1. Yerbəyer olmaq, yerləşmək, qərar tapmaq, sakin olmaq. Təzə mənzildə qərarlaşmaq.
// Müəyyənləşmək, sabitləşmək.
2. Biri ilə bir şey haqqında sözləşmək, bir rəyə, fikrə gəlmək, bir qərara gəlmək.
Mahru ilə razılaşdıq, qərarlaşdıq.
Mirzəcanın yeganə bir çarəsi vardısa, o da yeni qayda ilə iş görmək idi, yəni Cəmilənin özü ilə danışıb qərarlaşmalı idi.
Onlar səhər saat beşdə yola düşməyi qərarlaşıb ayrıldılar.