Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zima
Zima (rus. Зима) — Rusiya Federasiyasında yerləşən şəhər. İrkutsk vilayətinə daxildir.
Lima
Lima (isp. Lima) — Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Sima
Sima — yer qabığında sial təbəqəsindən altda yerləşən və tərkibi başlıca olaraq silisium və maqneziumdan ibarət olan təbəqədir. Hazırda sial və sima təbəqələri əvəzinə silikat təbəqəsi termini daha çox işlənməkdədir.
Zina
Zina — ümumi mənada, bir-biri ilə evli olmayan iki şəxsin razılaşdırılmış cinsi əlaqəsi. Razılıqla cinsi əlaqədə olan partnyorlardan biri və ya bir neçəsi başqa bir şəxslə evlənərsə, buna zina deyilir. Jan Kalvin zinaya cinsi əlaqə üçün ilahi modeldən kənar hər hansı seksual akt kimi baxırdı. Bir çox insanlar üçün bu termin əxlaqi və ya dini bəyənilməzlik çalarları daşıyır, lakin bu terminin tətbiq olunduğu seksual aktların əhəmiyyəti dinlər, cəmiyyətlər və mədəniyyətlər arasında dəyişir. Müasir istifadədə bu termin tez-tez nikahdan əvvəl seks, nikahdankənar seks və ya əyləncəli seks kimi daha çox mühakimə - neytral terminlərlə əvəz olunur. American Sociological Review tərəfindən 2000-2008-ci illər arasında inkişaf etməkdə olan 31 ölkəni əhatə edən sorğu göstərib ki, “yəhudilərin 94 faizi... xristianların 79 faizi, buddistlərin 65 faizi, müsəlmanların 43 faizi və hinduistlərin 19 faizi nikahdan əvvəl cinsi əlaqədə olduqlarını bildiriblər." 1170-ci illərdə "cütlüklərin evlənmədən əvvəl birgə yaşaması və əmiuşağıların bir-biri ilə evlənməsi adi bir təcrübə idi" və orta əsr İngiltərəsində hər hansı sosial səviyyədə zinakarlar ətrafında çox az stiqma var idi. Məsələn, Fateh Vilhelmin Normandiya taxtına keçmək hüququ onun zinakar olması və Harold Qodvinsonla İngiltərəni kimin idarə edəcəyi ilə bağlı münaqişəsində bu məsələ ona qarşı bir arqument olaraq qaldırılmamışdır. Ancaq bir neçə nəsil sonra zinakarlar artıq ingilis taxtına iddia edə bilməyəndə münasibət dəyişdi. Valdensilər zinakarlıqda günahlandırılan və bunu günah saymayan orta əsr təriqəti idi.
Ziya
Ziya — ad. Mənası işıq, nur anlamındadır. Ziya Göyalp — Türkiyənin məşhur ictimai xadimi. Ziya Paşa — Türk yazıçısı, şairi və dövlət adamı.
Lima Lima (aerobatika eskadronu)
Lima Lima Uçuş Komandası (ing. Lima Lima Flight Team) ABŞ-nin İllinoys ştatında bazalaşan mülki aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd Beechcraft T-34 Mentor təyyarəsinin daha güclü mühərrikə məxsus versiyasını istifadə olunur. T-34 təyyarələri hərbi aerobatika komandalarında istifadə olunan təyyarələrdən daha aşağı sürətə sahib olduğuna görə şou zamanı "ölü vaxt" olmur.
Emanuelle Lima
Emanuelle Lima (3 may 1996) — Braziliyanı təmsil edən bədii gimnast. Emanuelle Lima 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Lima həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Emanuelle Lima 2016-cı ildə Braziliya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Morqana Qmaç, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Euseius hima
Euseius hima (lat. Euseius hima) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Hikmət Ziya
Əfəndiyev Hikmət Ziya oğlu (13 may 1929, Nuxa, Zaqatala-Nuxa dairəsi – 2 avqust 1995, Bakı) — Azərbaycan şairi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1958), Azərbaycan Jurnalistlər İttifaqının üzvü (1959), Qabaqcıl maarif xadimi (1978), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1986). == Həyatı == Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947–1952). "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952–1969), "Göyərçin" jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969–1984), məsul katib vəzifələrində işləmişdir (1984). Ədəbi yaradıcılığa 1952-ci ildə "Azərbaycan pioneri" qəzetində çap edilən "Qoqola" adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda "Atamın hədiyyəsi" (1957), "Bahar gözəldir, ya qış?" (1959), "Milçək ürəyi" (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. "Sınaq", "Ekiz qardaşlar" pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına ("Nənəmin nağılı", "İkilərin sərgüzəştləri", "Solğun çiçəklər") və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.
