ROCK

rock1

n I 1. qaya; as firm as a ~ qaya kimi bərk; 2. amer. daş, qənbər

n II müasir səs-küylü musiqi

n III yırğalama, yellətmə, yırğalanma

rock2

v 1. yelləmək, yırğalamaq; to ~ a cradle beşiyi yırğalamaq; The waves rocked the boat Dalğalar qayığı yırğaladı; 2. yellənmək, yırğalanmaq; The trees rock in the wind Ağaclar küləkdə yırğalanır, 3. silkələmək, titrəmək; The explosion made the whole house rock Partlayış bütün evi titrətdi, 4. laylay çalmaq, laylay çalıb yatırtmaq; to ~ the baby to sleep laylay çalıb körpəni yatırmaq

ROBUSTNESS
ROCK AND ROLL
OBASTAN VİKİ
Rock
Rok (ing. Rock) sözü – yellətmək, yırğalamaq; tərpətmək, silkələmək; atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir. Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidi və bəzən yanlış fikirlərə gətirib, çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Rok, həmçinin subkultur. Dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır. Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "Rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır.
Folk rock
Folk rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.
Glam rock
Qlem-rok (ing. Glam rock | /ɡlæm ɹɔk/; ing. «glamorous» sözündən) — 1970-ci illərin əvəllərində Böyük Britaniyada yaranan rok musiqi janrıdır. 70-ci illərin birinci yarımında dominant janrlardan biri olub. Qlem-rok ifaçıları üçun parlaq teatral imidj, ekzotik geyim, həddən artıq qrim istifadəsi, androgin görünuş xarakterlidi. Bu janrın ifaçıları musiqi və pop mədəniyyətinin müxtəlif şeylərindən, əsasən bablqam pop, 1950-ci illərin rok-n-rollu, kabare, elmi fantastika, psixodelik rok və art-rokdan ilhamlanırdılar. Musiqi planda qlem-rok bir stilistikalı deyil, rok-n-roll, art rok, estrada, hard roku bir birinə birləşdirən bir janrdı. Qlitter rok (ing. Glitter rock) Qeri Qlitter tərəfindən yaradılmış qlem-rokun daha ekstremal versiyasıdır.
Indie rock
İndi-rok (ing. Indie rock) — rok musiqisinin stillərindən biridir. İngilis dilindəki "independent" (tərc. "müstəqil") və "rock" sözlərindən yaranmışdır. İndi-rok ABŞ və Böyük Britaniyada formalaşmışdır. Bu musiqi tərzinin xüsusiyyəti ondadır ki, bu tərzdə oxuyan qruplar öz musiqilərini məhz özləri, yəni heç bir studiya olmadan geniş kütlə ilə paylaşırlar. Hazırda dünyada indi-rok tərzində oxuyan qruplar üstünlük təşkil edir.
Post-rock
Post-rok adi rok musiqisində olduğu kimi instrumentlərdən istifadə olunsa da, daha fərqli olaraq səsin rəngi və hisslərini mümkün qədər çox musiqiyə aşılaması ilə fərqlənir. Don Caballero və Tortoise 90-larda var olan ilk post-rok qrupları sırasında yer alır. Termin olaraq Simon Reynolds tərəfindən Bark Psychosis'in Hex adlı albomunun Mojo jurnalında mart 1994-də yayımlanan tənqidedici yazısından yarandığına inanılır. Reynolds bu düşüncəsini daha sonra the wire jurnalının may nəşrində aydınlaşdırdı və bu termini "rok instrumentlərini rokdan fərqli məqsədlər üçün istifadə etmək, gitaranı riff və güc akkordlarından əlavə səsin rəngini və hissini müəyyən edən bir tərzdə istifadə etmək" olaraq qiymətləndirdi. == İlk illər == Post-rock qrupları 60-cı illərdə ABŞ`da yaranmış The Velvet Underground`dan çox böyük təsir almışlar. == 90-cı illərdə post-rok == 90-ların ilk illərində qurulan Slint və ya daha əvvəl qurulan Talk Talk qrupunun Post Rock'a təsiri olduğu bilinir.
