rəhbərlikedici 2021
rəhm
OBASTAN VİKİ
Rəhilə
Rəhilə (ivritcə רחל) — Əhdi-Ətiqdə Yaqubun arvadı, Yusifin və Binyaminin anası. Tövrata görə, Efratada (indiki Bet-Lexem) rəhmətə getmiş və dəfn olunmuşdur. Müqəddəs Kitab (Əhdi-Ətiq və Əhdi-Cədid). Müqəddəs Kitab şirkəti. Bakı, 2009.
Rəhilə Bəndəliyeva
Rəhilə Möhbalı qızı Bəndəliyeva (4 may 1958, Kurud, Qafan rayonu) — tanımış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti (2007). 1958 il müəllimin ailəsində, Ermənistan SSR Qafan rayonundakı Kurud kəndində anadan olub. 1970 ildə ailə ilə Bakıya köçüb. 1977 ildə Asəf Zeynallı adına musiqi texnikumun müğam şöbəsini qurtarıb. 1977 ilin oktyabrın 4-dən bugünədək "Lalə" qızlar ansamblının solistidir, 1978-ci ildən isə Azərbaycan Dövlət Filarmoniasının solistidir. Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 17 oktyabr 2007, Rəhilə Bəndəliyeva "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adla təltif olunub. 1982-ci ildə ailə qurub, iki uşağı var.
Rəhilə Cabbarova
Rəhilə Muxtar qızı Cabbarova (24 noyabr 1922, Tiflis – 1 dekabr 2002, Bakı) — Azərbaycan müğənnisi (messo-soprano), vokalçı-aktrisa, pedaqoq, Azərbaycan SSR əməkdar artist (1958). Rəhilə Muxtar qızı Cabbarova 24 noyabr 1922-ci ildə Tiflisdə anadan olmuş və buradakı 1 saylı musiqi məktəbində oxumuşdur. Müharibə illərində — 1941–1945-ci illərdə Tiflis şəhərindəki hərbi hospitalda işləmişdir. 1945–1947-ci illərdə Tiflis Xalq Yaradıcılığı evində təlimatçı olmuş və az sonra Gürcüstan Dövlət Mahnı və Rəqs ansamblına solist götürülmüşdür. 1947-ci ildə ailəsi ilə Bakıya köçmüşdür. Rəhilə Cabbarova Üzeyir Hacıbəyovun tövsiyəsi ilə Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq şöbəsinə daxil olmuş və 1949–1954-cü illərdə vokal şöbəsində oxumuşdur. Üçüncü kurs tələbəsi olarkən Şövkət Məmmədovanın təklifi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist götürülmüşdür. İlk dəfə səhnəyə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında xanəndə qız rolunda çıxan Rəhilə Cabbarova uzun müddət bu rolun ifaçısı kimi tanınmışdır. Onun ilk böyük rolu isə Fikrət Əmirovun "Sevil" operası səhnələşdirilərkən canlandırdığı Gülüş obrazı olmuşdur. Bunun ardınca aktisanın bir sıra əhəmiyyətli rolları olmuşdur.
Rəhilə Hacıbababəyova
Rəhilə Hacıbababəyova (1882, Tiflis – 1954, Bakı) — Bakıda ali-ibtidai qız məktəbinin yaradılmasının (1914) təşəbbüsçüsü və müdiri, görkəmli pedaqoq. Rəhilə xanım İbrahim bəy qızı Hacıbabəyova (Hacıbababəyzadə) –1882-ci ilin avqustunda Tiflisdə anadan olub . Burada Müqəddəs Nina məktəbini bitirib. 1902-ci ildə Bakıdakı İsgəndəriyyə Qadın Müsəlman Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1910-cu ildə Hacıbababəyovanın təşəbbüsü ilə azərbaycanlı qızlar üçün iki illik məktəb açıldı. 1914-cü ildə ibtidai məktəbə çevrildi. Rəhilə Hacıbababəyova bu məktəbin direktoru idi. 1925-ci ildə Hacıbabəyova Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü olmuşdur. 1927-ci ildə Rahil Hacıbabəyova 5-ci Ümumittifaq Sovetlər Sovetləri və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi seçildi. Rahil Hacıbabəyova 1954-cü ildə Bakıda vəfat etdi.