Kazım Ziya
Kazım Ziya Cəfər oğlu Kazımzadə (21 mart 1896, Yuxarı Əylis, Naxçıvan qəzası – 20 noyabr 1956, Bakı) — Azərbaycan teatr və kino aktyoru, pedaqoq, tərcüməçi, Azərbaycan SSR Xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1948). == Həyatı == === Həyatının erkən dövrü === Kazım Ziya 21 mart 1896-cı ildə Azərbaycanın Ordubad rayonundakı Yuxarı Əylis kəndində doğulub. Yeniyetmə yaşlarından ərəb və fars dillərini mükəmməl öyrənib. Sonralar rus və fransız dillərini də mənimsəyib. 1911-ci ildə əmisi Hüseynin ailəsi ilə Bakıya köçüb. O, 1912-ci ilin payızında burada "İttihad" İran gimnaziyasına daxil olub. Bir il sonra məktəbdə ədəbiyyat dərnəyi yaradıb. 1914-cü ildə Hüseyn Ərəblinski başda olmaqla teatr fədailəri "İttihad" məktəbində şagirdlərin nəfinə (xeyrinə) Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" faciəsinin tamaşasını göstəriblər. Bununla da Kazım Ziyanın taleyinin sənət seçimi qətiləşib. Həmin vaxtdan müxtəlif teatr dəstələrində çıxışlar edib.
Lima Universiteti
Lima Universiteti (isp. Universidad de Lima) — Perunun paytaxtı Lima şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 25 aprel 1962-ci ildə qoyulmuşdur.
Lima qrupu
Lima qrupu (isp. Grupo de Lima) — Venesuelada baş qaldıran siyasi böhranı aradan qaldırmaq məqsədilə təşkil olunmuş beynəlxalq təşkilat. Təşkilat adını aldığı Perunun Lima şəhərində 8 avqust 2017-ci ildə təşkil olunmuşdur. == İştirakçı dövlətlər == Qrupun tərkibinə Cənubi və Mərkəzi Amerika bir çox dövlətləri, həmçinin Kanada və Sent-Lüsiya daxildir. Uruqvay, Barbados, Qrenada, Yamayka, həmçinin ABŞ və Avropa İttifaqı təşkilata öz dəstəyini bildirmiş amma ona üzv olmamışlar.
Lima şəhəri
Lima (isp. Lima) — Perunun paytaxtı.Şəhər sakit okeandan 12 km şərqdə Kallau çayının limanında yerləşir.Lima 21-ci əsrin ən sıx şəhərlərindən biridir.Əhalisinin sayı 7.368.069 nəfərdir.
Maskasız sima
Maskasız sima (ing. The Naked Face) — Sidni Şeldonun 1970-ci ildə yazdığı romandır.
Nima Yuşic
Nima Yuşic (farsca: نیما یوشیج), əsl adı Əli İsfəndiyaridir (d. 12 noyabr 1895 – ö. 6 yanvar 1960) — sadəcə Nima adıyla tanınan İran şairi idi. Fars və mazandaran dillərində yazırdı. Nima Yuşic kimi tanınan məşhur müasir İran şairi və fars azad şeirinin atası Əli İsfəndiyari 1897-ci ildə Mazandaranın uzaq və gözəl mənzərəli kəndlərindən olan Yuş kəndində dünyaya gəlmişdir. Nimanın atası İbrahim xan Əzəmus-səltənə şücaətli atçılardan idi və heyvandarlıq və əkinçiliklə məşğul olub. İbrahim xan musiqi və xəttatlıqla da məşğul idi. Anası da çox zövqlü bir qadın idi və daima Nizami Gəncəvinin "Yeddi gözəl" və Hafiz Şirazinin divanını oxuyurdu. Nimanın uşaqlıq illəri bu səmimi ailədə və İranın yaşıl və sıx şimal meşələrində keçmişdir. O, bir müddət çobanlarla birlikdə yaylaq və qışlaqları gəzib dolaşmışdır.