Rock Me
Rock Me (Riva) — Mahnı 1989 Avroviziya Mahnı Müsabiqəsi Rock Me (One Direction) — One Directionun 2012-ci il albomu Take Me Home-a daxil olan mahnısı.
Hard Rock Hallelujah
Hard Rock Hallelujah — Lordi The Arockalypse albomuna daxil olan bir mahnısı.Sözləri ingilis dilində olan rok mahnı Lordi tərəfindən səslənir.
Rock, Paper, Shotgun
"Rock Paper Shotgun" — ABŞ videooyun veb saytı. Saytın məzmunu videooyunlar və geyminq sənayesinə əsaslanmışdır. Strukturuna görə "Rock, Paper, Shotgun" bloqdur və diqqəti kompüter oyunlarına və çox platformalı oyunların PC versiyalarına yönəldir. Sayt 2007-ci ilin iyulunda təsis edilmişdir və 2010-cu ildə "Eurogamer" saytının tərəfdaşı olmuşdur. "Rock, Paper, Shotgun" saytının məzmunu xəbərlər, resenziyalar, önizləmələr, müsahibələr və analitik məqalələrdən ibarətdir. "Rock, Paper, Shotgun" videooyun jurnalistikasında kifayət qədər nüfuzlu resursdur və ona tez-tez istinad edilir.
Rock Me (dəqiqləşdirmə)
Rock Me (Riva) — Mahnı 1989 Avroviziya Mahnı Müsabiqəsi Rock Me (One Direction) — One Directionun 2012-ci il albomu Take Me Home-a daxil olan mahnısı.
Rock with You
Rock with You — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Camp Rock (film, 2008)
Rok düşərgəsi — 2008-ci ildə ABŞ-də lentə alınmış komediya filmi. == Ardı == 2010-cu ildə ikinci hissəsi lentə alınıb Rok düşərgəsi 2.
You Rock My World
"You Rock My Wold" – Maykl Ceksonun onuncu və sonuncu albomu olan Invincible albomuna daxil olan mahnılarından biri. Sinql, 2001-ci ilin avqustunda və albomun ilk mahnısı olaraq yayımlanıb. Prodüserləri Cekson və Rodni Cerkinsdir, sözləri isə Maykl Ceksona, Rodni Cerkins, Fred Cerkins III, LaŞon Daniels və Nora Peynə aiddir. Pol Hanterin rejissoru olduğu bu musiqi videosunda Kris Taker və Marlon Brando kimi məşhurlar da yer alıb.
ASAP Rocky
ASAP Rocky (Əsl adı: Rakim Atelaston Mayers; 3 oktyabr 1988, Harlem[d], Nyu-York ştatı) — amerikalı repçi. Harlemdə doğulub böyüyən Rakim, karyerasına ASAP Mob rep qrupunun üzvü kimi başlayıb. Onun ilk miksteypi "Live. Love. A$AP" rep dinləyicilərinin böyük marağına səbəb olmuşdur. Miksteypin uğurundan sonra o, musiqi şirkətləri Polo Grounds Music və RCA Records ilə səsyazma müqaviləsi bağlamışdır. Onun 2013-cü ildə buraxdığı ilk studiya albomu "Long. Live. A$AP" Billboard 200 hit-paradında bir nömrə olub, ardınca albom RIAA tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomda yer alan "Fuckin' Problems" (Dreyk, 2 Chainz və Kendrick Lamar ilə birlikdə) treki 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilib.
Cucumis melo var. gem-rocky
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Ligularia rockiana
Ligularia rockiana (lat. Ligularia rockiana) — mürəkkəbçiçəklilər fəsiləsinin liqulariya cinsinə aid biki növü.
