1. Qırmızı rəngdə olan şeyin halı; allıq. Qanın qırmızılığı. Üzün qırmızılığı.
// Qırmızı rəng, qırmızı ləkə, qızartı. Boğazında qırmızılıq var. Yara yerinin qırmızılığı getdi.
– [Rzaqulu xanın] çöhrəsi qayət solğun isə də, yanaqlarında sarıntı ilə qarışıq bir qırmızılıq qalmışdı.
[Qadının] qarabuğdayı üzündə bir dirilik, yanaqlarında … bir qırmızılıq, gözlərində bir dərinlik mövcud idi.
2. məc. Həyasızlıq, utanmazlıq.