Qustavo Lima
Qustavo Lima (3 sentyabr 1989, Prezidenti Oleqario[d], Minas-Jerays) — Braziliyalı müğənni, musiqiçi və söz yazıçısı. 2014-cü ildə artq çoxdan populyarlıq qazanmış "balada boa" musiqisi Lionel Messinin çəkildiyi reklamda səsləndirilib. Qustavo Limanın əsl adı Nivaldo Batista Limadır. 1989-cu ildə Braziliyada anadan olub. Luan Santana və Michel Teló ilə musiqi layihələri vardır. "Balada" mahnısı başda Avropa olmaqla birliktə birçox ölkədə müvəffəqiyyət əldə etmişdir.
Rima Məmmədova
Rima Məmmədova — Azərbaycan kino aktrisası, xoreoqraf, pedaqoq. Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının dosenti Rima Məmmədova 1942-ci ildə Rusiyanın Saratov şəhərində anadan olub. Bakı Xoreoqrafiya məktəbində təhsil alıb. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət inistutuna da rejissorluq təhsili alıb. 1967-ci ildə isə təhsilini bitirib. 1972–1974-cü ildən Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiyasının İnistutunun aspirantura şöbəsinə çalışıb. 1960–1967-ci ilə kimi Azərbaycan Opera və Balet Teatrının balet artisti kimi fəaliyyət göstərib. 1967–1987-ci illərdə İncəsənət İnustutunda müəllim kimi çalışıb. 1978-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin direktoru vəzifəsinə daxil olmuşdur.
Rima Sen
Rima Sen(benq. রিমা সেন, Reema Sen; 29 oktyabr 1981, Kəlkətə) — hind aktrisası və modeli. Əsl adı Riya Dev Vermadır. 29 oktyabr 1981-ci ildə Kəlküttə şəhərində anadan olmuşdur. Subaydır.
Rima Vladimir
Rima Vladimir — Ay torpağında geoloji quruluşlu bir bölgənin adı.
Sima Ağayeva
Sima Abbas qızı Ağayeva (15 mart 1932, Axalsıx – 17 avqust 2020) — Azərbaycan rəssamı, dosent, Azərbaycan Respublikasının əməkdar rəssamı (2006) Sima Ağayeva 15 mart 1932-ci ildə Gürcüstan SSR-in Ahalsıx şəhərində anadan olmuşdur. O, 1957-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1964-cü ildə isə Tbilisi Rəssamlıq Akademiyasının "Keramika" fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Rəsam, heykəltaraşlıq və boyakarlıq" kafedrasında dosent işləmişdir. 1967-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam respublika və beynəlxalq sərgilərin dövrü mətbuatda işıqlandırılması sahəsində iştirak etmişdir. Sima Ağayeva rəssam Müslüm Abbasovun həyat yoldaşıdır.
Sima Eyvazova
Sima Eyvazova (tam adı: Sima Rəhman qızı Eyvazova; 2 oktyabr 1933, Bakı – 6 may 2009, Cenevrə) — SSRİ və Azərbaycan diplomatı. Sima Eyvazova 2 oktyabr 1933-cü ildə tarixində Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 16 yaşında başlamışdır. 23 yaşında Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin təlimatçısı işləmişdir. 26 yaşında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi onu SSRİ Xarici İşlər Nazirliyi yanında Ali diplomatiya məktəbində oxumağa göndərmişdir. Sima Eyvazova bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Daha sonra onu SSRİ XİN-in Mərkəzi Aparatında 2-ci Avropa şöbəsində işə götürmüşlər. Bu vəzifədə o, əsasən SSRİ-nin Böyük Britaniya ilə münasibətlərinə dair məsələlərlə məşğul olmuşdur. Üçüncü katib postundan birinci dərəcəli müşavir vəzifəsindək yüksəlmişdir.
