justicia   (isp.)
Unité, Paix, Justice   (fr.)
Unidade, Paz, Justiça   (por.)
Unity, Peace, Justice
Birlik, Sülh, Ədalət (Azərbaycanca)
Tarixi
 • İspaniyadan 12 oktyabr 1968
Rəsmi dilləri
Paytaxt Malabo-145 min (2014-cü il)
İdarəetmə forması Parlamentli respublika
Prezident Teodoro Obianq Nqema Mbasoqo[3.VIII.1979 ~]
Baş Nazir Fransisko Paskual Obama Asue[ 23.V.2016~ ]
Sahəsi Dünyada 144-cü
 • Ümumi 28050 km²
Əhalisi
 • Əhali 1 222 442 nəfər (165-ci)
 • Siyahıyaalma (1994) 406 151 nəf.
 • Sıxlıq 26 nəf./km²
ÜDM (AQP)
 • Ümumi 31 769 milyard dollar
 • Adambaşına 38 699 dollar
ÜDM (nominal)
 • Ümumi (2016) 11 638 dollar
 • Adambaşına 14,176 dollar
İİİ (2014) 0.587
İnternet domeni .gq
ISO kodu GQ
BOK kodu GEQ
Telefon kodu +240
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d][3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Ekvatorial Qvineya
Ekvatorial Qvineya vilayətləri

Afrika qitəsinin ən kiçik ölkələrindən biri olaraq ölkə 28.051 km²-lik bir sahəyə malikdir. Bu sahədən 26.000 km²-i materikdə olduğu halda, geri qalan sahəsini adaları təşkil edir. Adalar içərisində də Bioko 2017 km² ilə ən böyük adasıdır. Mbini materik sahildən başlayaraq içərilərə doğru 1.200 m-ə qədər çıxan yüksəkliklerə çatır.

Ölkənin 296 km-lik bir sahil xətti olub, digər ölkələrlə olan quru sərhədinin cəmi, 350 km-i Qabon, 189 km-i də Kamerun ilə olmaq şəri ilə 539 km-dir.

Ekvatorial Qvineya Afrika qitəsində olan ölkələr içində bir etnik qrupun ümumi əhalinin böyük əksəriyyətini bu qədər çox həddə təşkil etdiyi nadir ölkələrdən biridir. Ölkədə Fang etnik qrupun 85,7% ilə əhalinin dörddə üçündən daha çoxunu təşkil edir. Fanglardan başqa ölkədəki 2 etnik qrup bubilərdir. Bioko adasında içərilərə irəlilədikcə ucqar dağ kəndlərində yaşayan Bantu qrupuna daxil olan Bubilər ölkə əhalisinin 6,5%-ni təşkil edir. Hazırda bu bölgələrdə də Fangların çoxalması ilə nisbətləri gün keçdikcə düşən Bubilər, bir dövrlər ölkənin 20%-ni təşkil edirdilər. Xüsusilə ölkəni diktator rejimi ilə idarə edən Francisco Macias Nguemas dövründə Bubilər etnik mənsubiyyətlərinə görə rastlaşdıqları çətinliklər səbəbi ilə başqa ölkələrə köç ediblər.

Ölkənin ümumi əhalisi haqqında dəqiq bir məlumat mövcud deyil. Ölkənin hökuməti rəsmi saytlarında əhalisi 1.622.000 nəfər (2010 məlumatları) olaraq açıqladığı halda, Dünya Bankı 720.000 adam (2011 məlumatları), Almaniya Xarici İşlər Nazirliyi rəsmi internet saytı 693.000 adam (2010 məlumatları) və CIA The World Factbook saytı isə 759.451 adam (İyul 2016-cı ilin təxmini məlumatları) olaraq açıqlamışdır.

Ekvatorial Qvineya gənc əhaliyə sahib olub, 2016-cı ilin təxmini məlumatlarına görə 59,78%-i 0-24 yaş aralığındadır. Ölkənin yalnız 3,98%-i 65 yaş və yuxarıdır.

0-14 yaş: 40.15% (kişi 154,896 / qadın 150,010)
15 -24 Yaş: 19.63% (kişi 75,914 / qadın 73,194)
25 -54 Yaş: 31.94% (kişi 120,999 / qadın 121,587)
55 -64 Yaş: 4.3% (kişi 14,052 / qadın 18,583)
65 Yaş və daha yaşlı: 3.98% (kişi 12,627 / qadın 17,589)

Şəhərdə yaşayanların nisbəti 2015-ci ilin məlumatlarına görə 39,9% olan ölkədə, əhalinin illik artım nisbəti 2016-cı ilin təxmini məlumatlarına görə 2,48% səviyyəsindədir.

