QƏZƏLİYYAT

is. [ ər. ] köhn.
1. Qəzəllər; qəzəllər məcmuəsi. Füzulinin, Seyid Əzimin qəzəliyyatı.
– Orta Asiya Şərqə qəzəliyyat və fəlsəfə cəhətcə bir çox böyük şəxslər vermişdir. Ə.Haqverdiyev.

2. məc. Boş söhbətlər.
QƏZƏLXAN
QƏZƏLLƏMƏK
OBASTAN VİKİ
Qəzəliyyat
Qəzəliyyat – Seyid Yəhya Bakuvinin qəzəllərinin toplusu. Seyid Yəhya Bakuvinin Qəzəliyyat adı altında birləşdirilən qəzəllərində ilahi eşq mövzusu qabardılır. Bu əsərdə dərmanı olmayan bir bəla olan eşqin əslində Allahın sevdiyi qullarına lütfü olması motivi aparıcı mövqedədir. Memet Rıhtımın yazdığına görə, farsca olan 15 qəzəlin bir qismi Bakı nüsxəsində də verilmişdir. Nuruosmaniyyə kitabxanasında olan məcmuədə isə bu qəzəllərin bir qismi Əşar adı altında verilmişdir.

Значение слова в других словарях