Rəhilə Həsənova
Rəhilə Həsənova — bəstəkar. Balet Kos-kosa balet-pantomima Opera "Mahnılı nağıllar" uşaq Operası (1996) — libretto müəllifindir "Cavidi dəstgah" xor operası (2000–2001) — qiraətçi, xor, solistlər və 5 zərb aləti üçün Simfonik əsərlər Simli kvartet, tenor və bas üçün "Dərviş" (1992); Simli, nəfəsli, vokal kvartetlər və piano üçün "Mərsiyə" (1993); 15 alət üçün "Səma" (19194); Simfonik orkestr üçün "Gecə" (1997); Digər instrumental əsərlər Piano üçün: sonata (1990); "A la meyxana" fantaziyası (1996); "Jasmin ləçəkləri" 7 miniatür (1998); 2 piano və 2 saksofon üçün "Dəniz" (1998); Kontrabas üçün solo-sonata (1990); Orqan üçün "Qəsidə" simfoniyası (1991); "Səhra" fantaziyası (1997); Klarnet üçün solo-sonata (1994); Gitara üçün solo-sonata (1995); 3 saylı simli Kvartet (1995); 9 müxtəlif alət üçün "Pirəbədil" (1996); Fleyta üçün solo-sonata (1997); 4 fleyta və zərb alətləri üçün Mərasim-"Maral oyunu" (1999); 8 violonçel və 4 kontrabas üçün "Müğfil" (2001). "Maral" teatr tamaşasına musiqi /H.Cavidin əsəri əsasında/ (1999); Məqalələr Kak na pervom uroke /Q.Qarayev/. "Şərqi" jurnalı, №2, 1999; Zapax Rodinı. "Şərqi", №4, 1999; Edinstvennıy i nepovtorimıy /X.Mirzəzadə/. "Şərqi", №1, 2000; Mono-dialoq /rəssam E.Məmmədovun xatirəsinə/. "Şərqi", №2, 2001; Otveth samomu sebe. "Şərqi", №3, 2001; Voznesennıy na krılhcx vetra /R.Behbudov/. "Azərbaycan-İrs" jurnalı, №4, 2001.
Rəhilə Mustafayeva
Rəhilə Mustafayeva (20 iyun 1923 – 1996) – azərbaycanlı müğənni, aktrisa. 1923-cü ildə anadan olub. 1943-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının truppasına qəbul edildi və 1978-ci ilə qədər orada çalışdı. 1945-ci ildə, o, ən yaxşı rolda - Sovet Azərbaycan filmindəki Arşin Mal Alandakı Asya rolunu canlandırdı. 1981-ci ildə tez-tez konsertləri ilə çıxış edən "Uzun ömürün akkordları" filmində rol aldı. 1996-cı ildə vəfat edib. Arşın mal alan (film, 1945) Üzeyir ömrü (film, 1981) Aktrisa və müğənninin həyatının dəqiq illəri ilə qısa tərcümeyi-halı Arxivləşdirilib 2017-03-04 at the Wayback Machine.
Rəhilə Məhərrəmova
Rəhilə Cavad qızı Məhərrəmova (7 noyabr 1923 – 22 avqust 2011) — filologiya elmləri doktoru, professor. R. C. Məhərrəmova (qızlıq soyadı Kazımova olmuşdur) 1923-cü il noyabrın 7-də Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1930-cu ildə Bakıda 40 saylı orta məktəbin birinci sinfinə daxil olmuşdur. 1937-ci ildə də yeddinci sinfi bitirərək M. Ə. Sabir adına Pedaqoji Texnikumda təhsil almış, oranı 1941-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1941-ci ildə Azərbaycan Dövlət Darülfünununun filologiya fakültəsinə qəbul olmuş, 1945-ci ildə universitetdə təhsilini başa çatdırmışdır. Tələbəlik dövründə Bakının Lenin (indiki Sabunçu) rayonundakı 80 saylı məktəbdə ibtidai sinif müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Dövlət Universitetini (hazırda Bakı Dövlət Universiteti) bitirəndən sonra 1945–1948-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat və Dil İnstitutunun aspiranturasında oxumuşdur. Aspirant olan müddətdə eyni zamanda yarımştat kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1949-cu ildə "Ə. Haqverdiyevin hekayələrinin dili" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-ci ildə Nizami adına Ədəbiyyat və Dil İnstitutunda baş elmi işçi vəzifəsinə keçirilmişdir.