İspaniyanın ölkədə müstəmləkə dövründən sonra buraxdığı xüsusiyyətlərindən bir dənəsi də dini olmuşdur. Ekvatorial Qvineya xalqının 87% -i katolik xristian inancına mənsubdur. Əhalinin 5% -i protestant xristian olduğu halda, ölkədə 1.000 ətrafında Yehovanın Şahidləri nə inanan bir qrup var. Yerli dinlərə inananların nisbəti az qala yox deyiləcək qədər az səviyyədədir.

Ekvatorial Qvineya, tam müstəqil bir dövlət statusu daşımaya Səhra Ərəb Demokratik Respublikası ilə birlikdə Afrika qitəsində rəsmi dili İspan olan iki ölkədən biridir. Ölkənin əksəriyyəti tərəfindən bu dildə danışılmasa da, ölkədə təhsil İspan dilindədir.

Ölkədə əhalinin 80% -i Bantu qrupuna daxil Fang dilini danışsa da, ölkənin konstitusiyada da ifadə edildiyi kimi rəsmi dili İspanca (Ekvador Qvineya İspanyolcası) və Fransızca olaraq göstərilmişdir. Ölkə 2006-ci ildən bu yana Portuqal Danışan Ölkələr Birliyidə müşahidəçi statusuna malikdir. Bu vəziyyətdən ötəri və həmçinin ölkəsinin bu birliyə tam üzv ola bilməsi adına 2010-ci ildə Ekvatorial Qvineya dövlət başçısı Portuqal dilini də ölkəsinin rəsmi dillərindən biri olaraq görmək istədiyini açıqlamış ancaq 2012-ci ilə qədər mövzu ilə əlaqədar ciddi addımlar atılmamışdır. Ölkə bu istiqamətdə addımları atmamasına baxmayaraq 2012-ci ildə birliyə tam üzv ola bilmək üçün müraciət etmiş, ancaq Portuqalcanın rəsmi dil olmaması və insan hüquqları ilə demokratiyada irəliləyişlər olmadığı üçün üzvlük müraciəti qəbul edilməmişdir.

Ölkədə rəsmi dillərdən başqa 14 fərqli yerli dildə də danışılır.

Ölkə 1997-ci ildən bu yana Frankofon Dövlətlər Birliyi üzvüdür.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Ölkə iqtisadiyyatı müstəqillikdən əvvəl kakao bitkisindən asılı idi. Belə ki, ölkə 1959-cu ildə Afrikada adam başına ən çox ÜDM düşən ölkə oldu. 1996-cı ildə neft yataqlarının kəşf edilməsi ölkə gəlirlərini daha da artırdı. 2004-cü ildən etibarən Ekvatorial Qvineya Mərkəzi Afrika ölkələri arasında üçüncü böyük neft ölkəsinə çevrildi. Gundəlik neft hasilatı - 290 min barreldir (2013-cü ilin təxminatı).

Əhalinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Əsasən müxtəlif meyvə, tərəvəz və taxıl istehsal edirlər. İqtisadiyyatın inkişafında Fernando Po bölgəsi xüsusi yer tutur. 1980-ci illərdə burada illik kakao istehsalı 50.000 ton idi. Rio Munidə ildə 2700 ton kakao istehsal edilir. İxracın əsasını kakao təşkil edir. Xarici ticarətin 75% İspaniya ilə əlaqəlidir. İspaniya Ekvatorial Qvineya kakaosuna dünya bazarlarındakı qiymətin iki qatını ödəyir və daha az gömrük vergisi tətbiq edir.

İstiqlaliyyət qazandıqdan bir qədər sonra iqtisadi böhran baş verdi. Bu vəziyyət xarici ticarəti ləngidərək, ticarət balansını pozdu. 1969-cu ildə ispanlar ölkəni tərk etdikdən sonra iqtisadi vəziyyət daha da gərginləşdi. 1969-cu ilin mayında İspaniya ilə müqavilələr bağlanması nəticəsində böhran bir qədər zəiflədi. İspaniya 6 milyon dollarlıq vəsait ayırdı. Qvineya Milli Bankının açılmasına köməklik göstərdi. Bundan başqa BMT və başqa Afrika ölkələrindən, xüsusilə Kamerundan maddi dəstək alaraq iqtisadiyyatını dirçəltdi. Lakin bütün bunlara baxmayaraq Ekvatorial Qvineyanın iqtisadi problemləri həll olunmadı. Varlı əhali Fernando Po-da yaşamağa başladı və hazırda da əhalinin üçdə iki Rio Muni-də yoxsul olaraq yaşamaqdadır

  1. 1 2 https://data.iana.org/time-zones/tzdb-2021e/africa.
  2. 1 2 3 http://www.guineaecuatorialpress.com/noticia.php?id=5434.
  3. http://chartsbin.com/view/edr.
  4. "Equator". en.wikipedia.org (ingilis). 2022-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.