Malus rockii
Malus rockii (lat. Malus rockii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Rocket Lab
Rocket Lab — Yeni Zelandiyada bir filialı olan Amerikan özəl kosmik şirkətidir. Şirkət Atea adlı bir suborbital səsləndirici raket hazırladı və hazırda kiçik peyklər və CubeSats üçün xüsusi buraxılış təmin edən Electron kimi tanınan yüngül orbital raket kimi fəaliyyət göstərir. Şirkət 2006-cı ildə Yeni Zelandiyada Piter Bek tərəfindən təsis edilmişdir. 2013-cü ildə isə ABŞ-nin Kaliforniya ştatında baş ofisini açmışdır. Elektron test proqramı 2017-ci ilin may ayında başlayıb. 2018-ci ilin əvvəlində şirkətin 5,7 milyon ABŞ dolları dəyərində olan bir qiymətlə uçuşlar keçirdiyi açıqlandı. Mahia yarımadasından (Yeni Zelandiya) raket sınaq uçuşları 25 May 2017 və 21 Yanvar 2018 tarixlərində reallaşdı və ilk kommersiya uçuşu 11 Noyabr 2018 tarixində reallaşmışdır. 16 Dekabr 2018-ci ildə Rocket Lab ilk NASA missiyası olan ELANA proqramını təqdim etdi. Şirkət ilk buraxılışını 2020-ci ildə Virciniyadakı Orta Atlantika Regional Kosmik Mərkəzindən etməyi planlaşdırır. Şirkətin əsas məqsədi CubeSat peykləri kimi kiçik yüklərin orbitə çıxarılması üçün yüngül, kommersiya baxımından səmərəli buraxılış vasitələri(raketlər ) inkişaf etdirməkdir.2010-cu ilin dekabr ayında şirkət ABŞ hökumətindən nanosellitləri orbitlərə çatdırmaq üçün bir vasitə hazırlamaq üçün taktiki kosmik sistemlərin operativ yerləşdirilməsi proqramı çərçivəsində bir müqavilə aldı.
Rockledge, Florida
Rockledge, ABŞ-nin Florida ştatındakı Brevard dairəsindəki bir şəhərdir. 26 noyabr 2009-cu il tarixindəki məlumata görə şəhərin əhalisi 24.926 nəfərdir. == Demoqrafiya == === 2010-cu il siyahıyaalması === 15 Mart 2010-cu il tarixində aparılmış siyahıya alınmaya görə, şəhərdə 11.487 nəfər, 5.176 ev və 3.207 ailə var. Şəhərdəki əhali bölgüsü əhalinin 79,0% Ağ, 11,3% Afroamerikalı, 0,3% Yerli Amerikalı, 5,2% Asiya mənşəli, 0,1% Sakit okean adaları mənşəli, 1,1% digər qruplardan ibarət olduğunu müəyyən etmişdir.
Rockley
Alisiya Amxerst (ing. Alicia Amherst; 30 iyul 1865, Pul, Dorset[d] – 14 sentyabr 1941, Pul, Dorset[d]) — Böyük Britaniya botaniki, bağban və ingilis bağçılığın tarixinə dair ilk elmi kitabın müəllifi. == Elmi fəaliyyəti == Alisiya Amxerst toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == "The History of Gardening in England" (1896) "Children'S Gardens" (1902) "London Parks and Gardens" (1907) "Children and Gardens" (1908) "Wild Flowers of the Great Dominions of the British Empire" (1935) "Some Canadian Wildflowers: Being the First Part of Wild Flowers of the Great Dominions of the British Empire" (1937) "Historic Gardens of England" (1938) == Şərəfinə adlandırılmalar == 1918-ci ildə Alisiya Amxerst Britaniya İmperiyası Ordeninə layiq görülmüşdür. "Hebe" cinsinə aid 'Alicia Amherst' (sinonim "H. veitchii") sortu .
