qırıcı
qırıcı-kəşfiyyatçı
OBASTAN VİKİ
Qırıcı-bombardmançı təyyarə
Qırıcı-bombardmançı təyyarə, birinci olaraq bir yüngül bombardmançı və ya hücum təyyarəsi olaraq istifadə edilən qırıcıdır. Qırıcı-bombardmançı təyyarələr, bombardmançı və hücum təyyarələrindən başda kök olaraq fərqli olub digər vəzifələr üçün yaradılmış qırıcı təyyarələrdirlər, bombardmançı və hücum təyyarələri isə bombardman və hücum rolları üçün xüsusi olaraq hazırlanmış təyyarələrdirlər. Hələ də, istifadə edilsələr də, qırıcı-bombardmançı termini raketlərin və başlıqlı raketlərin hava döyüşlərinə girməsi ilə daha az önəm daşımağa başlamışdırlar. Oxşar vəzifələri olan təyyarələrə, ümumi olaraq çoxfunksiyalı təyyarələr və ya hücum təyyarəsi deyilir.
Bombardmançı
Bombardmançı — bomba və raket silahları vasitəsi ilə yerüstü, yeraltı, suüstü, sualtı obyektləri vurmaq üçün nəzərdə tutulan hərbi təyyarə.
Qırıcı
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
2037 Bombardmançı
2037 Bombardmançı(ing. 2037 Bomber) — Amerika Hərbi Hava Qüvvələri tərəfindən planlaşdırılan ağır strateji bombardmançı təyyarəyə verilən qeyri-rəsmi addır.
Şığıyıcı bombardmançı
Qırıcı təyyarə
Qırıcı — hərbi təyyarədir, əsasən hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Yüksək manevrli sürətlidir. Hava hədəflərini vurmaqla yanaşı, həm də bombardmançıları və mülki aviasiyanı müşayiət etmək, yerdəki obyektləri düşmənin aviasiyasından qorumaq və nadir hallarda yerdəki və sudakı obyektləri vurmaq üçün nəzərdə tutulub. Qırıcılar müdafiə silah növünə aid olunur. Amma müasir dövrümüzdə qırıcı təyyarələr müasirləşdikcə onların rolu konflikt zonalarında artır və bu çərçivədən çıxır. Onlar həm qırıcı, həm də bombardman təyyarələrinin xüsusiyyətlərini özlərində cəmləşdirir. Bəzi fərziyyələrə görə qırıcılar gələcəkdə pilotsuz təyyarələr ilə əvəz oluna bilər. Artıq belə təyyarələr yerdəki obyektləri vurmaqda uğurla istifadə olunur. Bu insan itkisinin sayını azalda, təyyarələri daha yüngül və ucuz edə bilər. == Təsnifat == Сəbhə qırıcısı - düşmənin aviasiyasını manevrli hava döyüşündə sıradan çıxardıb, havada üstünlüyü ələ keçirtmək üçün nəzərdə tutulub.
Çoxməqsədli qırıcı
Çoxməqsədli qırıcı — müharibə zamanı fərqli məqsədlər üçün istifadə edilən döyüş təyyarələri. Bu cür qırıcılar havadan kəşfiyyat, hava sahəsinə nəzarət və radioelektron mübarizə, bombardman, yaxın hava dəstəyi kimi tapşırıqları yerinə yetirirlər.
Strateji bombardmançı təyyarə
Strateji bombardmançı təyyarə — düşmənin strateji əhəmiyyətli obyektlərini bombalamaq və ya raket zərbələri endirmək məqsədilə aviasiya silahlarının (aviabombalar, qanadlı və ballistik raketlər), o cümlədən nüvə silahlarının daşınması üçün nəzərdə tutulmuş hərbi təyyarədir. Düşmənin mobil və stasionar texnikasının, həmçinin taktiki bazalarının məhv edilməsi üçün nəzərdə tutulmuş taktiki bombardmançılardan fərqli olaraq, strateji bombardmançı təyyarələr aşağıdakı xüsusiyyətlərə malik olur: qitələrarası üçün məsafəsi və daha böyük partlayıcı gücə malik hərbi yük; Ekipajın uzun məsafəli uçuşlar zamanı əmək qabiliyyətinin saxlanması məqsədilə daha komportlu şəraitin mövcud olması Taktiki bombardmaçılardan fərqli olaraq strateji bombardmançı təyyarələr daha universal və daha bahalıdır. Strateji bombardmançı təyyarələr müxtəlif qitələrdə düşmənə məxsus zavodları, elektrik stansiyalarını, maqistral yolları, körpüləri, su bəndlərini, vacib kənd təsərrüfatı və hərbi obyektləri və bütövlükdə şəhərləri məhv etməyə imkan verir. Hal-hazırda yalnız ABŞ, Rusiya və Çin bu cür döyüş təyyarələrinə malikdirlər. == Terminin istifadə olunması dairəsi == Bombardmançılar o zaman strateji adlandırılır ki, həmin təyyarələr qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik olmalı və nüvə silahı daşımağa imkan verməlidir. Məsələn, Tu -22M, Tu-16 və B-47 nüvə silahı daşımağa imkan versə də, qitələr arası uçuşu həyata keçirə bilmirlər. Buna görə də, həmin təyyarələri adətən uzunmənzilli bombardmançı adlandırırlar. Əslində uzunmənzilli bombardmançı terminin istifdadə edilməsi bu cür tətbiq edilməsi dəqiq yanaşma deyil. Belə ki, bu cür təyyarələr qitələr arası uçuş məsafəsinə malik olmasalar da, texniki cəhətdən strateji bombardmançı təyyarələrdirlər. Yəni "qitələrarası" və "uzunmənzilli" təyyarələr strateji bombardmançı təyyarələrin iki növüdür.