Rəhilə Məmmədova
Rəhilə Məmmədova (17 dekabr 1955, Qazax rayonu) – Azərbaycanın əməkdar artisti (2018), "Qızıl Dərviş" mükafatı laureatıdır.[mənbə göstərin] 1955-ci ildə anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət Univertsitetini bitirmiş, həmin ildən də Şəki Dövlət Dram Teatrında işləmişdir. 1986-cı ildən Gəncə Dövlət Dram Teatrında və eyni zamanda 2001-ci ildən Gəncə Dövlət Nizami Poeziya teatrında fəliyyət göstərir. İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır: “Şair və Hökmüdar” (Məhsəti) “Memarın məhəbbəti” (Möminə xatın) “İsgəndərnamə” (Nüşabə) “ Qapı” (Ana) Rəna Temurqızının “Dərd yükü” tamaşasının həm quruluşçu rejissoru həm də Ana obrazının ifaçısı. B. Vahabzadə və Z. Yaqubun şerləri əsasında Pərvanə Qurbanovanın səhnələşdirdiyi “Yaddan çıxmaz Qarabağ” – aparıcı vəs. Hal hazırda Volterin “Sadiq və ya Tale” povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi “ Əlmanə” tamaşasında – Cahan məleykəsi obrazı üzərində işləyir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Rəhilə Orucova
Rəhilə Əli qızı Orucova (25 sentyabr 1965, Göyçə mahalı – 11 may 1992, Şıxarx, Ağdərə rayonu) — Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid. Şəhidlər Xiyabanında dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçü. Rəhilə Orucova 1965-ci il sentyabrın 25-də Göyçə mahalında anadan olmuşdur. 1973-cü ildən 1978-ci ilədək Ağstafa rayonunda oxumuş, oradakı təhsilini bitirdikdən sonra 1979-cu ildən 1981-ci ilədək təhsilini 109 nömrəli məktəbdə davam etdirmişdir. 1981-ci ildə 1 nömrəli Bakı Tibb məktəbinə daxil olmuş, texnukomu bitirdikdən sonra əvvəlcə Bakı Təcili Yardım xəstəxanasının reanimasiya şöbəsində, sonra isə Qədirli adına Baş Hövsə xəstəxanasında fəaliyyətə başlamışdır. Rəhilə Orucova Milli Orduya könüllü yazılmışdır. Ön cəbhədə həm könüllü tibb bacısı kimi, həm də sıravi əsgər kimi vuruşmuşdur. 1992-ci il mayın 11-də Ağdərə rayonunun Leninavan kəndi uğrunda döyüşdə şəhid olmuşdur. May ayının 13-də Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Burada dəfn olunmuş ilk azərbaycanlı qadın döyüşçüdür.