Rockstar Games
Rockstar Games (Rockstar NYC kimi də məlumdur) — ABŞ-də yerləşən Take Two Interactive-də videooyunların yaradıcı bölməsidir. Grand Theft Auto və Manhunt seriyaları, Max Payne və Midnight Club kimi məşhur oyunların müəllifidir. Rockstar Games müxtəlif studiyalardan ibarətdir. Bəziləri[hansı?] Take Two Interactive tərəfindən alınanlardan, digərləri isə daxilində yaradılıb Rockstar Games-ə verilənlərdən ibarətdir. Take Two Interactive bir çox studiyaları Rockstar Games tərkibinə versə də bəziləri[hansı?] müstəqil qalmış və ya 2K Games-in bir bölməsi olaraq fəaliyyətə başlamışlar. Rockstar Games 1998-ci ildə Sem Hauzer, Den Hauzer, Terri Dinovan, Ceymi Kinq və Qeri Formen tərəfindən yaradılıb. Rockstar Games-in mərkəzi ofisi Brodveydə yerləşir. Buradakı ofis ictimai əlaqələrlə, marketinqdən tutmuş oyunların yaradılmasına qədər məşğul olur. == Rockstar studiyaları == == Rockstar üçün çalışan digər şirkətlər == Bungie, Rockstar Games üçün Oni və populyar şuter Halonu hazırlamışdır. Bungie Studios, Microsoft tərəfindən alınmazdan əvvəl "Halo", Mac və PC üçün Rockstar nəşrçi kimi buraxılmışdır.
Rockstar Lincoln
Rockstar Lincoln (əvvəllər — Tarantula Studios) İngiltərənin Şərqi Midlendsin Linkoln şəhərində yerləşən Rockstar Games şirkətinə xas oyun studiyasıdır. Rockstar Games şirkətinin lokalizasiyası üçün nəzərdə tutulmuşdur, həmçinin Rockstar Games tərəfindən hazırlanmış oyunların sınaqdan keçirilməsi və tərcüməsi üçün məsuliyyət daşıyır.Rockstar Games-ın bir hissəsi olmamışdan əvvəl, Rockstar Lincoln Game Boy Color, Grand Theft Auto seriyaları üçün bir neçə videooyun hazırlamışdır.
Rockstar North
Rockstar Games (Rockstar NYC kimi də məlumdur) — ABŞ-də yerləşən Take Two Interactive-də videooyunların yaradıcı bölməsidir. Grand Theft Auto və Manhunt seriyaları, Max Payne və Midnight Club kimi məşhur oyunların müəllifidir. Rockstar Games müxtəlif studiyalardan ibarətdir. Bəziləri[hansı?] Take Two Interactive tərəfindən alınanlardan, digərləri isə daxilində yaradılıb Rockstar Games-ə verilənlərdən ibarətdir. Take Two Interactive bir çox studiyaları Rockstar Games tərkibinə versə də bəziləri[hansı?] müstəqil qalmış və ya 2K Games-in bir bölməsi olaraq fəaliyyətə başlamışlar. Rockstar Games 1998-ci ildə Sem Hauzer, Den Hauzer, Terri Dinovan, Ceymi Kinq və Qeri Formen tərəfindən yaradılıb. Rockstar Games-in mərkəzi ofisi Brodveydə yerləşir. Buradakı ofis ictimai əlaqələrlə, marketinqdən tutmuş oyunların yaradılmasına qədər məşğul olur. == Rockstar studiyaları == == Rockstar üçün çalışan digər şirkətlər == Bungie, Rockstar Games üçün Oni və populyar şuter Halonu hazırlamışdır. Bungie Studios, Microsoft tərəfindən alınmazdan əvvəl "Halo", Mac və PC üçün Rockstar nəşrçi kimi buraxılmışdır.