Beşinci nəsil qırıcı
Beşinci nəsil qırıcı — 2016-cı il üçün ən qabaqcıl qırıcıların aid edildiyi qırıcı təsnifatıdır. Bu nəsilə aid edilən qırıcıların dördüncü nəsil qırıcılardan bir sıra üstün cəhəti var. Bir qırıcının beşinci nəsilə aid edilməsi üçün onun malik olmalı olduğu göstəricilərin siyahısı hələ ki,tam və dəqiq müəyyən olunmayıb. Bu səbəbdən hal-hazırda mövcud olan qırıcıların beşinci nəsilə aid edilib edilməməsi ilə bağlı mübahisələr yaranır. Beşinci nəsil qırıcıların üzərində düşünməyə hələ 1970-ci illərdə, hələ Su-27, MiQ-29, F-14, F-15 kimi dördüncü nəsil qırıcıların yenicə yaradıldığı dövrlərdə, ABŞ və SSRİ-də başlanılmışdı. Hal-hazırda silahlanmaya alınan beşinci nəsil qırıcılar bunlardır: F-22 (2005-ci ildə) və F-35B (2015). F-35-in A və C növlərinin, həmçinin PAK FA, HAL AMCA, Sukhoi/HAL FGFA, TAI-TFX, Chengdu J-20 və J-31 qırıcılarının üzərində işlər getməkdədir. == Beşinci nəsil qırıcıya olan tələbatlar == Beşinci nəsil qırıcıların əsas göstəriciləri: Radiolokasiyanın və İnfraqırmızı şüalanma dalğalarının köməyi ilə təyyarəni müəyyən etmək mühüm dərəcədə çətinləşir. Təyyarənin sensorları yüksək gizlilik və passiv iş rejiminə keçir. Çoxfunksiyalılıq.
586-cı qırıcı aviasiya alayı
586-cı qırıcı aviasiya alayı — İkinci Dünya müharibəsinin başlanğıcında Marina Raskova İosif Stalini qadınlardan ibarət aviasiya alaylara yaratmağa razı saldıqdan sonra əsası qoyulan üç sovet qadın aviasiya alayından biri. Alay əvvəlcə Yak-1 təyyarələri ilə təchiz edilmiş, 1943-cü ildə isə Yak-7 və Yak-9 təyyarələrini əldə etmişdir. Alayın bütövlükdə qadınlardan ibarət olması nəzərdə tutulsa da, alay komandiri Tamara Kazarinova 1942-ci ilin oktyabrında başqa bir hissəyə köçürüldükdən sonra onun yerinə Aleksandr Qridnev gətirilir. Alayın üzvlərindən Lidiya Litvyak və Yekaterina Budanova ölümündən sonra müvafiq olaraq Sovet İttifaqı Qəhrəmanı və Rusiya Federasiyası Qəhrəmanı adlarına layiq görülmüşdürlər. == Tarixi == Alay SSRİ Xalq Müdafiə Komissarlığının 08.10.41-ci il tarixli 0099 saylı “Qırmızı Ordu Hərbi Hava Qüvvələrinin qadın aviasiya alaylarının formalaşdırılması haqqında” əmri ilə yaradılmışdır. Alaya Marina Raskova rəhbərlik edirdi. 9 dekabr 1941-ci ildə 586-cı alaya təyin edilmiş iyirmi beş pilot Yak-1 qırıcısında imtahanlardan keçdi. Pilot Yevgeniya Proxorova 1941-ci ilin dekabrından 1942-ci ilin martına qədər 586-cı alayın komandiri vəzifəsində çalışmışdır. Rəsmi mənbələrə görə Tamara Kazarinova alaya yalnız 23 fevral 1942-ci ildə gəlmişdir. Alayın ilk vəzifəsi 23 fevral 1942-ci ildə Saratovda Volqa üzərindəki dəmir yolu körpüsünün müdafiəsi olur.
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu
326-cı Ağır Bombardmançı Aviasiya Divizionu — Rusiyanın Uzaqməsafəli Aviasiya Bölməsi idi. Ən son vaxtlar bu Ali Komandanlığının 37-ci Hava Ordusu daxil edilmişdir. O, 23 İyunun 1944-də əvvəlcədən formalaşmış Moskva Vilayətində 10 Oktyabr 1943 Yegoryevsk-də formalaşmış.326-cı Gecə Bombardmançı Aviasiya Divizionu kimi, bu 326-cı Bombardmançı Aviasiya Diviziyasının adı dəyişdirilib.
Qırıcı təyyarələr üçün NATO kod adları siyahısı
SSRİ və Çin istehsalı olan qırıcı təyyarələr üçün NATO kod adları