Rəhilə Qeybullayeva
Qeybullayeva Rəhilə Məmməd qızı (30 yanvar 1961)— filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri. Rəhilə Qeybullayeva 1966-cı ildə Zaqatala şəhər 1 № li orta məktəbin birinci sinfinə daxil olmuş, 1976-cı ildə həmin məktəbi bitirmişdir. 1976–1981-ci illərdə M. F. Axundov adına Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunda rus dili və ədəbiyyatı ixtisası üzrə oxumuşdur. 1989-cu ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində "Süjetdə dinamiklik və sabitlik" mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitututunda "Müqayisəli tipologiya və ədəbiyyat tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. milli ədəbiyyat konsepsiyası; ədəbiyyatda təhlil metodlari: ədəbiyyatda dominantlar nəzəriyyəsi, dixotomiyalar nəzəriyyəsi və sistem nəzəriyyəsi; ədəbiyyat kontekstkəri; ədəbiyyatda mədəni dəyərlər; UNESCO-nun "Müxtəlifliklərdə birlik: mədəniyyətlər arasında dialoq…" layihəsi üçün 15 yanvar-15 may 2003-cü illərdə qrant layihəsini udmuşdur. (London Universiteti: AHRB, Centre for SOAS and UCL) Azərbaycan Komparativ Ədəbiyyatşünaslıq Assosoasiyasının sədri, Kyoto Prize rəsmi nominatoru, Mədəniyyətlər Tarixi beynəlxalq cəmiyyətinin yaradıcılarından biri və üzvüdür. Belçika (International Society for Cultural History Founding member), SJI (Beynəlxalq Elmi Jurnal), Communication & Media seriyası üzrə redaksiya şurasının eksperti (ABŞ), (Scientific Journal International, Editorial Review Board, Communication & Media, Harvard CESS (Harvard Mərkəzi Avrasiya və Qafqaz Araşdırmaları, ABŞ), IAPL (Beynəlxalq filosoflar və ədəbiyyatşünaslar assosiasiyası, ABŞ) UNESCO-nun "Qeyri-maddi dəyərlərin şah əsərləri və onlarin qorunmasi" layihəsi çərçivəsində "Azərbaycan muğamı" layihəsinin koordinatoru (2002) Harvard CESS illik confransi çərçəvəsində "Harvard universitetində "National and Cultural İdentity" adlı panel (2003, oktyabr) Bir sıra ingilis dilli elmi məgalələri azərbaycancaya tərcümə edilməsi və Bakıda nəşr etdirilməsi Ənənə və qloballaşma konfransı, April 2002, Baku, AMEA AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin "Ədəbi-nəzəri məcmuəsi"-nin illik məcmuəsinin həmredaktoru (prof. Tahirə Məmmədlə bərabər) 2002, 2005. Müqayisəli ədəbiyyat: Ədəbiyyat kontekstləri, 2006, Noyabr, AZCLA və Baki Slavyan universiteti 1-ci, 2-ci və 3-cü Beynəlxalq Tələbə konfransı, aprel 2006, aprel 2007, aprel 2008, Baki Slavyan universiteti J. F. Kennedi adina Harvard Dovlətçilik fakültəsində (aprel, 2002); Böyük Britaniyanın Lordlar Palatasında (Mart, 2003); London universitetinin SOAS və LSE fakültələrində (Yanvar-May, 2003) Динамическое и устойчивое в сюжете. – Баку: Эльм (Наука), 1993, 157 s.
Rəhilə xanım Hacıbababəyova
Rəhilə Hacıbababəyova (1882, Tiflis – 1954, Bakı) — Bakıda ali-ibtidai qız məktəbinin yaradılmasının (1914) təşəbbüsçüsü və müdiri, görkəmli pedaqoq. Rəhilə xanım İbrahim bəy qızı Hacıbabəyova (Hacıbababəyzadə) –1882-ci ilin avqustunda Tiflisdə anadan olub . Burada Müqəddəs Nina məktəbini bitirib. 1902-ci ildə Bakıdakı İsgəndəriyyə Qadın Müsəlman Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. 1910-cu ildə Hacıbababəyovanın təşəbbüsü ilə azərbaycanlı qızlar üçün iki illik məktəb açıldı. 1914-cü ildə ibtidai məktəbə çevrildi. Rəhilə Hacıbababəyova bu məktəbin direktoru idi. 1925-ci ildə Hacıbabəyova Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı mərkəzi şurasının üzvü olmuşdur. 1927-ci ildə Rahil Hacıbabəyova 5-ci Ümumittifaq Sovetlər Sovetləri və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi seçildi. Rahil Hacıbabəyova 1954-cü ildə Bakıda vəfat etdi.
Rəhilə İbadova
Rəhilə İbadova — Azərbaycanlı aktrisa; 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1969-cu ildən 2006-cı ildə həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. "Tıq-tıq xanım", "Cırtdan" və bir çox nağılın qəhrəmanlarını (ümumilikdə 27 tamaşa) oynayıb. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində çəkilib. Həbsdən azad edildikdən sonra işinə qaytarılan aktrisa 2020-ci ildə həm 70 yaşı tamam olduğu üçün, həm də səhhətinə görə işdən azad edilməsini xahiş edib. 16 yaşında ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib. Əməkdar artist Firuzə İbadovanın bacısıdır. 2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib.

Значение слова в других словарях