Rockstar San Diego
Rockstar San Diego (əvvəllər – Angel Studios, Inc.) — ABŞ-nin Kaliforniya ştatının Karlsbad şəhərində təsis edilmiş və videooyunların istehsalında ixtisaslaşan studiya. 1984-cü ildə Kolumbiya incəsənət xadimi və biznesmeni Dieqo Angel tərəfindən təsis edilmiş şirkətin ilk dövrlərdə diqqət mərkəzində film və kliplər kimi multimediya məhsulları üzrə ixtisaslaşan kompaniyalar üçün animasiya və vizual effektləri hazırlamaq var idi. Şirkət Angelin yüksək riskli biznes sektorlarından yayınmaq biznes strategiyasından sonra – 1990-cı illərdə videooyun sənayesində işləməyə başlamışdır. Onun ilk videooyun layihələri "Ecco: The Tides of Time" (1994) və "Mr. Bones" (1996) idi. Angelin özü bu videooyunlar üçün videoçarxlar hazırlamışdır. Şirkət "Nintendo" ("Major League Baseball Featuring Ken Griffey Jr." və "Ken Griffey Jr.'s Slugfest"), "Microsoft" ("Midtown Madness" və "Midtown Madness 2") ilə əməkdaşlıq edərək öz videooyunlarını istehsal edirdi. Buna əlavə olaraq, şirkət "Capcom" ilə əməkdaşlıq edərək "Resident Evil 2" videooyununu "Nintendo 64" platformasına portlaşdırmışdır. Studiyanın "Midtown Madness" videooyunundakı etdiyi işdən heyran qalan "Rockstar Games" 1999-cu ildə uzunömürlü partnyorluq təklifi ilə "Angel Studios" studiyası ilə danışıqlara başlamışdır. Bu dövrdə "Midnight Club" və "Smuggler's Run" videooyun seriyaları yaradılmışdır.
Rockstar Toronto
Rockstar Toronto (əvvəllər — Rockstar Canada) — Oakvill, Ontario, Kanadada yerləşən Rockstar Games şirkətinin hesabatlarının aparıldığı və oyunların təkmilləşdirildiyi ofisi. Ofis Toronto şəhərindən təxminən 20 dəqiqəlik yolda yerləşir. Şirkət 2002-ci ilədək Rockstar Canada adı altında fəaliyyət göstərsə də, 2002-ci ildə Rockstar Games tərəfindən adı dəyişdirilərək Rockstar Toronto adlandırılmışdır. Nintendo Wii oyun konsolunun satışa çıxarılmasından sonra, Rockstar Toronto bu konsol üçün oyunların portasiya edilməsini öz üzərinə götürdü. Onların son layihəsi: 2015-ci ildə satışa çıxarılan Grand Theft Auto V videooyunu olmuşdur.
Rockwell B-1 Lancer
B-1B Lancer, ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) arsenalında olan uzun mənzilli strateji bombardmançı təyyarə. Boeing B-52 Stratofortress və Northrop B-2 Spirit ilə birlikdə ABŞ uzunmənzilli bombardmançı qüvvələrinin onurğasını təşkil edir.1973–1974 və 1983–1988-ci illər arasında istehsal edilmişdir. == Tekniki xüsusiyyətləri == Əsas funksiyası: Uzun Mənzilli, çoxməqsədli, ağır bombardman İstehsalçı: Boeing, North America (əvvəllər Rockwell International, North American Aircraft); Hücum elektron sistemlərini: Boeing Military Airplane; Müdafiə elektron sistemlərini: EDO Corporation Motor: Dörd General Electric F101-GE-102 turbofan afterburnerli motor İtələmə gücü: Afterburnerlərə bərabər motor başı 13607 Kq.
Tanacetum rockii
Tanacetum rockii (lat. Tanacetum rockii) — mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid biki növü.
аэросало́н вы́царапаться моча́ псише́ славянизи́ровать сла́мывать шелкови́на амикошо́нство белору́чка вал иста́пливать исто́рик как оплёванный наеда́ться силко́вый сумня́шеся репутация alcohol-fast death-hunter demagog flat-plate collector outpace time-limit иронизировать шелудивый