Диалектический словарь азербайджанского языка.

Всего статей – 17548, статей на «N» – 422
A B C D E F G H K L M N O P Q R S T U V X Y Z Ç Ö Ü İ Ş Ə
 
NA NE NI NO NU
 

NESƏ

(Meğri) ərə gedən qıza valideyni tərəfindən verilən torpaq və ya bağ payı. – Hesə, yani qızdara dədəsinin qoşduğu torpağa diyellər

NACAĞ

(Bakı, Xaçmaz, İsmayıllı, Kürdəmir, Quba, Qusar, Salyan, Şamaxı) bax najax. – A balam, dur nacağı götür, bu eti çapeg (Bakı); – Naçaği vər, odun xırdali:m (Kürdəmir)

NACAX

(Culfa, Kürdəmir, Mingəçevir, Ordubad, Şahbuz) bax najax. – Nacax iti olsaydı, bu odunnarı əlbəhəl yarardım (Şahbuz)

NAÇAX

I (Qazax) köhnə. – Biz bir naçax maşına minmişdix’ II (Culfa, Qazax, Oğuz, Zəngilan) xəstə. – Naçax getdix’cə xarablaşırdı (Oğuz); – Uşax naçaxdı (Zəngilan)

NAÇAXLAMAX

(Borçalı, Culfa, Gədəbəy, Qazax, Tovuz, Zaqatala, Zəngilan) xəstələnmək. – İman kişi böyün bərk naçaxlıyıb (Zəngilan); – Kazımı çağırmıyın, o naçaxlıyıf (Tovuz); – Dünənnən bərk naçaxlamışam (Culfa)

NAÇAXLIX

(Borçalı, Culfa) xəstəlik. – Onu həməşə soyux tutor, naçaxlıx taper (Borçalı)

NAÇURANI

(Füzuli) ateist. – Nanəzar, sən naçuranı adamsan

NADARATMA

(Meğri) böyük <ilan>. – Quzeydə nadaratma ilannar çuxdı, hamma adama dəymiy

NAFAXA

(Çənbərək) yemək. – Nafaxasız qaldı Miskarın uşağı dünənnəri

NAFCIL

(Borçalı) ayaqqabı. – Nafcılın ipini bağla

NAGAH-NAGAH

(Daşkəsən) tək-tək, az-az. – Mən görən adamlar nagah-nagah qalıf

NAĞ

(Tovuz) dişi dəvə. – İftidada xəlq oldu külli kayınat, İnsan nağa mindi, nağ nə: mindi?

NAĞALA

(Culfa) bax navala

NAĞAR

I (Qazax) yekəqarın <adam>. – Bu adam çox nağardı II (Oğuz) dəf

NAĞAŞ

(Qafan) ala-bula. – Nağaş inəyin qıçı sınıf

NAĞILAY

(Bakı) bax naqolay (3-cü məna)

NAĞILÇI

(İmişli) aşıq. – Tək-tük adam nağılçı, çalğıçı gətirərdi toya

NAĞILÇILIX

nağılçılıx eləmax: (Şəki) boş, mənasız danışmaq. – Nağılçılığ eləmax yaxşı döyli

NAĞILITUL

(Meğri) nəhayət. – Nağılıtul, oğlan açer o sandığı

NAĞILLAMAX

(Şərur) nağıl etmək. – Uni anamgil nağılladı