Sima Sarikaya
Ziya Songülen
Nurizadə Ziya Songülən (9 sentyabr 1886, Konstantinopol, Osmanlı imperiyası – 1936, İstanbul) — Şevkipaşazadə Ayetullah və Necip Okaner ilə birlikdə Fənərbaxça İdman Klubunu quran üç nəfərdən biridir. O, klubun ilk prezidenti və 1 nömrəli üzvüdür. Mehmed Ziya bəy 9 sentyabr 1886-cı ildə İstanbulda anadan olmuşdur. Ana tərəfdən Osmanoğlu Ailəsinin üzvüdür; Anası Əzizə Xanım Sultan II ilə evli idi. Mahmudun qızı Salihə Sultanın 1-ci nəsil nəvəsidir. Ailəsi Damat Gürcüdən başlayaraq Halil Rıfat Paşadan başlayaraq irəli fikirli, müasir və təhsilli olan Ziya bəy ;babaları Mehmed Nuri Əfəndi, Server Paşa, Asım Paşa və atası Suad bəy ;Onlar baş vəzir, Admiral,Qubernator,Dövlət şurasının sədri,Şəhər şurası,Ədliyyə naziri, Xarici işlər naziri,Səfir və s kimi dövlət vəzifələrində çalışıblar. Əsasən Xarici İşlər Nazirliyi ilə məşğul olan və xaricdə dövləti təmsil edən bir ailəyə mənsub olan Suad bəy və Əzizə xanım ailə ağsaqqallarından aldıqları ənənə ilə oğulları Ziyanın çox yaxşı təhsil almasını təmin ediblər. Məktəb yaşına qədər həm Osmanlı, həm də ingilis qubernatorları tərəfindən Avropa tərbiyəsi alan Ziya bəy təhsilini Saint Joseph College- də davam etdirir. 1903-cü ildə Saint-Joseph Fransız Kollecini bitirdikdən sonra ali təhsil almaq üçün İngiltərəyə getdi və inşaat mühəndisi olduqdan sonra İstanbula qayıtdı. O, ingilis və fransız dillərini mükəmməl bilməsi, saraya yaxın köklü Osmanlı ailəsinə mənsub olması, ailəsinin daxildə və xaricdə geniş diplomatik və dostluq dairəsinə malik olması və yaxşı münasibətinə görə Dövlət Borcları İdarəsində vəzifə tutmuşdur.
İslamda zina
Zina (ərəb. زِنَا‎) — islam hüququnda (fiqh) evli olmayan insanlar arasında qeyri-qanuni cinsi əlaqə. Dörd sünni və iki şiə məzhəbinin hamısında zina termini bir-biri ilə evli olmayan kişi və qadın arasında könüllü cinsi əlaqə deməkdir. Əksər Avropa dillərində evli şəxslərin digərləri ilə cinsi əlaqəsi və iki subay insan arasında cinsi əlaqə arasında fərq qoyulur. Buna baxmayaraq, islam şəriətində belə bir fərq yoxdur. İslam qanunları müsəlmanlar və qeyri-müsəlmanlar üçün Quran və Məhəmməd peyğəmbərin sünnəsinə əsasən cəzalar nəzərdə tutur. Digər İbrahimi dinlərində olduğu kimi islamda da zina ən ağır günahlardandır. Zina Quranda üç yerdə qeyd edilmişdir. Məhəmməd peyğəmbərin sünnəsindən zina ilə bağlı bir neçə hal var. Birinci halda Məhəmməd peyğəmbər Tövrat qanununa istinad edərək zina edən yəhudi qadını daşqalaq etməyi əmr etmişdi.
İshaq Zida
İshaq Yakuba Zida (fr. Isaac Yacouba Zida; 16 noyabr 1965, Yako[d]) — Burkina-Faso dövlət və hərbi lideri, prezident səlahiyyətlərini icra edən (1 noyabr – 17 noyabr 2014) və 1 noyabr 2014-cü ildən 7 yanvar 2016-cı ilə qədər Burkina-Faso Baş naziri. O, dövlət çevrilişinə cəhdlə bağlı 2015-ci il sentyabrın 16-dan 23-dək bir həftə müddətinə bu vəzifədən məhrum edilmişdir. 2020-ci ildə keçirilən prezident seçkilərində iştirak edərək 1,5% səs toplamışdır.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
ПМА "В-1" və ПМА "В-2" aşqarları